Hər guşəsi zəngin Qarabağ – VİDEO

Hər guşəsi zəngin Qarabağ – VİDEO Hər guşəsi zəngin Qarabağ – VİDEO
Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycanın bir çox nümunələri ilə rastlaşmaq olar. 
Baku TV Qarabağın hər cəhətdən zənginliyi ilə bağlı süjet hazırlayıb.
Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovşağında yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə zəmin yaradıb. Şuşanın ən məşhur yerlərindən olan Cıdır düzündə dünyada ad qazanan qızılı rəngli, çapraq yerişi və alnında mil şəkilli qaşqası ilə fərqlənən Qarabağ atları yarışıb. 
Bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. İşğaldan azad olunan Füzuli də gözəl və səfalı yerləri, bərəkətli torpağı ilə ad qazanıb. Qarabağın Ağ damı!.. El arasında "od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyi SSRİ-də birinci, dünyada ikinci idi. Qarağacı qəbiristanlığı ağdamlılar üçün çox müqəddəs bir məkan idi. Ağdam bazarı qədimliyi, bolluğu, ən əsası, "Nə istəsən, bu bazarda taparsan" sözü ilə məşhur idi. İşğaldan azad olunan dünyaca məşhur Azıx mağarası isə Qarabağın Füzuli rayonunda yerləşir.
Ən səfalı və şəfalı yerlərdən olan Kəlbəcər minbir dərdin dərmanı olan İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. "İstisu" sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. Əlbəttə, Kəlbəcərin qızıl yataqlarını da unutmaq olmaz. Kəlbəcər rayonunda yerləşən Söyüdlü yatağında 112,5 ton qızıl var. Rayondakı Ağduzdağ və Tuthun yataqlarının ehtiyatlarının ümumi həcmi isə 13,2 ton qızıldır.

/oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 71   Tarix: 19 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Abşeronda güclü partlayış - VİDEO

Abşeronda güclü partlayış - VİDEO . Abşeron rayonunda dəmir konstruksiyaların emalı sexində partlayış olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. . O bildiri

Müharibədən zərərçəkənlər üçün onlayn "Psixoloji dəstək xətti" fəaliyyətə başladı

Müharibədən zərərçəkənlər üçün onlayn "Psixoloji dəstək xətti" fəaliyyətə başladı. Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşla

Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ. "Gündəlik əsasda rəqəmlər onu göstərir ki, koronavirusa yoluxma artır. Artıq rəqəmlər 200-i keçib, eyni zamanda, yoluxma nəticəsind

Azərbaycanda həftəsonları ictimai nəqliyyat işləməyəcək - RƏSMİ

Azərbaycanda həftəsonları ictimai nəqliyyat işləməyəcək - RƏSMİ. Sərt karantin rejiminin uzadılması ilə əlaqədar ölkə üzrə həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Bu barədə Nazirlər Kabineti yanında operati

Koronavirusa yoluxanların özünümüalicəsinin təhlükəsi açıqlandı - RƏSMİ

Koronavirusa yoluxanların özünümüalicəsinin təhlükəsi açıqlandı - RƏSMİ. "Son günlər koronavirusa yoluxan xəstələrin özünümüalicə tendensiyası artır". -ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin təşkilati idarəetmə və biznes strukturunda yeniliklər

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin təşkilati idarəetmə və biznes strukturunda yeniliklər. "Sumqayıt Texnologiyalar Parkı" MMC ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində səylərin artırılmas

TƏBİB-dən xəstəxanada olduğu iddia edilən huşsuz əsgər və zabitlərlə bağlı AÇIQLAMA

TƏBİB-dən xəstəxanada olduğu iddia edilən huşsuz əsgər və zabitlərlə bağlı AÇIQLAMA. Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayıla

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO. "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının bu günə olan cədvəli açıqlanıb. Təhsil Nazirliyi dərs cədvəlin

Salyanda yanğın oldu

Salyanda yanğın oldu. Salyan rayonunda ümumi sahəsi 60 kvadrat metr olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları 25 kvadrat metr sahədə və ev əşyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bakıda üç nəfər köməksiz qaldı

Bakıda üç nəfər köməksiz qaldı . Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə üç nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə üç müraciət daxil olub. Bildirilib ki, dərhal çağırı

Azərbaycanda benzin istehsalı artıb - FOTO

Azərbaycanda benzin istehsalı artıb - FOTO. Azərbaycanda yanvar-oktyabr aylarında 2 milyard 520,5 milyon manat dəyərində neft məhsulları istehsal olunub. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, b

Xaçmazda ikimərtəbəli evdə yanğın olub

Xaçmazda ikimərtəbəli evdə yanğın olub. Xaçmaz rayonunun Palçıqoba kəndində ümumi sahəsi 340 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 300 kvadrat metr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məluma


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2021 cəbhədən görüntülər xeber.az 2021 qurban bayrami 2021