İlham Əliyev: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir

İlham Əliyev: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilirİlham Əliyev: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir"
"Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə, bu da yalandır. Heç bir sübut yoxdur".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın "Rai-1" televiziya kanalına müsahibəsində "Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən, Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz necə cavab verərsiniz?" sualının cavabında deyib.  
Prezident bildirib ki, Türkiyənin F-16 təyyarələrinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib:
"Axı biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın beş minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar".
"Bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib.
Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar.
Axı biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur.
Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır", - deyə İ.Əliyev qeyd edib.  /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 51   Tarix: 27 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanu

Siz bir çox dövlət başçılarına liderlik dərsi verdiniz - Ali Baş Komandana MÜRACİƏTLƏR

Siz bir çox dövlət başçılarına liderlik dərsi verdiniz - Ali Baş Komandana MÜRACİƏTLƏR. Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

Prezidentin köməkçisi: "Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır" - FOTO

Prezidentin köməkçisi: "Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır" - FOTO. "Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə birtərəfli qaydada erməni əsgərlərinin meyitlərini qaytarmağ

H.Hacıyev: "Təşəkkürlər, Qardaş Türkiyə, təşəkkürlər, TRT" - VİDEO

H.Hacıyev: "Təşəkkürlər, Qardaş Türkiyə, təşəkkürlər, TRT" - VİDEO. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qardaş Türkiyə xalqın

İlham Əliyev xalqa müraciət edib - TAM MƏTN

İlham Əliyev xalqa müraciət edib - TAM MƏTN. Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. "Əziz həmvətənlilər. Bir aya yaxındır ki, ikinci Qaraba

Politoloq: "Azərbaycanın ərazilərini azad etmək hüququna sahib olduğunu erməni əsgərlər anlayırlar" - MÜSAHİBƏ

Politoloq: "Azərbaycanın ərazilərini azad etmək hüququna sahib olduğunu erməni əsgərlər anlayırlar" - MÜSAHİBƏ. "Əlbəttə ki, hazırkı şəraitdə Qarabağ münaqişəsi ilə bağlı əvvəlki razılaşmalardan,"Madri

Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Latviya Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. XİN-də

Prezident: "Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir

Prezident: "Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir". "Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanına

Prezident: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi

Prezident: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi". "Azərbaycan xalqının qanı yerdə qalmır və qalmayacaq. Son bir ayda Xocalı soyqırımını törədən cinayətkarlar artıq məh

İlham Əliyev: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?

İlham Əliyev: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur. "ATƏT-in Minsk qrupu bizi vəziyyətlə barışmağa sürükləyirdi ki, yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız. Biz yen

Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir

Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bic vərdişlərindən və əməllərindən əl çəkmir, çəkməyəcək də. Döyüşlərdə hər yeni məğlubiyyətə uğradıqdan sonra, kritik vəziyyətl

Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib - FOTO

Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib - FOTO. Ombudsman Səbinə Əliyeva Ermənistan ordusunun Azərbaycana qarşı aparılan hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibə


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber gunun xeberleri valyuta məzənnələri xeber.az