İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdiİlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi
"Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin". 
Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
"Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək, onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir".
İ.Əliyev bildirib ki, bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir:
"Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var.
Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir".


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 56   Tarix: 20 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ali Baş Komandana mahnı həsr olundu: "Qalib sərkərdə" - VİDEO

Ali Baş Komandana mahnı həsr olundu: "Qalib sərkərdə" - VİDEO. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. . "Qalib sərkərdə" adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə

Ceyhun Bayramov: "Bu gün bütün azərbaycanlılar üçün xüsusi gündür" - FOTO

Ceyhun Bayramov: "Bu gün bütün azərbaycanlılar üçün xüsusi gündür" - FOTO. "Bu gün bütün azərbaycanlılar, o cümlədən, minlərlə Ağdamlı məcburi köçkünlər üçün xüsusi gündür. Ağdam yenidən Azərbaycana qayıdır

"Ali Baş Komandana "Ordu Marşalı" adı verilsin" - TƏKLİF

"Ali Baş Komandana "Ordu Marşalı" adı verilsin" - TƏKLİF. "Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlha

Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ

Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: "Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi" - MÜSAHİBƏ. Qırğızıstan Azərbaycan ordusunun öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsini alqışlayır. Bu sözlər

Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı

Çavuşoğlu ingilis həmkarı ilə Qarabağdan danışdı. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ingilis həmkarı Dominik Raab arasında telefon danışığı baş tutub. Bu barədə "Haber Global" məlumat yayıb. Nazirləri

İran XİN başçısı Azərbaycana səfər edəcək

İran XİN başçısı Azərbaycana səfər edəcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  . APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzad

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçiriləcək. . Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. . Bildirili

Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirə olunur - CANLI YAYIM

Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirə olunur - CANLI YAYIM. Bu gün Ağdam rayonu erməni işğalından azad olunub. . Ağdamın işğaldan azad olunması "Haber Global"da müzakirəyə çıxarılıb

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı

Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Maya Sanduya çatdırdı. Maya Sandu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşüb. Azərbaycanlı diplomat Prezident İlham Əliyevin təbrik məktubun

Türkiyənin millət vəkili: "Naxçıvan ilə Azərbaycan arasındakı maneələr aradan qaldırılmalıdır" - VİDEO

Türkiyənin millət vəkili: "Naxçıvan ilə Azərbaycan arasındakı maneələr aradan qaldırılmalıdır" - VİDEO. Naxçıvan ilə Azərbaycan arasındakı maneələr aradan qaldırılmalıdır. Bu barədə Türkiyənin Milliyətçi Hərəka

Lavrovdan Qarabağ açıqlaması: "Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur

Lavrovdan Qarabağ açıqlaması: "Həll yolunun Fransa və ABŞ-ın qüruruna toxunduğu hiss olunur". Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Dağlıq Qarabağdakı böhranın həlli yolunun ABŞ və Fransanın qüruruna toxunma

Putin: "Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib" - VİDEO

Putin: "Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib" - VİDEO. "Türkiyə heç vaxt gizlətməyib ki, Dağlıq Qarabağda Azərbaycanı dəstəkləyir. Bu, SSRİ-nin süqutunun geosiyasi nəticəsidir". "Rİ


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber gunun xeberleri cəbhədən canlı xeberler