Fobiya və onun növləri

Fobiya və onun növləriQeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Digər sayrışan hallar kimi fobiyalar da iradədən asılı olmayaraq yaranır və qorxu sahibi vəziyyətə tənqidi yanaşsa da, ondan təkbaşına xilas ola bilmir.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova fobiyalar haqqında AZƏRTAC-a məlumat verərək deyib: "Müasir psixiatrik araşdırmalar fobiyaların 300-dən artıq növünü qeydə alıb və onlara bir neçə formada təsadüf olunur. Qorxu fabulasının xarakterinə əsasən fobiyaların müxtəlif növləri ayırd edilir.
Birinci qrupa müxtəlif xarakterli fəza qorxuları aid edilir. Onlardan ən məşhuru klaustrofobiya - qaranlıq məkanlardan qorxmadır. Bunun əksinə olaraq açıq sahələrdən qorxma isə aqorafobiya adlanır. Klaustrofobiya adətən uçqundan xilas olmuş şaxtaçılarda və ya qəza keçirmiş sualtı gəmilərin heyət üzvlərində, həmçinin eyni təhlükəli situasiya ilə üzləşən sadə adamlarda da təsadüf edilir.
Olduqca geniş yayılmış ikinci qrupda sosiofobiyalar cəmləşir. Məsələn, müəyyən auditoriya və ya tamaşaçı qarşısında çıxış etmək, diqqət mərkəzində olmaq, cəmiyyət içində hər hansı bir hərəkət etmək, hətta sevdiyini itirmək qorxusu da ona aid edilir.
Hər hansı bir xəstəliyə yoluxmaqdan qorxu hissi nozofobiyalarda toplanır və epidemiyalar zamanı daha çox kəskinləşir. Başqa bir qrupa tanatofobiya, yəni sayrışma dərəcəsində ölümdən qorxu aid edilir və s.
Fobiyaların yaranma mexanizmi tam araşdırılmasa da, qorxulara meylli olanların kateqoriyası müəyyənləşdirilib. Bu sahədə genetik faktor xüsusi yer tutur. Fobik pozulmalar valideynləri xasiyyətcə narahat və həyəcanlı olan ailələrin uşaqlarında baş verir və onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürmüş olurlar. Zəngin təxəyyülə malik emosional cəhətdən həssas olanlar fobiyalara daha çox meyllidirlər. Müəyyən edilib ki, panik qorxular çox vaxt konkret hadisə ilə provakasiya olunur və həyatında bircə dəfə panik hücum yaşayanlar oxşar situasiyaların baş verməsini hər vəchlə əngəlləməyə çalışır".
Psixoloq daha sonra deyib: "Maraqlıdır ki, fobiyalar yaşlılarda nadir hallarda aşkarlanır, ehtimal ki, həyata baxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir. Uşaqlıq və yeniyetməlik illərində başlayan panik qorxular müalicə olunmadıqda 45-50 yaşlarına qədər davam edir.
Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd olunur: xəstə boğazda spazma hiss edir və boğulur, ürək döyüntülərinin sayı artır, bədəndə zəiflik, beyində tormozlanma hiss edir, az qala bayılacaq dərəcəyə çatma, soyuq tər basma, titrəmə, dəhşət hissini bürümə, bədəninə nəzarət edə bilməmək və s. Həmin əlamətlərin dördünün aşkar olunması fobiya diaqnozu qoymağa kifayət edir.
Fobiyaların müalicəsinin əsas prinsipi psixoterapiyadır. Bir neçə psixoterapevtik üsul daha səmərəli hesab olunur: koqnitiv-bixevioral terapiya, davranış terapiyası, hipnoz, sistematik desensibilizasiya, geştaltpsixologiya, relaksasiya və autotreninq üsulları. Müalicə üsullarının seçilməsi xəstə ilə söhbət əsnasında fərdi olaraq həyata keçirilir. Fobiyanın səbəbinin müəyyən edilməsi müalicənin uğurlu nəticələnməsinə yarıbayarı zəmanət verir. müalicənin əsas məqsədi xəstəni fobiyası ilə üz-üzə gətirmək, həmin qorxunu yaşadığı an özünüidarəetmə xüsusiyyətini itirməməyi öyrətmək və təcrübədə situasiyanın onun üçün heç bir təhlükə törətmədiyini göstərməkdir. Ən əsas cəhət odur ki, xəstə özünü vəziyyətdən çıxarmağa çalışsın. Bunun üçün iradə və cəsarət göstərib qorxunun üstünə getmək, hətta həmin halda qorxunun üstələməsinə imkan verməmək lazımdır. Nəticədə beyin qorxu mexanizmlərinin işə düşməsinə heç bir ehtiyac olmadığını anlayacaq və situasiyanın real olaraq heç bir təhlükə daşımadığını təhlil edə biləcək".
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 104   Tarix: 18 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Narsizm - özünə vurğunluq halının həddini aşması ciddi problemlər yaradır

Son vaxtlar narsizm adlanan şəxsiyyət pozğunluğuna çox rast gəlinir. Məşhur alman filosofu Ziqmund Freyd ifrat özünəvurğunluq halını narsizm adlandırıb. Əslində hamıda narsizmin müəyyən əlamətləri var. Lakin həmin halın həddin

Türkiyədə müalicə alan Xalq artistinin yeni görüntüsü - FOTO

Uzun müddətdir səhhətində problem olan Xalq artisti Naibə Allahverdiyeva yeni görüntüsünü yayımlayıb. axşam.az-a istinadən bildirir ki, aktrisa İnstaqram-da yerləşdirdiyi fotosuna "Çoxdandır görsənmirsiniz" şərhin

Ramiz Novruz əməliyyat olundu

Xalq artisti Ramiz Novruz əməliyyat olunub. axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "X maqazin"ə açıqlamasında deyib. "Ağ ciyərimdən əməliyyat olundum. Heç kimə demədim. İstəmədim insanlar bilsin

"Şahənşah" restoranında zəhərlənmə ilə bağlı toy sahibi danışdı: "Bəyin vəziyyəti hələ normallaşmayıb"

Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi detallar məlum olub. xəbər verir ki, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfə

Sadə qan analizi xərçəng əlamətlərini aşkar edəcək

Nottinqem Universitetinin araşdırma komandasının tədqiqatları xərçəng hüceyrələrini istehsal edən antigenlərə həsr edilmişdir. deyerler.org-a istinadən bildirir ki,  onlar bədəndə immun reaksiyanın əmələ gəlməsini təhri

İdman etmədən də arıqlamaq mümkündür?

Dietoloqlar, arıqlamaq üçün, hər hansı səbəbdən fiziki məşq edə bilməyən insanlara bəzi məsləhətlər verir. Arıqlamaq üçün qida rasionuna ət, quş əti, balıq kimi proteinlə zəngin qidalar əlavə edilməlidir. deyerler.org-a istinadə

Cihazlar uşaqların beyninə necə təsir edir

Alimlər apardıqları araşdırma üçün, əqli qabiliyyət göstəriciləri ölçülmüş 3-5 yaş arası 47 uşaq seçmişdir. Onların valideynlərindən uşaqların planşet və smartfondan istifadə edərkən vərdişləri haqda soruşulmuşdur. deyerler.org-

Altsheymer xəstəliyinə tutulma riskini azaldan beş yol

Altsheymer xəstəliyi sağalmaz olaraq qalır. Lakin müasir araşdırmalar xəstəliyin inkişafını ləngidən beş yolu göstərib. Mütəxəssislərin fikrincə, qida rasionuna təzə meyvə, tərəvəz və balıq daxil edənlər ümumi sağlamlığ

40 nəfərin ölümünə səbəb olan elektron siqaretin törətdiyi fəsadların səbəbi dəqiqləşib

ABŞ-da 40 nəfərin ölümünə səbəb olan elekton siqaretin yaratdığı fəsadlar və onun səbəbləri məlum olub. bu barədə "haberler"-ə istinadən məlumat verir. Xəbərə görə, ABŞ-da ağciyər xəstəliklərinə səbəb olduğu üçü

Bu dərmanlar yalnız ilk 24 saat ərzində içilməlidir - Sonra effekt vermir!

Soyuq fəsillərdə virus xəstəlikləri kəskin artır. Bu xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə olunmur. Antibiotiklər mikroblara təsir edir, viruslara isə heç bir təsir etmir. -a istinadən bildirir ki, soyuqdəym

Zəngli saatla oyanmaq bu xəstəlikləri yaradır - ARAŞDIRMA

Zəngli saatla oyanan insanlar zamanla bir sıra problemlərlə üzləşə bilərlər. -a istinadən bildirir ki, araşdırmalar bu səsin nəinki narahat, həm də sağlamlığa zərərli olduğunu söyləyir. Tədqiqatçılar yuxunu 5 mərhələyə bölürlər

Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADI

Aralıq dənizi Dərman Aromatik Bitkilər Dərnəyinin başçısı, professor Nazim Şekeroğlu kosmetik məhsulların dəriyə zərərlərini izah edib. xəbər verir ki, professor Antalyada keçirilən "3-cü Beynəlxalq Kosmetik Konqres"


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar sosial yardim son xeber az hava durumu