Dünya Mətbuat Azadlığı Günü: Azərbaycanda vəziyyət necədir? - MÖVQE

Dünya Mətbuat Azadlığı Günü: Azərbaycanda vəziyyət necədir? - MÖVQEDünya Mətbuat Azadlığı Günü: Azərbaycanda vəziyyət necədir? - MÖVQE
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunub.
Müasir dünyada informasiya mənbələri bir neçə qrupa bölünə bilər: Sosial şəbəkələr, bloqlar, saytlar, qəzetlər, televiziyalar.
Qloballaşma dövründə informasiyaya tələbat gündəlik ictimai ehtiyaca çevrilib. Sosial şəbəkələr isə məsuliyyət dərəcəsi olmadığından bəzən dəqiqləşdirilməmiş və yalan məlumatların tirajlanmasında ön plana çıxır.
Təəssüflər olsun ki, hər zamankı kimi bəzi mətbuat orqanları da saxta məlumatların yayımlanması trendindən kənarda qalmır. Yayımlanan məlumatların hamısı heç də düzgün, dəqiq və qərəzsiz olmur.
Bu, insanların psixologiyasına da təsirsiz ötüşmür. Belə ki, yalan məlumatları müəyyənləşdirməklə düzgün informasiyaları fərqləndirməyin sərhədləri arasında çabalayan beyin əlavə və lazımsız informasiyalarla yüklənir.
Bəzən də, media orqanı düzgün məlumatları çatdırsa da, oxucu ona etibar etmir və ilkin mənbədən aldığı saxta məlumatı əlində əsas tutur.
Hərdən ifadə azadlığı ilə media azadlığının sərhədləri barədə təsəvvürlər və anlayışlar da qarışdırılır.
Qısa desək, ifadə azadlığı media azadlığı demək deyil. Media azadlığında medianın etik prinsipləri əsas götürülür, bu etik meyarlar isə jurnalistikanın hədəf və məqsədlərinə ifadə azadlığından fərqli olan rənglər verir.
Bir sözlə, ifadə azadlığı demokratiyanın tərkib hissəsidir, ancaq media etikası ilə baxış bucağı ifadə azadlığından fərqlənir.
Azərbaycanda vəziyyət
Öncəliklə qeyd edək ki, Azərbaycanda çoxsaylı media orqanları fəaliyyət göstərir. Onlar cəmiyyətin informasiyaya olan ehtiyacını hansı formada ödəyir? Bunu ölçən dəqiq barometr yoxdur. Lakin bu bəllidir ki, yerli media Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycanda jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur. Bununla bağlı Konstitusion hüquqlar və ayrıca qanunlar mövcuddur.
Dünyada olduğu kimi Azərbaycanda da medianın etik prinsiplərindən və jurnalistikanın funksiyalarından kənara çıxan hallar mövcuddur.
Halbuki, medianın azadlığı heç də məsuliyyət və peşəkarlıq prinsiplərinin pozulması anlamına gəlməməlidir.
Acınacaqlısı odur ki, mediada təhrif, yalan, böhtan xarakterli məlumatlar yayılır, ondan qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Bəzi hallarda mediadan Azərbaycanın özünə qarşı alət kimi istifadə edilir.
Bu o deməkdir ki, Azərbaycanda jurnalist peşəsinin nüfuzu hələ də arzuolunan səviyyədə deyil.
Buna görə də, Azərbaycan mediası dünyanın media sahəsində ən qabaqcıl peşə standartlarını əvəz etməli, öz fəaliyyətində maarifçilik xəttini gücləndirməlidir.
Medianın yenilənməsi vacibdir, peşəkarlıq, məsuliyyət, operativlik və s. onun əsas fəaliyyət prinsipləri olmalıdır.
Hazırda yerli medianı qlobal çağırışlara uyğunlaşdırmaq, media sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanun layihəsi üzərində iş gedir.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, medianın inkişafına imkanların genişlənəcəyi şübhə doğurmur.
Aqşin Kərimov /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 17   Tarix: 04 may 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Giorgi Pxakadze: "COVID-19-un ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı xilas etdi

Giorgi Pxakadze: "COVID-19-un ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı xilas etdi". "Artıq bu virusa qarşı necə mübarizə aparacağımızı bilirik". Bu barədə hazırda Parisdə olan İctimai sağlamlıq üzr

Bayden "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bir illik qüvvədən saldı

Bayden "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bir illik qüvvədən saldı. ABŞ Prezidenti Co Baydenin administrasiyası "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin bir illik qüvvədən düşməsini təsdiqləyib

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. . "Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Ucar Rayon Poli

Səfir Cahit Bağçı: "Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək

Səfir Cahit Bağçı: "Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək". "Qarabağdakı qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub". APA-nın xəbərinə görə, bunu b

Türkiyə Maarif Vəqfi: "Bu il Azərbaycanda məktəb açacağıq

Türkiyə Maarif Vəqfi: "Bu il Azərbaycanda məktəb açacağıq". Türkiyə Maarif Vəqfi bu il Azərbaycanda məktəb açacaq. "Son Dakika"nın məlumatına görə, bu barədə vəqfin rəhbəri professor Birol Akgün onlay

Korotçenko: "Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər

Korotçenko: "Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər". "Ağdam rayonunda olduq. Şəhər yerlə-yeksan edilib. Bu, məqsədyönlü şəkildə edilib. Ətrafda minalanmış sahələr var. Əlbəttə ki, beynəlxal

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbayca

İlham Əliyev Serbiyanı işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə qoşulmağa çağırdı

İlham Əliyev Serbiyanı işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə qoşulmağa çağırdı . Prezident İlham Əliyev Serbiya şirkətlərini işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə qoşulmağa dəvət edib. 

İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı SƏRƏNCAM. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji"

Prezident ölkəmizə yeni təyin olunmuş səfirləri qəbul etdi - VİDEO

Prezident ölkəmizə yeni təyin olunmuş səfirləri qəbul etdi - VİDEO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyənin və Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbu

Serbiya prezidenti İlham Əliyevi rəsmi səfərə dəvət etdi

Serbiya prezidenti İlham Əliyevi rəsmi səfərə dəvət etdi . Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. . Bununla bağlı Prezident İlham Əliyev tərəfindən bu gü

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi - FOTO

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi - FOTO. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində respublikamızın xristian icmasını Pasxa bayram


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun metbuat xeberleri cəbhədən ən son xəbərlər son xabarlar