HİDROSEFALİYA - beyində mayenin yığılması

HİDROSEFALİYA - beyində mayenin yığılmasıMilli.Az saglamolun.az-a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir.
Hydrosephalus "hydro" - su və "sephalus" - baş sözlərinin birləşməsindən yaranır. Ümumiyyətlə beyində həddindən artıq mayenin yığılması kimi tanınır.
Burada qeyd olunan maye baş-onurğa beyin mayesi - "serebrospinal maye"dir. Bu mayenin həcminin beyin mədəciklərində artması kəllədaxili təzyiqin yüksəlməsi və beyini sıxaraq beyinə zərər verməsinə səbəb olur.
Serebrospinal maye normada gün ərzində davamlı olaraq yaranır və geri sorulur. Bu maye beyin və onurğa beynini əhatə edir və davamlı dövriyəyə malikdir.
Serebrospinal mayenin üç əsas vəzifəsi vardır:
- beyin və onurğa beyinə gələn zərbələrin zərərli təsirindən onları qorumaq,
- beynin qidalanması və artıq maddələrinin atılmasına yardım etmək,
- beyin və onurğa beyini arasında hərəkət etməklə beyində təzyiq dəyişikliklərini tənzimləmək.
Hidrosefaliya hər yaşda görülə bilər, lakin tez-tez uşaqlar və yaşlılarda (60 yaşdan çox) baş verir. Təxminən 500 uşaqdan birində hidrosefaliya olur. Bu xəstələrin əksəriyyətində diaqnoz doğuş zamanı, doğumdan əvvəl və ya erkən körpəlikdə qoyulur. Nadir hallarda genetik xəstəliklər və ya sonradan yaranan ola bilər.
Ümumi səbəblər:
- intrakranial qanaxmalar,
- baş travması,
- beyin şişləri,
- erkən doğuma bağlı hemorragiya
- infeksiya (meningoensefalit).
Əlamətlər
Hidrosefaliya əlamətləri insandan insana dəyişir. Yaş qruplarına görə ümumi nəticələr aşağıdakılardır:
Yenidoğulmuşlarda (0-2 ay): başın anormal böyüməsi, baş dərisinin nazikləşməsi, baş damarlarının nəzərəçarpan olması, qusma, narahatlıq, gözlərin aşağı baxması, tutmalar və ya ünsiyyət qabiliyyətinin pozulması.
Uşaqlarda (2 ay və yuxarı): başın anormal böyüməsi, baş ağrısı, ürəkbulanma, qusma, qızdırma, ikili görmə, narahatlıq, danışmada və yerimədə geridə qalma, ünsiyyət pozğunluğu, sensor-motor funksiyalarının itirilməsi, epileptik tutmalar.
Orta yaşlı yetkinlərdə: baş ağrısı, oyaq qalmada və ya oyanmada çətinliklər, balans pozğunluğu, sidik qaçırma, şəxsiyyət pozğunluğu, demensiya, görmə pozğunluğu.
Yaşlılarda: Ünsiyyət qurmada pozğunluqlar, gedişdə müvazinətin pozulması, xatırlama çətinlikləri, baş ağrısı, denemsiya, sidik qaçırma.
Hidrosefaliyası olan xəstələrdə həkim əvvəl ümumi baxış keçirir, müayinə və bəzi testlər (Kompyuter tomoqrafiya KT, Maqnit Rezonans Tomoqrafiya MRT, Beyin Ultrasonografiyası-neyrosonografiya) təyin edir. Hidrosefaliyanın diaqnozu və müalicə metodu bu testlərdən sonra qoyulur. Təkcə uşaqlarda başın böyük olması hidrosefaliya olduğunu göstərməz! Ancaq beyin görüntüləmə üsulları istifadə edilərək diaqnoz təsdiqlənir.
Hidrosefaliyanın müalicəsi
Hidrosefaliya xəstəliyinin dərmanlarla müalicəsi mümkün deyil. Hidrosefaliya yalnız beyin və sinir cərrahiyyəsi mütəxəssisləri-neyrocərrahlar tərəfindən cərrahi müdaxilələrlə düzəldilə bilər. Seçiləcək cərrahiyyə müdaxiləsinin növləri hidrosefaliyanın əsas səbəbinə görə dəyişir.
Serebrospinal mayenin dövranında bir maneə (tıxanma) varsa, tıxanıqlıq (şiş, kist və s.) cərrahi əməliyyatla aradan qaldırılır.
Beyində baş onurğa beyin mayesinin dövranında yollarda darlıq varsa, belə xəstələrə endoskopik cərrahi əməliyyat mümkündür.
Açıq hidrosefaliyada (yəni beyin mayesinin dövranında heç bir maneə yoxdur, problem beyin mayesinin daha çox əmələ gəlməsindədir) ancaq ventrikuloperitoneal şuntlama cərrahi əməliyyatı icra olunur.
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 32   Tarix: 28 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Maska taxmaq bu şəxslər üçün təhlükəli ola bilər

Xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən insalara daimi olaraq tibbi maska taxmaq məsləhət görülmür.  Trend-ə istinadən bildirir ki, mütəxəssislərin fikrincə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığında

Türk professordan koronavirus açıqlaması: Bunları yeyin, problem yoxdur

Çindən yayılmağa başlayan və dünyanı gərginlikdə saxlayan koronavirusla bağlı türk professor Canan Karatay maraqlı təklif səsləndirib. O bildirib ki, sözügedən virusun digərilərindən fərqi yoxdur və adi qrip infeksiyasıdır

Xurmanın faydaları: Kimlərə olmaz?..

Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? Bəs hansı halda bu meyvədən imtina etmək daha yaxşıdır?. -a istinadən bildirir ki, xurma bir çox faydalı maddələrə, xüsusən də A, B və C vitaminlərinə sahibdir. Bunlar payızd

Psixi sağlamliq və koronavirus antipandemiyasi

Koronavirus pandemiyasının sürətlə yayıldığı bir dönəmdə insanların xüsusi diqqət yetirməli olduğu məsələlərdən biri də psixogigiyena məsələsidir. Əksər hallarda çoxumuz bədən sağlamlığının gigiyenasından danışırıq, amm

Sarıkökün İNANILMAZ FAYDASI: 1 stəkan isti südə...

Sarıkök qidalara gözəl dad və rəng verməsi ilə yanaşı çox effektli təbii müalicəvi vasitədir. xəbər verir ki, o, orqanizmi ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır və xərçəng xəstəliklərin inkişafından qoruyur. Sarıkökü

Bu insanlarda HİPERTONİYAnın riski 2 dəfə çoxdur

Pensilvaniya (ABŞ) Dövlət Ürək-damar xəstəlikləri İnstitutunun alimləri siqaret çəkənlər və çəkməyənlər arasında qan təzyiqinin tənzimlənməsi aspektində fərqlərin olduğunu təsdiq edən kəşfə imza atıblar. Belə ki, siqare

Pişikotunun inanılmaz FAYDASI: Müntəzəm olaraq istifadə ediləndə...

Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur. xəbər verir ki, pişikotu əsasən güclü sakitləşdirici vasitə tanınır və kimi istifadə olunur. Dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik

Ümumi qan və sidik analizi xərçəngi göstərirmi? - CAVAB

Belə bir mif var ki, əgər qanın və sidiyin ümumi analizində hər şey normadırsa, o zaman insanda ciddi xəstəlik yoxdur. -a istinadən xəbər verir ki, Avropa Onkologiya Cəmiyyətinin üzvü Mixail Laskov bildirib ki, qanın ümum

Alma, xiyar, badımcan... - İstifadə edərkən bu amili mütləq nəzərə alın!

Bəzi meyvələr var ki, onların qabıqları özlərindən daha faydalıdır. həmin məhsulları təqdim edir:. Alma. Alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır

Əllə yeməyin faydası və ziyanı

Əllə yeyilən yemək daha dadlıdır. -a istinadən bildirir ki, bu nəticəyə Stivens Universitetinin alimləri gəliblər. Eksperimentdə iştirak edən insanlar eyni yeməyi əvvəl əllə, sonra çəngəl və bıçaqla yeyirdilər. Nəticədə bütü

Oksfordda koronavirusa qarşı vaksin hazırlayan alimdən AÇIQLAMA

Oksford Universitetində koronavirus peyvəndi hazırlayan alimlər qrupuna rəhbərlik edə professor Adrian Hill dərmanın müvəffəqiyyət şanslarını qiymətləndirib. xəbər verir ki, alim dərmanın COVID-19-a qarşı təsirli olma ehtimalını

Koronavirusu simptomsuz necə TƏYİN ETMƏK OLAR?

Mayın 25-də "Rospotrebnadzor"un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən "yeni normal şərtlərə" uyğun yaşamağa alışmalıdırlar. xəbər verir ki, Koronavirusu heç bir əlamə


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu xeberler azerbaycan son.xeber ən son xəbər