Kaxa Kukava: "Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdir

Kaxa Kukava: "Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdirKaxa Kukava: "Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdir"
Erməni politoloq, "Modus Vivendi" mərkəzinin rəhbəri Ara Papyan 22 noyabrın Ermənistanda dövlət bayramı elan edilməsinin zəruri olduğunu açıqlayıb. Bu təşəbbüs erməni cəmiyyəti tərəfindən geniş şəkildə qəbul edilib.
Bu nə tarixdir? 1920-ci ilin 22 noyabrında Vudro Vilson Arbitrajı imzalanıb və Yerevanda yüz illik tarixi olan bu sənədi aktuallaşdırmaq qərarına gəliblər. Çünki Papyanın sözlərinə görə, sənədin müddəti yoxdur və mütləq yerinə yetirilməlidir.
Söhbət Ermənistanın Türkiyə, Gürcüstan və Azərbaycanla sərhədlərinə, təbii ki, Qara dənizə çıxış əldə etməklə, Ermənistanın xeyrinə yenidən baxılmasından gedir.
Media.Az-ın şərh almaq üçün müraciət etdiyi "Azad Gürcüstan" Partiyasının lideri Kaxa Kukava bölgədə (Cənubi Qafqaz ölkələrində - red.) emosiyalarla idarə olunan bir çox insanın olduğunu bildirib:
"Cənubi Qafqazda yeni müharibə bizim nəyimizə lazımdır? Avropada İkinci Dünya müharibəsindən sonra yeni üsul – sərhədlərin toxunulmazlığı üsulu tapıldı. Bununla hər kəs razı ola bilməz. Məsələn, Almaniyada kimsə Lotaringiyanın fransız deyil, əsl alman torpağı olduğunu hesab edir.
Hər kəs onlarla razı ola bilməz. Lakin sərhədlər də dəyişdirilə bilməz. Tərəflərdən biri, bu vəziyyətdə Ermənistan, yeni ərazi iddiaları irəli sürməyə başlasa, bu, yaxşı heç nə ilə başa çatmayacaq".
"Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyanın da eynisini edə biləcəyinə diqqət çəkmək istəyirəm. Ancaq bu baş vermir. Müharibədən sonra ötən əsrin 90-cı illərində olduğu kimi, yeni qurbanlar, xarabalıqlar kimə lazımdır? Ümid edirəm ki, Ermənistanın siyasi rəhbərliyi bunun yeni münaqişələrlə təhdid etdiyini başa düşəcək", - deyə, həmsöhbətimiz bildirib.
Kaxa Kukava həll olunmazlığı bütün regionun iqtisadi inkişafına mane olan Qarabağ münaqişəsinə diqqət yetirməyi təklif etdi:
"Cənubi Qafqazın böyük iqtisadi potensialı var, biz onu inkişaf etdiririk. Lakin Cənubi Qafqazı Benilüksün (Avropanın üç ölkəsinin - Niderland, Belçika və Lüksemburqun siyasi, iqtisadi və gömrük ittifaqı - red.) analoquna çevirmək üçün münaqişələr həll edilməlidir. Bunsuz iqtisadi inkişaf mümkün deyil".
"Müharibə təhlükəsi olan regionda ciddi iqtisadi layihələr inkişaf etməyəcək, bu, xarici investorları çəkindirəcək. Mən gürcü kimi, siyasətçi kimi birbaşa bildirirəm ki, Qarabağ münaqişəsində Gürcüstanın ərazi maraqlarına toxunulmasa da, bu münaqişə həll edilməlidir! Yeni münaqişələrə səbəb ola biləcək səsləndirilən fikirlər (Ermənistandan – red.) isə sadəcə qəbuledilməzdir və Gürcüstanın maraqlarına ziddir", - Kaxa Kukava bildirib. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 35   Tarix: 01 avqust 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? - DOSYE

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? - DOSYE. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərovu Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini vəzifəsin

Prezidentin köməkçisi: "Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı" - MÜSAHİBƏ

Prezidentin köməkçisi: "Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı" - MÜSAHİBƏ. Rusiyanın "Nasionalnaya oborona" jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentini

XİN: "Qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyil

XİN: "Qondarma qurumla oyuncaq görüşün keçirilməsi özünü aldatmaqdan başqa bir şey deyil". "Ötən gün Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığ

Şahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı oldu

Şahin Mustafayev ilə İran PA rəhbəri arasında telefon danışığı oldu. Baş nazirin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub

İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

İlham Əliyev Nursultan Nazarbayevə zəng edib. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib. Prezident İlham Əliye

Deputat Prezidentin Şəki səfərini şərh etdi

Deputat Prezidentin Şəki səfərini şərh etdi. "Cənab Prezident İlham Əliyevin Şəkiyə səfəri, həmişə olduğu kimi, bu dəfə də şəkililərin sevincinə səbəb oldu. Dövlət başçısı Şəkidə həm yol infrastrukturunun açılışında

Prezident nazir müavini təyin etdi - FOTO

Prezident nazir müavini təyin etdi - FOTO. Prezident İlham Əliyev Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini İlham Quliyevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. -ın məlumarına görə, İ.Əliyevin digə

Ədalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşüb

Ədalət Vəliyev Təkamül Partiyasının sədri ilə görüşüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamü

Məhəmməd Əşrəf Qani İlham Əliyevi təbrik etdi

Məhəmməd Əşrəf Qani İlham Əliyevi təbrik etdi. İyulun 31-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məhəmməd Əşrəf Qani müqəddə

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib. AZƏRTAC xəbər veri

Dövlət büdcəsinin xərcləri artırılır – RƏSMİ

Dövlət büdcəsinin xərcləri artırılır – RƏSMİ. Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dəyişiklik edilir. -ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının 2020-c

Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır

Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır. Dövlət büdcəsinin layihəsinin tərtibi prosesinin təxirə salınması gözlənilir. -ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının 2020-c


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar bu gunun xeberleri son xeberler azerbaycan en yeni xeberler