Ermənistanı tərk edən azərbaycanlıların gizlətdiyi "XƏZİNƏ": 30 ildir tapılmır - FOTO/VİDEO

Ermənistanı tərk edən azərbaycanlıların gizlətdiyi "XƏZİNƏ": 30 ildir tapılmır - FOTO/VİDEOVideo əlavə edilib.

*****
10:25
"Bu materialda oxuduğunuz hər şey lətifə kimi görünə bilər, ancaq bunlar Ermənistandakı həqiqi bir kənddə baş verən gerçək hekayələrdir".
Publika.az xəbər verir ki, "Sputnik Ermənistan" nəşri belə girişli bir məqalə dərc edib.
Məqalədə vaxtilə Tavuş rayonunda yaşamış azərbaycanlıların rəvayətindən bəhs edilir.
Bildirilir ki, bu rayonun Ovk adlı kəndi var və bu yaşayış məntəqəsi ölkədə azərbaycanlıların rəvayəti ilə məşhurdur. Kənddə 2 süni, 1 təbii olmaqla, 3 göl yerləşir. 1990-cı illərə qədər – yəni Qarabağda münaqişə başlamazdan əvvəl bu kənddə yalnız azərbaycanlılar məskunlaşıb və bura "Ahulu" adlandırılıb.
İki ölkə arasında münaqişə alovlanarkən Azərbaycan və Gürcüstana köçməyə məcbur olan kəndlilər ermənilərə heç bir fayda qoymamaq üçün maraqlı üsula əl atıblar. Onlar sahib olduqları bütün kənd təsərrüfatı texnikalarını təbii gölə atıblar. Azərbaycanlılar bu planı nə zamansa doğma yurdlarına geri qayıtmaq ümidi ilə həyata keçiriblər.
Ovkdakı 2 süni gölə sahib "Kari Liç" kompleksinin qurucusu Mer Meliksetyan məsələ ilə bağlı açıqlamasında rəvayətdə, güman ki, traktor və yük maşınlarından bəhs edildiyini deyib. Onun sözlərinə görə rəvayət kəndə köçən ermənilərə azərbaycanlılar tərəfindən nağıl edilib. Ona görə də heç bir erməni hadisənin real olub-olmadığını bilmir.
Erməni kəndlilər bunu araşdırmaq üçün dəfələrlə gölün dibindən azərbaycanlı "xəzinələrini" çıxarmağa çalışıb. 90-cı illərdə Hakob Davtyan adlı bir kəndli və yoldaşları orada traktor və yük maşını tapmaq üçün gölü qurutmaq istəyiblər. Gölün su səviyyəsi bir neçə metrə endirilib, lakin orada heç bir avadanlıq görülməyib. Kəndin digər sakinləri də balıq ovu torları ilə kənd təsərrüfatı maşınlarını "tutmağa" çalışıblar. Bu cəhdlərin də uğursuz olduğunu deməyə ehtiyac belə yoxdur.
Mer Meliksetyan bir neçə il əvvəl bir adamın göldə boğulduğunu, xilasedici – dalğıcların gölə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, bütün kənd boğulan şəxsin deyil, dalğıcların gölün dibində nələr görəcəyinin marağında olub. Ancaq onlar da bir şey görməyiblər. Çünki gölün dibi yosun ilə örtülüdür və dibi görmək, demək olar ki, mümkün deyil.
Zümrüd


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 66   Tarix: 11 avqust 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub - DƏHŞƏTLİ FAKTLAR

Livan tarixinin ən böyük fəlakətlərindən olan və hökumətin istefasına gətirib çıxaran Beyrut partlayışı ilə bağlı detallar tədricən üzə çıxır. xəbər verir ki, "Röyters" agentliyinin əldə etdiyi sənədlərə əsasən

Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA: Qara dənizdə nəfəskəsən anlar

ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 strateji kəşfiyyat təyyarəsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseydon patrul təyyarəsi Qara dəniz üzərindən Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşıb. xəbər verir ki, Rusiy

Beyrut partlayışının səbəblərində siyasi məqsəd var idi? - İstintaq açıqlayır

Livanın paytaxtı Beyrutda 4 avqustda baş verən dağıdıcı partlayışın səbəbləri ilə bağlı ilkin versiyalar müəyyənləşib. xəbər verir ki, istintaqa yaxın mənbələrin məlumatına görə, kimyəvi maddələrin Beyrut limanına gətirilməs

Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu

Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgəsinin Mestiya rayonuna daxil olan bir neçə yaşayış məntəqəsində xüsusi karantin qüvvəyə minir. xəbər verir ki, bu barədə Kordinasiya Şurası qərar qəbul edib. Dövlət Təhlükəsizli

Partlayışdan sonra Livan hökuməti istefaya getdi

Livanın baş naziri Həsən Diabın bu gün saat 19.30-da xalqa müraciətində istefasını elan etməsi gözlənilir. xəbər verir ki, Nazirlər Kabinetinin bugünkü iclasından sonra səhiyyə naziri Həməd Həsən hökumətin istefa verəcəyin

Ərdoğan: "Koronavirus peyvəndinin sınaqları uğurlu oldu

"Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur". "Anadolu"ya istinadla xəbər verir ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa

İt anasız qalan buzova süd verdi - VİDEO

Türkiyənin Tunceli vilayətində anası ölən buzovu itin əmizdirməsi görənləri məəttəl qoyur. "Haber7" -yə istinadla xəbər verir ki, vilayətin Çemişgezek rayonunda heyvandarlıqla məşğul olan Sərdar Dəmirin inəyi doğu

Yarım milyon xarici vətəndaş deportasiya olunacaq

Küveytdəki yarım milyondan çox xarici işçi qüvvəsi ölkədən çıxarılacaq. xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib. Qərara səbəb işçi bazarındakı balanssızlıq və demoqrafik quruluş üzərindəki təsirləridir. Ölkəni

Diqqətlər o ölkədədir - Dəqiqələr sonra AÇIQLANACAQ

Belarus Mərkəzi Seçki Komissiyası Bakı vaxtilə 10:00-da prezident seçkilərinin nəticələrini elan edəcək. RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Belarus 24" telekanalı məlumat yayıb. Bildirili

Partlayışdan sonra Livanda İLK İSTEFA

Livanın İnformasiya naziri Manal Abdel Səməd istefa verib. xəbər verir ki, nazir istefa məktubunu baş nazirə təqdim edib. Xanım nazir xalqdan üzr istəyib: "Qarşılaşdığımız çətinliklərə görə livanlıların istəklərini yerin

"Qətəri işğal edək" TƏKLİFİNƏ Trampın CAVABI - İllər sonra açıqlandı

ABŞ-ın "Foreign Policy" nəşri Səudiyyə Ərəbistanı ilə gərginlik yaşayan Qətərlə bağlı sensasiyalı məqalə yayımlayıb. xəbər verir ki, qəzet Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ABŞ Prezidenti Donald Trampl

Dünyanın diqqəti Belarusda - Xalq kimi seçəcək? (YENİLƏNİR)

Belarus Mərkəzi Seçki Komissiyasının saat 14: 00-a olan məlumatına görə, prezident seçkilərində seçicilərin 65,19% səs verib. Bu da Belarusda seçkilərin baş tutduğunu göstərir. xx. 10:05. Belarusda prezident seçkiləri başlayıb


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en sonxeber xeber.az bu gun axsam.az xeberler