Ermənistanı qaza gətirənlər – ŞƏRH

Ermənistanı qaza gətirənlər – ŞƏRH Ermənistanı qaza gətirənlər – ŞƏRH
Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə qol-qanad verən amillərdən biri də ölkəyə silah tədarükünün həyata keçirilməsidir.
Düzü, Ermənistanın alqı-satqı müqavilələri, hərbi-texniki əməkdaşlıq ilə ordusuna yeni silahlar əlavə etməsinə nail olması qeyri-mümkün görünür.
Ağır sosial-iqtisadi gərginliyin altında inildəyən, dövlət büdcəsində qısır maliyyə imkanları olan Ermənistanın idxal yolu ilə yeni texnikaları və silahları orduya daxil etməsi potensialı yoxdur. Burada hərbi-texniki əməkdaşlıqdan çox Ermənistana uzanan havadarlıq missiyasının əllərini görmək olar.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu baxımdan Ermənistana silahların pulsuz verildiyi qənaətinə gəlmək olar.
Prezident çıxışında silah satmaq adı ilə Ermənistan üçün nəfəslik rolunu oynayan ölkələrə aydın, konkret mesajlar verir.
Hansı ölkələr Ermənistana "can verir"?
Bu gün iqtisadi potensialının tükənmək üzrə olduğu Ermənistanın silahlanma prosesinin istiqamətlərini bir neçə qrupa bölmək olar.
Birinci istiqamət üzrə demək olar ki, Rusiya hərbi texnikaları Ermənistana peşkəş edir ya da dəyərindən ucuz qiymətinə satır. İkinci istiqaməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkələrdən satınalmalar təşkil edir.
Böyük maliyyə imkanlarına malik olan erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən silah idxalı da həyata keçirilir ki, bunu da üçüncü istiqamət hesab edə bilərik.
Üç istiqamətin ümumi konsepsiya halında cəmləsək, deyə bilərik ki, Ermənistanın silahlanması açıq və gizli yollarla həyata keçirilir.
Ermənistanın silah mənbələri sırasında təkcə yuxarıda adı çəkilən dövlətlər dayanmır.
Tovuz döyüşlərindən sonra mətbuatda İran və Küveytin də Ermənistanı gizli şəkildə silahlandırdığına dair məlumatlar yer almaqdadır.
Hərbi sahə üzrə ixtisaslaşan "Azeridefence" jurnalının 2015-ci ildə dərc olunan məlumatlarına əsasən, Ermənistanın əsas silah alqı-satqısı gizli yollarla, Albaniya, Yunanıstan, Kipr, Polşa, Fransa, Moldova, Ukrayna, Livan, Hindistan daxil olmaqla bəzi ölkələrin şirkətləri üzərindən həyata keçirilib.
Xaricdəki erməni diasporunun dəstəyi və maliyyəsindən də bu istiqamətdə geniş istifadə olunur. Bununla bağlı indiyədək kifayət qədər faktlar aşkarlanıb. Bu işdə isə daha çox Ermənistanın əsas silah idxal-ixracatçısı olan "DG Arms Corporotion" şirkətinin adı keçir.
Silahlar həm döyüşdə, həm də diplomatik cəbhədə susdurulur
Ermənistan ordusunu silah gücünə ayaqda saxlamaq cəhdləri isə iflasa uğrayır – həm döyüş meydanında, həm də diplomatik cəbhədə.
Bu ilin iyulun 12-16-sı tarixlərində Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təcavüz həyata keçirmək planlarının qarşısı uğurla alındı.
Bunun ardınca isə Serbiya, İordaniyanın, Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat satdığı üzə çıxması ilə diplomatik ifşa prosesi başladı.
Sözsüz ki, Ermənistan aldıqları silahları Azərbaycana tuşlayır, amma adekvat cavab tədbirləri ilə geri oturdulur.
Bunun ardınca isə özünə gəlməyə çalışır, lakin hərbi məğlubiyyətlə yanaşı, həm mediada, həm də diplomatik müstəvidə Ermənistanın və onun havadarlarının ziyanına işləyən məlumatlar yayımlanır. Lakin nə Ermənistan, nə də onun havadarları nəticə çıxarmırlar, bu da Ermənistanı qaza gətirir.
Aqşin Kərimov /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 108   Tarix: 25 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Aleksandr Sosnovski: "Türklər diplomatik istedadları ilə tanınırlar və indi onu istifadə etməyin vaxtıdır

Aleksandr Sosnovski: "Türklər diplomatik istedadları ilə tanınırlar və indi onu istifadə etməyin vaxtıdır". Avropa Birliyi 24-25 sentyabr tarixlərinə planlaşdırılan sammiti 1-2 oktyabr tarixlərinə təxirə saldı

Ermənistan terrorçuları cəbhəyə toplayır - TƏHLİL

Ermənistan terrorçuları cəbhəyə toplayır - TƏHLİL. Ermənistan ordusu silahlandıqca öz daxili təhlükəsizliyini təmin etməyin fövqündə dayanan işğalçılıq strategiyası ilə sərhədə və Qarabağ cəbhəsinə cəmlənir.  . Onu Azərbaycan

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Baş Nazirdən təhsillə bağlı QƏRAR. Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrları

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - FOTO

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toiv

İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasındakı çıxışı BMT-nin saytında - FOTO

İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasındakı çıxışı BMT-nin saytında - FOTO. BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatd

Avropa İttifaqının xüsusi nümayəndəsi: "Substantiv danışıqlar prosesinə qayıtmaq vacibdir

Avropa İttifaqının xüsusi nümayəndəsi: "Substantiv danışıqlar prosesinə qayıtmaq vacibdir". Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib. Bu barəd

Ukraynalı deputat: "Azərbaycan və Ukrayna bir-birini gücləndirir

Ukraynalı deputat: "Azərbaycan və Ukrayna bir-birini gücləndirir". Dünən Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən Ukraynanı

Əli Əsədov prezidentin fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzaladı

Əli Əsədov prezidentin fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzaladı. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetini

Prezident onlara fəxri adlar verdi - SİYAHI

Prezident onlara fəxri adlar verdi - SİYAHI. Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. . Sərəncama əsasən, Azərbaycan Dövlət İqtisa

İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM. Prezident İlham Əliyev Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN . Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" 2016-cı il 15 fevral tarixl

Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM

Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM. Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTAC məlumat yayıb. 


azerbaycan xeberleri yeni xeberler son xeberler krminal bu gun krimnal xeber gunun xeberleri azerbaycanda son xeberler