İranlı güləşçidə dopinq tapıldı, medal Azərbaycan təmsilçisinə verildi
Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.
Yasaq preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.
Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.
Bununla da ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.
Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.
SONXEBERLER.AZ İdman Baxılıb: 28 Tarix: 23 fevral 2021 f PaylaşTürkiyə Superliqasının növbəti turuna yekun vuruldu
Fevralın 22-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun sonuncu qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Rizəspor"u qəbul edib. xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qali
Yol polisi "Qarabağ"ın futbolçusunu saxladı
"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt"la səfər oyunundan sonra insidentlə üzləşib. Xorvatiyalı yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi "Kapita
Nazim Babayev İstanbulda ZİRVƏYƏ YÜKSƏLDİ
Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər. xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub. Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempion
"İnter" "Milan"ı darmadağın etdi
Futbol üzrə İtaliya A Seriyasında XXII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib. xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal qonaqları
5 aylıq nəvəsinə 85 minlik saat bağışladı - FOTO
Keçmiş boksçu Floyd Mayvezer nəvəsinə bahalı saat hədiyyə edib. Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 5 aylıq nəvəsi Kentrellə "Rolex" markasına məxsus 50 min dollarlıq (85 min manatlıq) qızıl qol saat
"Manchester Siti" səfərdə "Arsenal"ı MƏĞLUB ETDİ
İngiltərə Futbol Çempionatının 25-ci turunda "Mançester Siti" səfərdə "Arsenal"ı (1-0) məğlub edib. xəbər verir ki, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub. Beləliklə, "Mançester Siti"
Ronaldinyonun anası koronavirusdan öldü
Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos vəfat edib. -a istinadla xəbər verir ki, bu barədə "Diario Ole" nəşri məlumat yayıb. 71 yaşlı qadının koronavirusdan öldüyü bildirilib. Futbolç
"Atletiko" bu dəfə də "Levante" ilə bacarmadı
İspaniya La Liqasının XXIV turunda "Atletiko" "Levante" ilə qarşılaşıb. xəbər verir ki, bu, iki komanda arasında son dörd gündə ikinci qarşılaşma olub. Fevralın 17-də La Liqanın 2-ci turundan təxirə salınmı
Mesut Özil məşhurlarla qonşu oldu
Futbolçu Mesut Özil və Amine Gülşe cütlüyü yeni aldıqları malikanəyə köçməyə hazırlaşırlar. türk mətbuatına istinadən bildirir ki, onlar 10 milyon dollara satın aldıqları evdə kiçik dəyişikliklər etməsi üçün bir neçə mema