"E-manat" və "MilliÖn"dən külli miqdarda pul oğurlanıb
Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Bu barədə Open.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərinin rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilov tərəfindən törədilməsi müəyyən edilib. Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan M.Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heçnə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb.
Həmçinin, M.Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada "E-manat" və "MilliÖn" ödəmə aparatlarını sındıraraq içərisində olan 9 000 manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb. Polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində ələ keçən M.Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.







SONXEBERLER.AZ Hadisə Baxılıb: 17 Tarix: 14 yanvar 2021 f PaylaşTərtərdə evini tərk edən "COVID-19" xəstəsi aşkarlandı
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunda
Şamaxıda zəlzələ olub
Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən -a verilən məlumata görə, yerli vaxtla saat 12:12-də Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə (Pirquluda) 4, yaxın yaşayış məntəqələqind
Hərbçi qardaşlar qəzaya düşdü, biri öldü
əki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini Rəvan Məcidov idarə etdiyi "Mercedes" markalı avtomobil
Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlandı
Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsini
Bu qaymaqlar normalara cavab vermir - FOTO
"İtalika Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliyadan ölkəmizə idxal olunan "Hopla" əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ
Hacıqabulda fermada yanğın
Hacıqabul rayonunda fermada yanğın hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, rayonun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 84
İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi - FOTO
Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib. xəbər verir ki, 44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət idi ki, xəbər yox idi
Qadın evdən 9 min manatlıq oğurluq etdi
Bakıda evdə oğurluq hadisəsi baş verib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı