İkbal Durre: "Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram

İkbal Durre: "Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıramİkbal Durre: "Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram"
Təəssüf ki, hamısı olmasa da əksər rusiyalı ekspert arzu ediləni həqiqət kimi qələmə verir. Qərəz onların obyektiv olmasına mane olur. Üstəlik, öz dövlətlərinin rəsmi siyasəti barədə səhv anlayışları var.
Bunu türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert İkbal Durre rusiyalı ekspertlərin Türkiyənin Qarabağda sülhməramlı əməliyyatda iştirakına narazılıqları ilə bağlı Media.az-ın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Kremlin mövqeyini öyrənəndə bir çox ekspertin rəyi, ritorikası tədricən də olsa dəyişir.
"Tez-tez belə metamorfozların şahidi oluram", - deyə o əlavə edib.
Politoloq bu məsələdə Qərbin reaksiyasına gəldikdə isə onların mövcud vəziyyətdə məsələlərdən kənarda qaldıqlarına görə narazı olduqlarını bildirib.
"Onlar Türkiyə və Rusiyanın bölgədə artan nüfuzundan narazıdırlar. Qərb son zamanlar bu ölkələrlə elə də yaxşı münasibətdə deyil və bu, Ankara ilə Moskvanın mövqelərinin yaxınlaşmasına təkan verir. Hadisələrin belə bir inkişafı onlara sərf etmir, bunu heç gözləmirdilər. Ancaq Qərb öz problemləri ilə məşğul olduğundan bu məsələdə bəxti gətirmədi: ABŞ-da - seçkilər, Avropada - terror hücumları. Nəticədə onların Qarabağa gecikmiş reaksiyasının şahidi oluruq".
Ekspert Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu da qiymətləndirib:
"Bu, Azərbaycan üçün də, Türkiyə üçün də müsbət haldır. Rusiya üçün bir nəticədir, buna görə də Moskva Ankara ilə əlaqələrini inkişaf etdirəcək. Bütün ölkələr Qafqazda qonşudurlar. Moskva üçün Türkiyə istənilən halda Qərbin bu bölgədəki varlığını gücləndirməkdən daha yaxşıdır".
Ermənistanın narazılığına gəldikdə isə ekspert bunu heç cür başa düşmədiyini deyib:
"Ermənistan ümumiyyətlə hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram", - deyə İkbal Durre sözlərini yekunlaşdırıb. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 21   Tarix: 21 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə edib

İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının Zirvə Toplantısı öncəsi Brüsselə səfər edib. Bu barədə "TR

Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO

Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO. Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıla

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığ

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib. ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşması barədə tam informasiya verilib. "Rİ

Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı

Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı. Kolumbiya Milli Ordusunun geniş dinləyici kütləsinə malik radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi

Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb

Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb. Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev Xankəndidə Qurumlararası Humanitar Yardım Mərkəzinin fəaliyyətə başlamas

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək. Rusiyanın bir neçə dövlət qurumdan ibarət nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək. Russia Today-nin məlumatına görə, bu barədə RF XİN-in məlumatınd

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı

Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı. Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyin

Putin: "Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz" - VİDEO

Putin: "Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz" - VİDEO. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlə

Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib

Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib. Qalınlığı 15 mikrona  qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə  tutulan plastik qarışdırıc

Əsir düşən Azərbaycan hərbçiləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildi - FOTO

Əsir düşən Azərbaycan hərbçiləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildi - FOTO. Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib

Sahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik

Sahibə Qafarova: "Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik". "Əminəm ki, biz tezliklə, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimiz


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2020 son xeber az cəbhədən ən son xəbərlər xabarlar