ICESCO-nun Baş direktoru: "İşğaldan azad edilən ərazilərdə gördüyümüz mənzərə əsl faciədir

ICESCO-nun Baş direktoru: "İşğaldan azad edilən ərazilərdə gördüyümüz mənzərə əsl faciədirICESCO-nun Baş direktoru: "İşğaldan azad edilən ərazilərdə gördüyümüz mənzərə əsl faciədir"
Azərbaycanda səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə gedərək ermənilər tərəfindən törədilmiş dağıntıları müşahidə edib. Füzuli rayonuna səfərdən sonra ICESCO-nun Baş direktoru AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Siz işğaldan azad olunmuş ərazilərimdə düşmənin Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsini öz gözlərinizlə gördünüz. Bilmək istərdik, indi nə hisslər keçirirsiniz?
- İlk növbədə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə Prezident İlham Əliyev başda olmaqla, xalqınızı təbrik etmək istərdim.
Bizim burada gördüyümüz mənzərə əsl faciədir. Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük. Məscidlərin, dini məbədlərin dağıdılması, təhqir olunması, vandallığa məruz qalması qəbulolunmazdır. Dini məkanlara hörmətlə yanaşılmalı, onlar qorunmalıdır. Əminəm ki, dağıdılmış bu ərazilərdəki bütün dini-mədəni abidələr bərpa olunacaq. Təbii ki, yalnız ölkə və bölgə, region səviyyəsində deyil, dünya səviyyəsində insanların dini inanclarına fərq qoyulmamalı, hər bir dinə məxsus məbədlərə hörmət olunmalıdır.
Hər bir müharibə təəssüf ki, əraziləri dağıntılara məruz qoyur, həmçinin müxtəlif obyektləri. Amma buna baxmayaraq, dini-mədəni məkanların və mədəni irsin dağıdılması yolverilməzdir.
Bəzən biz məlumatları alırıq, eşidirik, oxuyuruq. Amma gəlib gözümüzlə gördüyümüz mənzərə bizi çox kədərləndirir və hər birimizə təsir edir.
- İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi maddi irsinin qorunması istiqamətində ICESCO tərəfindən nə kimi addımlar atılacaq? Qarabağda yerləşən İslam dini abidələrimizin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi gözlənilirmi?
- Əlbəttə ki, burada, ilk növbədə, Azərbaycan hökuməti tərəfindən müəyyən sorğular göndərilməlidir və bundan sonra müstəqil ekspertlər komitəsi tərəfindən həmin sorğular dəyərləndiriləcək. Mədəni irs abidələrinin İslam Dünyası İrsi Siyahısına daxil olunması həm də o deməkdir ki, bu mədəni obyektlər, dini abidələr ICESCO tərəfindən qorunacaq. Bizim əsas məqsədimiz mədəni-dini irsə aid olan abidələri qorumaqdır. Eyni zamanda, vurğulamaq istərdik ki, biz bütün dinlərə aid dini abidələri qoruyuruq.
Bizə bu ərazilərdəki vəziyyəti yerində görməyimizə şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Ümid edirəm ki, bu yerlər yenidən bərpa olunandan sonra bura bir daha gəlmək imkanımız olacaq. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 51   Tarix: 12 yanvar 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bundan sonra Ermənistan ərazisində həqiqəti deyən hər kəs "türklərə işləyən" hesab olunacaq - VİDEO

Bundan sonra Ermənistan ərazisində həqiqəti deyən hər kəs "türklərə işləyən" hesab olunacaq - VİDEO. Ermənistanın hərbi-siyasi strukturlarının müharibədən sonrakı paranoyası növbəti dəfə pik həddə çatıb və bel

Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR

Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra dövlət qarşısında köçkünlərin öz-dəd

Pakistan XİN-dən Ceyhun Bayramovun İslamabada səfəri barədə AÇIQLAMA

Pakistan XİN-dən Ceyhun Bayramovun İslamabada səfəri barədə AÇIQLAMA. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov 13-14 yanvar tarixlərində Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edəcək. Bu barədə Pakistan XİN məluma

Azərbaycan, Ermənistan və Rusiyanın imza atdığı Bəyanatın DETALLARI

Azərbaycan, Ermənistan və Rusiyanın imza atdığı Bəyanatın DETALLARI. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasını

Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub - YENİLƏNİB + VİDEO

Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub - YENİLƏNİB + VİDEO. AZƏRTAC Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşünün videousunu yayıb. Həmin videonu təqdim edirik:. 19:56. Yanvarın 11-də Azərbayca

Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - YENİLƏNİB + FOTO

Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - YENİLƏNİB + FOTO . Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyannaməsi:

Rusiya və Azərbaycan prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB + VİDEO

Rusiya və Azərbaycan prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB + VİDEO. AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinya

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb. Azərbaycan Prezident İlham Əliyevin Rusiyaya səfəri yekunlaşıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasın

İlham Əliyev Moskvaya getdi - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev Moskvaya getdi - YENİLƏNİB + FOTO Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib. AZƏRTAC xəbər veri

Perenciyev: "Rusiya ermənilərin revanşizminə imkan verməyəcək" - VİDEO

Perenciyev: "Rusiya ermənilərin revanşizminə imkan verməyəcək" - VİDEO. "Rusiya Zabitləri" ekspert şurasının üzvü Alexandr Perenciyev Ermənistanın Dağlıq Qarabağda saxta təxribatyönümlü görüş keçirmələrində

Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN

Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN . "Avtomobil nəqliyyatı haqqında" Qanunun 26.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyat

İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı

İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı. Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. . Bununl


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler maliyye xeberler bugun sonxeber azerbaycan son xeber bugun