İlham Əliyev dünya nəhənglərinin qarşısında çıxış edəcək - 100 ölkə oraya toplanır

İlham Əliyev dünya nəhənglərinin qarşısında çıxış edəcək - 100 ölkə oraya toplanırBu gün Münhen Təhlükləsizlik Konfransının 56-cı sammiti öz işinə başlayacaq.
Publika.az xəbər verir ki, sammitdə 30 ölkənin hökumət və dövlət başçıları ilə yanaşı, 70 ölkənin Xarici İşlər və Müdafiə nazirləri iştirak edəcək.
"Qərbsizlik- Westlessness" adlı toplantının əsas mövzuları qlobal və regional təhlükəsizlik məsələləri olacaq.
Sammit dünyanın ən böyük iqtisadiyyatlarına sahib ABŞ və Çin arasında rəqabətin yeni səviyyəyə keçməsi, ABŞ ilə Rusiya arasındakı uçurumun daha da dərinləşməsi və qlobal iqtisadiyyatın naməlumluğun mərkəzində olması fonunda keçirilir.
Siyasət, iqtisadiyyat, hərbi və kəşfiyyat sahələrinin ali səlahiyyətli təmsilçilərini bir araya toplayan 500 nəfərlik sammit həm də qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin, akademiklərin və qeyri-hökumət təşkilatlarının diqqətini çəkir.
MTK 2020-nin gündəmini 27 böhran, Avropa layihəsi, beynəlxalq liberal nizam, Avropa İttifaqının özünümüdafiəsi, qlobal ticarət ixtilafları, iqlim dəyişikliyi, kibertəhlükəsizlik və dünya nəhəngləri arasındakı iqtisadi və texnoloji rəqabət başlıqları təşkil edir.
Avropa İttifaqının siyasi gələcəyi, Afrika, Rusiya, Liviya, İran və Çin ilə bağlı mövzular müzakirəyə çıxarılacaq.
Liderlərin böyük maraq göstərdiyi sammiti Almaniya Prezidenti Frenk-Uolter Ştaynmayer açıq elan edəcək. Panellərdə Azərbaycan Prezidenti İlham Əliyev, Kanadanın Baş naziri Castin Trüdo, Əfqanıstan Prezidenti Əşrəf Qani, Fransa Prezidenti Emmanuel Makron kimi liderlər çıxışlar edəcək.
İştirakçılar arasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Almaniya Xarici İşlər naziri Hayko Maas, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərfi, Almaniyanın Müdafiə naziri Anneqret Kramp- Karrenbauer, Kanadanın Müdafiə naziri Harcit Saccan və Sinqapur Müdafiə naziri Nq Enq Hen diqqət çəkir.
Almaniya kansleri Angela Merkelin sammitə qatılacağı gözlənilmir.
Bundan başqa, NATO-nun Baş katibi Yens Stoltenberq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus, Beynəlxaq Polis Təşkilatının (Interpol) Baş katibi Yurgen Stok, BMT Dünya Qida Proqramının icraçı direktoru Devid Besli və "Feysbuk"un qurucusu Mark Zükerberq də konfransda öz yerini alacaq.
BMT, Afrika Birliyi, AQİT və NATO daxil olmaqla, bir çox beynəlxalq qurum MTK 2020-nin platformasından istifadə edəcək.
Sammitin təhlükəsiz şəraitdə keçməsi üçün "Bayerischer Hof" hoteli ətrafında 5 min polis olacaq. Onlara 200-dən çox əsgər dəstək verəcək.
Bununla yanaşı, Münhen şəhər mərkəzində fevralın 15-də NATO-ya qarşı və solçu qrupların etiraz aksiyaları keçirməsi gözlənilir.
Konfrans fevralın 16-da başa çatacaq.
Zümrüd /publika.az


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 84   Tarix: 14 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ: hərbi helikopter vuruldu, pilotlar öldü - FOTO (YENİLƏNDİ)

Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminə aid helikopter vurulub. xəbər verir ki, hadisə İdlib Gərginliyin Azaldılması Bölgəsi daxilindəki Qərbi Hələbdə baş verib. Müxaliflərin mövqelərinə doğru hərəkət edən helikopter

Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısında iştirak edib. xəbər verir ki, prezident toplantıda Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirəyə çıxarıb. Bu barədə Kremlin İctimaiyyətlə Əlaqələ

Rusiyada helikopter qəzaya uğradı - FOTOLAR

Rusiyanın Yamalo-Nenets bölgəsində "Mİ-8" tipli yük helikopteri qəzaya uğrayıb. Tass agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər həyatını itirib.8 nəfər xəsarət alıb. Məlumata görə, özəl "Sko

DƏHŞƏT: Virusa yoluxan dövlət işçisi hamının gözləri qarşısında GÜLLƏLƏNDİ

Şimali Koreyada koronavirusla bağlı dəhşətli iddia ortaya atılıb. xəbər verir ki, virusa yoluxduğu ehtimal edilən dövlət işçisi karantin altına alınıb. Lakin o, karantin altında olarkən qaydaları pozub. İcazəsiz hamama girə

Ərdoğana xüsusi qarşılama: Xoş gəldin, İslam dünyasının lideri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri Pakistan mətbuatında böyük maraqla qarşılanıb. xəbər verir ki, yerli mətbuat Ərdoğanın səfərinin önəminə toxunub, iki ölkənin əlaqələri baxımından vacib olduğu vurğulayıb

Türk ordusu yenidən HƏRƏKƏTƏ KEÇDİ - Sərhəd bölgəsinə hərbi qüvvə yeridildi

Suriyanın İdlib şəhərinə Rusiya dəstəkli Bəşər Əsəd rejiminin hücumları davam edir. xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri iki ölkənin sərhəd zonasında yerləşən bölüklərinə tank və hərbi avtomobil göndərib. Çox sayda əsgə

SON DƏQİQƏ: Türkiyə analoqsuz raketlərini işə salır - Əsədin ünsürləri darmadağın edildi, Rusiya isə...

Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin 63 ünsürü məhv edilib. xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat İdlibdəki yerli qaynaqlardan əldə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyi

Dəhşətli qəza - Çox sayda ölü və yaralı var (VİDEO)

Türkiyənin İzmir şəhərində faciəvi yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Berqama rayonunda qızıl mədəni işçilərini aparan xidmət avtomobili yük maşını ilə toqquşub. Nəticədə 4 nəfər dünyasını dəyişib, 8 nəfə

Ərdoğan ultimatum verdi, kritik müddət başladı - Artıq heç nə əvvəlki kimi olmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının toplantısında Bəşər Əsəd rejiminin hücumlarına qarşı gediləcək yol xəritəsini açıqladı. Ərdoğanın Suriyaya ultimatum göndərməsindən sonra Türkiyəni

Qətliam kimi qəza: 15 ölü, 30 yaralı

Hindistanda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində faciəvi qəza olub. xəbər verir ki, Uttar Pradeş əyalətində baş verən hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb. Polis qəzanın ikimərtəbəl

Əsədin türk əsgərlərinə hücumunun sirri: İranın dəstəyi ilə... - Politoloq ŞOK DETALLARI AÇDI

Suriya rejimi qüvvələrinin İdlibə hücumları davam edir. Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu mövzu ilə bağlı -ın suallarını cavablandırıb. - Hazırda İdlibdə hadisələr hansı istiqamətdə cərəyan edir?.

SON DƏQİQƏ: ABŞ dəhşətli hücuma başladı - Əsədin mövqeləri DARMADAĞIN EDİLDİ/VİDEO (YENİLƏNDİ)

ABŞ əsgərləri ilə Suriya ordusuna bağlı qüvvələr arasında Qamışlı şəhərində yaşanan qarşıdurmadan dsonra Rusiyaya aid hərbi birliklər bölgəyə göndərilib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi informasiy


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun enson xeberler son.xeber maliyye xeberler bugun