İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olduİlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.
Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.
Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.  /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 17   Tarix: 15 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Mikayıl Cabbarov: "Əminəm ki, Prezidentin budəfəki çağırışının effekti daha çox olacaq

Mikayıl Cabbarov: "Əminəm ki, Prezidentin budəfəki çağırışının effekti daha çox olacaq". Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin o ərazilərə də maraq böyükdür

"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ

"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ. Ermənistan mövqeyini dəyişdirməyəcək və qaçqınların geri qaytarılması, həmçinin ərazi bütövlüyünün dəstəklənməs

Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi

Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi . "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlk

Prezident Bakıda parkın açılışında iştirak etdi - YENİLƏNİB + FOTO/VİDEO

Prezident Bakıda parkın açılışında iştirak etdi - YENİLƏNİB + FOTO Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

İlham Əliyev yol tikintisinə 20,1 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə 20,1 milyon manat ayırdı - SƏRƏNCAM. Prezident İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTA

İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi - YENİLƏNİB + FOTO "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasını

İlham Əliyev: "Azəri", "Çıraq", "Günəşli" yataqlarında təbii tənəzzül qaçılmazdır

İlham Əliyev: "Azəri", "Çıraq", "Günəşli" yataqlarında təbii tənəzzül qaçılmazdır". "Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtı

Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR

Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR. "Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikas

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüş keçirilib

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və "Qarabağ"

Spiker Sahibə Qafarova Türkiyə parlamentinin bombalanmış hissəsi ilə tanış oldu - FOTO

Spiker Sahibə Qafarova Türkiyə parlamentinin bombalanmış hissəsi ilə tanış oldu - FOTO. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində deputatlarımı

Ceyhun Bayramov Misir səfirini qəbul edib - FOTO

Ceyhun Bayramov Misir səfirini qəbul edib - FOTO. Xarici İşlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib. Bu barədə XİN-in mətbua

Səfir Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim edib - FOTO

Səfir Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim edib - FOTO. 5 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Rusiyanın "Rosneft"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər son xeberler bu gun xabarlar şou biznes xəbərləri