Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi

Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdiƏli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi
"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 
Qərara əsasən, "Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə" sözləri "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə" sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin qeyd olunan qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb.
Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində "baş məşqçi" kimi müəyyənləşdirilib. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı "baş məşqçi" ilə federasiya əməkdaşı "baş məşqçi"lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu.
Gənclər və İdman Nazirliyinin əməkdaşları olan "baş məşqçi"lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda "baş məşqçi" vəzifə adının "seleksiya üzrə baş mütəxəssis" vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib.
Qərar 2005-ci il mayın 13-də o zamankı Baş nazir Artur Rəsizadə tərəfindən imzalanmışdı. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 22   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Baş nazir "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin strukturunda dəyişiklik etdi

Baş nazir "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin strukturunda dəyişiklik etdi. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə"

Ceyhun Bayramov Fransa səfirini qəbul edib - FOTO

Ceyhun Bayramov Fransa səfirini qəbul edib - FOTO. Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib. XİN-dən -a verilən məlumata görə, nazir Ceyhun Bayramo

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO. Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliy

Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular

Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilə

Ceyhun Bayramov İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Ceyhun Bayramov İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO. Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbu

Rusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlar

Rusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlar". Ermənistan müxtəlif istiqamətdə "qaynamağa" davam edir. Ölkədə "Rusiyaya qayıtmaq istəyirəm" şüarı altınd

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu

İlham Əliyev və Ərdoğan arasında telefon danışığı oldu. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakını

Mikayıl Cabbarov: "Əminəm ki, Prezidentin budəfəki çağırışının effekti daha çox olacaq

Mikayıl Cabbarov: "Əminəm ki, Prezidentin budəfəki çağırışının effekti daha çox olacaq". Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin o ərazilərə də maraq böyükdür

"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ

"Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır" - MÜSAHİBƏ. Ermənistan mövqeyini dəyişdirməyəcək və qaçqınların geri qaytarılması, həmçinin ərazi bütövlüyünün dəstəklənməs

Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi

Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi . "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlk

Prezident Bakıda parkın açılışında iştirak etdi - YENİLƏNİB + FOTO/VİDEO

Prezident Bakıda parkın açılışında iştirak etdi - YENİLƏNİB + FOTO Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

İlham Əliyev yol tikintisinə 20,1 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə 20,1 milyon manat ayırdı - SƏRƏNCAM. Prezident İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTA


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler en son xeberleri xeber idman xeberleri