İdmançıların çətin dönəm yaşamaları məni çox narahat edir - Nazir

İdmançıların çətin dönəm yaşamaları məni çox narahat edir - Nazirİcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!
Publika.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov qeyri olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə bildirib.
Nazir olimpiya idman növlərində vəziyyətin nisbətən daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdırıb.
O, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu deyib:
"Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verilib. Amma siz haqlı şəkildə "Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək" sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm".
Nazir federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpia İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümükünlüyünü ifadə edib. Avadanlıqlara gəldikdə isə, A.Rəhimov idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib.
Nazir federasiyaların maliyyə çətinliyi ilə üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxunub: "Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun".
Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu və nizamlı olduqlarını söyləyib. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırılıb.
Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti- dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilə iştirak edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların formokoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iclasda 30-dan çox qeyri olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edib. Buraya Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Azərbaycan Muaytay Tayboks Federasiyası və, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Aykido Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo döyüş növləri idman Federasiyası, Azərbaycan Ənənəvi Karate-Do Federasiyası, Azərbaycan Poverliftinq Federasiyası, Azərbaycan Sambo Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası və digərləri daxil idi. Sonda federasiya rəsmiləri onları narahat edən mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürüblər.
Konfrans zamanı dünyasını dəişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirilib.


SONXEBERLER.AZ
İdman     Baxılıb: 70   Tarix: 10 avqust 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Həbib onunla döyüşə hazırlaşır - FOTO

Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov amerikalı Castin Qetji ilə döyüşə hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabı vasitəsilə məlumat yayıb. Son məşqindən özü və əmis

"Qarabağ"ın potensial rəqibləri AZALDI

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib. xəbər verir ki, Azərbaycan təmsilçisi Makedoniyanın "Sileks" komandasını keçəcəyi təqdirdə

"Keşlə" 26 yaşlı braziliyalını transfer etdi - FOTO

Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb. klubun rəsmi saytına istinadla xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb. Karyerası ərzind

"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. xəbər verir ki, Ağdam təmsilçisi Makedoniyanı

Premyer Liqanın başlanma tarixi açıqlandı

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanma tarixi bilinib. xəbər verir ki, yeni mövsüm avqustun 21-də start götürəcək. Çempionatın püşkatması isə avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək

"Yuventus" baş məşqçisini istefaya göndərdi

İtaliya "Yuventus"u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib. xəbər verir ki, 61 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb. Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"u tərəfində

"Qarabağ"ın rəqibləri məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək

Transfer pəncərəsinin vaxtı bilindi

Futbol üzrə Azərbaycan çempionatının 2020-2021-ci il mövsümünün transfer dövrlərinin vaxtı müəyyənləşib. xəbər verir ki, yay transfer pəncərəsi avqustun 3-dən oktyabrın 5-dək davam edəcək. Qışda isə klublar transferlərin

Azərbaycan millisinin sabiq baş məşqçisi Türkiyədən qovuldu

Türkiyənin "Kayserispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb. xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib. Klubun rəhbərliyi yeni mövsümlə bağlı planlarınd

"Alanyaspor"a yeni baş məqşçi təyin edildi

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. xəbər verir ki, komandanı indiyədək "Beşiktaş"da Sərgən Yalçının köməkçi kimi işləyən Çağdaş Atan çalışdıracaq. Super Liqa təmsilçisi 4

Təxribata əl atan erməni cəzalandırıldı

UFC-də keçirdiyi son döyüşə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb. Təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə

Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir

Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birg


yeni xeberler son xeberler azerbaycan xeberleri apa.az xeberler kriminal xeberler son xeberler az krimnal bugun