Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub

Ekspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olubEkspert: Əliyevlə Putin arasında hərbi sahədə razılaşma olub
Həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və bundan sonra da satacaq. Bu sahədə vəziyyət dəyişməyəcək.
Bunu rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Ekspert qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin son görüşlərində təsdiqləndi ki, Moskva və Bakı arasında hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir.
Onun sözlərinə görə, Ermənistan rəsmilərinin Yerevanda verdiyi açıqlamalar mövcud vəziyyəti heç cür dəyişdirə bilməz.
"Rusiya hər dəfə bəyan edir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə yönəlməyib. Rusiya bildirir ki, bu, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib".
Ermənistan düşünür ki, onun hüquqları pozulur. Əslində Yerevanın narazı qalması başadüşüləndir. Çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətlidir.
İ.Korotçenko qeyd edib ki, Rusiya silahları Azərbaycan ordusunun imkanlarını xeyli artırır.
"Bu mənada Bakının müasir yüksək dəqiqlikli Rusiya silahlarına olan tələbi, maraqları ən qısa zamanda nəzərə alınacaq və bunun tətbiqi təmin ediləcək".
Ekspertin fikrincə, Rusiya Müdafiə Nazirliyi üçün Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet sahədir.
"Üstəlik, dediyim kimi, Putinlə Əliyev arasındakı görüşdə müəyyən razılaşmalar əldə edildi. Bu, daha sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə azərbaycanlı həmkarı Zakir Həsənov arasında keçirilən görüş zamanı özünü hərbi sferada göstərdi",- deyə İ.Korotçenko əlavə edib.
Ekspert Ermənistan Müdafiə naziri David Tonoyanın 2020-ci ildə yeni silahlar alacağı barədə açıqlamasını da şərh edib.
O, D.Tonoyanın dediyinin real olacağını şübhə altına alıb.
"Ermənistan dörd ölkədən silah aldığını deyir. Düzü, Rusiyadan başqa digər ölkələrin hansı olduğunu deyə bilmərəm. Ermənistan Rusiya silahlarını kreditlə alacaq. Digər üç ölkəyə gəldikdə isə, onların Ermənistana qiymət baxımından hər hansı bir üstünlük verəcəkləri barədə sual yaranır. Çünki müasir silahlar bahadır və bunu hamı anlayır.
Rusiyanın Ermənistana silah tədarükü isə kredit sxemi əsasında aparılır. Bu isə Ermənistanın müasir silahların geniş miqyasda alınması üçün maneədir. Çünki kredit məhdud alış-verişdir, üstəgəl kredit ödənilməlidir. Bununla yanaşı, Ermənistanın ümumi daxili məhsul baxımından müəyyən iqtisadi məhdudiyyətləri var".
Aqşin Kərimov /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 69   Tarix: 08 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur. Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarla

Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB

Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB. Əslində, Ermənistan Xarici İşlər naziri (Zöhrab Mnatsakanyan) yeni heç bir fikir söyləməyib. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə bel

Lavrov Qarabağ münaqişəsini müzakirə etmək üçün Yerevana gedir

Lavrov Qarabağ münaqişəsini müzakirə etmək üçün Yerevana gedir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Yerevana rəsmi səfər edəcək. -ın Rusiya KİV-ə istinadən məlumatına görə, bunu ölkənin Xarici İşlə

Prezident "ASAN xidmət"ə 19 milyon manat ayırdı

Prezident "ASAN xidmət"ə 19 milyon manat ayırdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağl

İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərini təltif edib

İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərini təltif edib. Azərbaycan Prezidenti İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərini

Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb

Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu ünvanlayıb. . AZƏRTAC-ın məlumatına görə

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Məhkəmə Koçaryanla bağlı qərar verdi. Yerevanda məhkəmə Ermənistanın keçmiş Prezidenti Robert Koaryanın həbsinə qərar verib. . "Köçəryanın vəkillərinin onun sərbəst buraxılması üçün girov verilməsi tələbi rədd edilsin"

İlham Əliyevdən Bayraq Günü paylaşımı - VİDEO

İlham Əliyevdən Bayraq Günü paylaşımı - VİDEO. Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Facebook" səhifəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb. Videoçar

Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı

Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı. Prezident İlham Əliyev noyabrın 7-də "Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. AZƏRTAC xəbər veri

Baş nazir özünə yeni köməkçi təyin etdi

Baş nazir özünə yeni köməkçi təyin etdi. Baş nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib. -ın xəbərinə görə, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub. Onun digər köməkçilər

Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm

Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm. Yerevanda bir müddət əvvəl baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası və Parlament Assambleyasının iclaslar

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. . Qeyd edək ki, Türkiyə başçısı ABŞ Prezidenti Donald Trampla b


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri bugünki xəbərlər valyuta məzənnələri azerbaycan son xeber bugun