Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)

Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)Ermənistan müxalifəti hökumət binası qarşısındakı etiraz aksiyasını bu gün saat 18:00-da davam etdirəcək.
Publika.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi Qeqam Manukyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız etirazçıları deyil, yoldan keçənləri də saxlayaraq polis bölməsinə aparıb. Saxlanılanlar arasında Manukyanın oğlu da var.
Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyana gəlincə, Manukyan onun vəziyyətinin yaxşı olduğunu, şayiələrin əksinə, həkimə müraciət etmədiyini deyib.
Qeyd edək ki, erməni polisi İşxan Saqatelyanı bölməyə aparmağa çalışsa da, müxalifət tərəfdarları onu təhlükəsizlik qüvvələrinin əlindən ala bilib. Saqatelyan və tərəfdarları sürətlə aksiya yerini tərk edib, polis onların ardınca qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yenidən ələ keçirib, bundan sonra Saqatelyanın dodağında qan olduğunu görüblər.
Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan ekologiya naziri Romanos Petrosyanla 2 saatdan çox davam edən görüşdən sonra polis kordonunun müşayiəti ilə 3 nömrəli hökumət binasını tərk etmişdi.
***
13:21
"Bundan sonra baş nazir öz iqamətgahını və ya başqa bir binanı yalnız bir sıra təhlükəsizlik işçilərinin müşayiəti ilə tərk etməli olacaq".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan deyib.
Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq - VİDEO (YENİLƏNDİ)Onun sözlərinə görə, Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanla yalnız "istefasının yol xəritəsi"ni müzakirə etməyə hazırdır: "Əks təqdirdə, müxalifət onu tək qoymayacaq. Heç bir şey bizə mane ola bilməz. Dedik ki, işləməsinə icazə verməyəcəyik, onu tək qoymayacağıq. Baxın, bunlar bu adamın (polis kordonuna işarə edərək – red.) gündəlik həyatıdır".
O, Paşinyanın müxalifətdən qorxduğunu, əks halda, bu qədər təhlükəsizlik işçisinin bir hökumət binasından digərinə keçməsi üçün yolu bağlamayacağını qeyd edib.
Saqatelyanın sözlərinə görə, Paşinyanın cinayətləri 4 hissəyə bölünə bilər: müharibədən əvvəl, müharibə zamanı, müharibədən sonra və indi. Saqatelyan müxalifətin "bu şərdən" xilas olmaq üçün hər şeyi edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, 3 saylı hökumət binasının yaxınlığındakı ərazidə keçirilən aksiyadan polis bölmələrinə aparılmış vətəndaşların sayı 50-ni keçib.
***
12:39
Ermənistanın hökumət binası yaxınlığında mitinq keçirilir.
Publika.az xəbər verir ki, etirazçılar baş nazirin ünvanına "Nikol vətən xainidir!", "Nikol türkdür!" şüarları səsləndirir.
Polis 25 nümayişçini saxlayaraq polis bölmələrinə aparıb.
Müxalifətin mitinqinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan sərbəst şəkildə 3 saylı binaya daxil olub.
Səhər saatlarında çox sayda polis Respublika Meydanını və hökumət binalarını dövrəyə alıb. Nazirlər Kabinetinin 1 və 3 nömrəli binalarının yanında polis kordonları nümayiş olunur.
Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyan Paşinyanın 200 metr piyada getmək üçün ətrafına 200 polis yığdığını bildirib.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanı irəli sürdülər. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış etdilər.

Zümrüd


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 59   Tarix: 23 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ermənistanın "Boeing-737" təyyarəsi qaçırıldı - Tehranda...

Ermənistan Mülki Aviasiya Komitəsinin qeydiyyatında olan "Boeing-737" təyyarəsi qaçırılıb. xəbər verir ki, bunu Ermənistanın sabiq baş nazir müşaviri Hakob Çaqaryan öz feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə

Çavuşoğlu: Azərbaycanla əldə edilən razılaşmadan xoşbəxtik

"Xəzər dənizindəki "Dostluq" yatağında Türkmənistanla Azərbaycan arasında əldə olunan razılaşmadan çox xoşbəxtik". xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğl

İranla sərhəddə dəhşətli olay: ölü və yaralılar var

İranın Pakistan ilə sərhədində - Sistan-Bəlucistan əyalətinin Saravan rayonunda neft qaçaqçılarının mitinqinə İnqilab Keşikçiləri Korpusunun əsgərləri silahlı müdaxilə edib. xəbər verir ki, nəticədə 10 nəfər ölüb, 5 nəfə

İngiltərə Rusiya və Çinə hücum planlaşdırır - "Daily Express

İngiltərə Rusiya və Çin peyklərinə "hücum" planlaşdırır. xəbər verir ki, İngiltərə Kosmik Komandanlığı müharibə olacağı təqdirdə düşmən peykləri yox etmək üçün təlimlər təşkil etməyi planlaşdırır. "Daily Express"

DÜNYA TƏHLÜKƏDƏ: Koronavirus özüylə yeni bəla gətirir? - VİDEO

Video əlavə olunub. xx. Hindistanın tibb müəssisələrinə koronavirusla əlaqədar psixoloji problemləri yarandığına görə müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Bu səbəbdən onlara kömək edə biləcək mütəxəssisləri

Cangiryan hakimiyyəti ələ keçirmək istəyir - "Qraparak

Ermənistanın keçmiş hərbi prokuroru Qaqik Cangiryan məhkəmə hakimiyyətini ələ keçirmək istəyir. xəbər verir ki, bu barədə ölkənin "Qraparak" qəzeti yazır. Nəşr Ali Məhkəmə Şurasının üzvü Qaqik Cangiryanın həmkarlar

Ərdoğan Nazirlər Kabineti və AKP-ni dəyişdirir - Yaxın zamanda...

"Ərdoğan həm Nazirlər Kabineti, həm də Ədalət və İnkişaf Partiyasının idarəçiliyində bəzi dəyişikliklərə gedəcək". xəbər verir ki, bu barədə "Hürriyət"in köşə yazarı Hande Fırat bildirib. "İslaha

Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...

İraqın şimalındakı Gara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı təşkilatın xarici dəstəyi haqda önəmli məlumatları çatdırıb. Bu haqda "Yen

Koronavirusdan qorunmaq üçün əl atdığı üsul HƏR KƏSİ ŞOKA SALDI: Uşaqlarına 4 gün ərzində...

Böyük Britaniyada bir qadın və 4 uşağı özlərini koronavirusdan qorumaq məqsədilə ilə 4 gün ərzində öz sidiklərini içib. xəbər verir ki, bu barədə " məlumat yayıb. Xəbərə görə, qadının Vatsapına sidiyin "qoruyuc

Soçidə KRİTİK GÖRÜŞ: Putinlə Lukaşenko arasında müzakirə başladı - VİDEO

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilir. "Belta"ya istinadla xəbər verir ki, prezidentlər Rusiya-Belarus münasibətlərinin inkişafı, hərb

İMZALAR ATILIR: Novruz Gürcüstanın milli bayram ola bilər

Novruz bayramının Gürcüstanda milli bayram elan olunması tələbi ilə petisiya hazırlanıb. Gürcüstan mətbuatına istinadla xəbər verir ki, müraciətin müəllifi ictimai fəal Samirə Bayramovadır. Azərbaycan və gürcü dillərind

Ermənistan bu əraziyə rus hərbçilərini yerləşdirir - Nazirdən KRİTİK AÇIQLAMALAR

İrəvan və Moskva 102-ci bazanın bir hissəsinin Ermənistanın şərqinə yerləşdirilməsinin mümkünlüyü məsələsini araşdırır. xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA "Novosti"yə müsahibəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər xeberler bu gun cebheden xeberler xeber.az bu gun