İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir? - MÜSAHİBƏ

İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir? - MÜSAHİBƏİlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir? - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Bakının Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasına sadiq qaldığını bəyan edib. Bu yaxınlarda "Rossiya seqondya" beynəlxalq xəbər agentliyinin baş direktoru Dmitriy Kiseleva verdiyi müsahibədə Azərbaycan dövlətinin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə yetirməkdən imtina etdiyi əsas prinsipləri açıq şəkildə təsvir etdi. Buna görə, yeri gəlmişkən, Ermənistan lideri "Sasna Tsrer" terror partiyasından təriflər aldı: "Sevindirici haldır ki, baş nazir tərəfimizdən tamamilə qəbul olunan Rusiyanın tətbiq etdiyi siyasəti rədd etdi".
İndi münaqişənin sülh yolu ilə nizamlanması və daha əvvəl əldə edilmiş bütün razılaşmaları rədd edən Ermənistandır. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov birinci mərhələdə erməni qoşunlarının işğal olunmuş beş rayondan çıxarılması barədə danışarkən, N.Paşinyan Ermənistanın ərazi güzəştlərindən imtina etdiyini bəyan etmişdi. Azərbaycan Prezidenti gələcəkdə həm erməni icmasının, həm də Azərbaycan icmasının Dağlıq Qarabağ ərazisində sülh şəraitində bir yerdə yaşamalı olduğunu söylədi. Və N.Paşinyan, öz növbəsində, Dmitriy Kiselevin ona ünvanladığı suala iki dəfə cavab verməsinə baxmayaraq, erməni tərəfindən kompromislər barədə heç nə demədi.
Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, siyasi elmlər doktoru Aleksandr Mixaylenko Media.Az-a verdiyi müsahibədə mövcud vəziyyəti belə şərh edib:
- Əlbəttə, bir razılaşma olmalıdır və siyasi həll yolu güzəştlərdən asılıdır. Həqiqətən, uzun illərdir ki, "Madrid prinsipləri", Azərbaycan rayonlarının işğaldan azad edilməsi, bu prosesin nə qədər vaxt çəkə bilməsi, Dağlıq Qarabağın statusunun necə müəyyən olunması müzakirə olunur. Təcrübəmə əsasən, razılaşma müxtəlif səviyyəli əhəmiyyət kəsb edə bilər. Çox şey qarşılıqlı anlaşmadan, siyasi iradədən və qətiyyətdən asılıdır. Kənardan müşahidə edirəm, informasiyaları təhlil edirəm və mövcud siyasi vəziyyətin nə qədər dəyişkən olduğunun şahidi oluram.
- Siz güzəştlər barədə danışdınız. Prezident İlham Əliyev Dmitriy Kiselevə müsahibəsində Azərbaycan tərəfinin mövqeyini bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə ona bir neçə dəfə sualın ünvanlanmasına baxmayaraq, bunu edə bilmədi. Bəs tərəflərdən biri sadəcə kompromislərdən danışmırsa, necə danışıqlar prosesini aparmaq olar?
- Nikol Paşinyan Ermənistan cəmiyyətinin piramidasının zirvəsidir. Bəs onun mövqeyi cəmiyyətdə nə dərəcədə qüvvədədir? Və bu baxımdan suallar yaranır. Onu da nəzərə almaq lazımdır ki, İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Nikol Paşinyan kimdir? Xalq tribunudur? O, küçənin hesabına hakimiyyətə gəlib. Lakin bir ölkənin başında olmaq və onu idarə edə bilmək, ən çətin məsələləri həll etmək iki fərqli şeydir. Eyvana çıxıb insanlardan soruşa bilərsiniz: hansı təklifləriniz var, nə etmək lazımdır? Onun beyninə küçədən üç fikir "atılıb" və o fikirlərlə də danışıqlar prosesinə gedir...
- Siz tərəflərin bir-birinə uyğunlaşmasından da danışdınız, bu da göz önündədir. Bəs İrəvan niyə Azərbaycanın deyil, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da danışdığı şərtlərlə razılaşmaq istəmir?
- Düşünürəm ki, indi, yeri gəlmişkən, bu ilin mayında sizinlə danışdığımız "gizli diplomatiya" işləyir. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 32   Tarix: 17 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Prezident: "Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək

Prezident: "Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək". "Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır"

İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ. "Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlarımızdan çıxsın". Bunu Azərbaycan Respublikasının Prezidenti İlha

Dövlət başçısı: "Biz birlikdə şanlı tarix yazırıq

Dövlət başçısı: "Biz birlikdə şanlı tarix yazırıq". "17 oktyabr nəinki Füzulilərin, eləcə də, Azərbaycanın tarixində əbədi yadda qalacaq. Bu, tariximiz ən parlaq səhifələrindən biridir". Bunu Azərbayca

Siz bütün Azərbaycanın bayraqdarısınız! - Ali Baş Komandana MÜRACİƏTLƏR

Siz bütün Azərbaycanın bayraqdarısınız! - Ali Baş Komandana MÜRACİƏTLƏR. Azərbaycanlılar və xarici vətandaşlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzu

Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab - FOTO

Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab - FOTO. Gənclərimiz müxtəlif dünya ölkələrinin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayıblar. Bununla bağl

NATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTO

NATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTO. NATO Parlament Assambleyasının Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarı keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətl

Bosniya və Herseqovinanın XİN rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyib

Bosniya və Herseqovinanın XİN rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviç arasında telefo

Alayarımçıq jurnalist və siyasətçinin sonu

Alayarımçıq jurnalist və siyasətçinin sonu. "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyov oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə

XİN: Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

XİN: Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib. "Təxminən 30 ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətl

İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib - FOTO

İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib

Səfir: "Qətər Azərbaycanın yanındadır, işğal olunmuş ərazilərdəki vəziyyəti yaxından izləyirik

Səfir: "Qətər Azərbaycanın yanındadır, işğal olunmuş ərazilərdəki vəziyyəti yaxından izləyirik". BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin bir hissəsini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb. Dünən Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Spiker qonağı salamlayara


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbərlər son xeberler 2020 sonxabar az