İnstitut direktoru: Energetik içkilər, qəlyan...

İnstitut direktoru: Energetik içkilər, qəlyan...Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir.
Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.
Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: "Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır".
İnstitut direktoru əlavə edib ki, əvvəllər yalnız alkoqollu içkilərdən istifadə və siqaret çəkmə kimi zərərli vərdişlərin ürək-damar xəstəliklərinin yaranmasına mənfi təsir göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin yaranmasına və inkişafına şərait yaradan amillərin sayı dəfələrlə artıb:
"Neqativ informasiya verən televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər".
G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var:
"Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 61   Tarix: 08 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Hamiləlik zamanı venoz problemlər və onların həlli

Hamiləlik qadın orqanizmində dərin dəyişikliklərlə müşahidə olunur. Hamiləlik zamanı ilk əlamətlərindən biri çanaq və aşağı ətraf venalarında ağırlıq yükünün artmasıdır. Buna görə də bir çox hamilələrdə venaların variko

Üz dərisində sızanaqlar

Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriy

QIZILCA virusu immuniteti sıfıra endirir

QİÇS virusu kimi qızılca virusu da öncə insanın immunitetinə hücum edib, onu çökdürür. İnsanın orqanizmi zəifləyir və xəstəliklərə tab gətirə bilmir. Əlbəttə, qızılcaya qarşı peyvəndlər uşaq ölümlərinin sayını azdıb. Laki

Bu insanlara itburnu olmaz - Ölümə səbəb olar

İtburnunun faydası barədə məlumatsız adam yoxdur. Amma heç kim onun zərəri və hansı halda əks göstəriş olması ilə maraqlanmır. İtburnu və dəmləməsi bu problemlərdə qəti olmaz. -a istinadən kimlərə itburnunun zərərli olacağın

Min bir dərdin dərmanı XAŞ - Saçları uzadır, yuxunu bərpa edir

Xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir. Xaşa dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Xaşın hazırlanma prosesi xeyli vaxt və zəhmət tələb edir. -a istinadən xəbər verir ki

Quru əncirin MÖCÜZƏVİ FAYDALARI

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz əncirl

Siqaret çəkməyin yeni təhlükəsi açıqlandı

Britaniyalı genetiklər siqaret çəkməyin şizofreniya və depressiyaya gətirib çıxardığını aşkar ediblər. qafqazinfo-ya istinadən xəbər verir ki, onların bu araşdırması "Psychological Medicine" nəşrində yerləşdirilib

Duru sabun istifadəsi dırnaqlara zərərdir - ARAŞDIRMA

Dermatologiya üzrə türkiyəli uzmanı Dr. Serpil Özyılmaz, dırnaq qırılmasının bir çox səbəbi olduğunu bildirib. Bu qırılmalar  bəzən ciddi sağlıq probleminə işarə ola bilər. -a istinadən bildirir ki, dırnaq qırılmalarına ə

Uşaqlarda anemiya - Səbəbləri, müalicəsi

Uşaqlarda anemiya (qan azlığı) - uşağın qanında eritrositlərin və hemoqlobulinin azalması ilə müşayiət olunan patoloji vəziyyətdir. Bu, pediatriyada çox geniş yayılmış xəstəlikdir. Anemiya diaqnozu qoyulmuş uşaqların təxminə

Qabığı çatlamış yumurtanı yemək olarmı?

Qabığı çatlamış, dəlik və sınıq çiy yumurta bir çoxlarını çəkindirir. . -a istinadən həkimlərin bu barədə fikrin təqdim edir. Əgər çiy yumurtada çatlaq geniş və iridirsə, o yumurtanı çiy halda və ya bəzi termiki işlənmədə

Bakıda doğuşda ana öldü, körpə sağ qaldı

Bakıda doğuş zamanı ana ölüb. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 1991-ci il təvəllüdlü Xırda Həsənova günorta saatlarında "İnternational Medical Center-1" klinikasın

40 günlük körpənin ürək əməliyyatı uğurlu alındı

Respublika Müalicəvi Diaqnostika Mərkəzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş körpə sağlamlığa qovuşub. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, RMDM-də Ürək-damar cərrahiyyəs


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər son xeberler az valyuta mezennesi 2020 son.xeberler