Dövlət başçısı: "Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası işlənməlidir

Dövlət başçısı: "Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası işlənməlidirDövlət başçısı: "Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası işlənməlidir"
"Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik".
Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:
"Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.
Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun".
"Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city", "smart-village", - yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı onlarla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası işlənməlidir və tətbiq edilməlidir", -deyə İlham Əliyev bildirib. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 43   Tarix: 27 yanvar 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

XİN: "Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib" - YENİLƏNİB

XİN: "Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib" - YENİLƏNİB. Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin (AŞPA) "AŞPA Monitorinq prosedurunu

İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi - SƏRƏNCAM

İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi - SƏRƏNCAM. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. . Bununla bağlı sayt

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışdı

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışdı. Bu ilin 26 yanvar tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığ

Prezident Albert Mustafayevi təltif etdi - SƏRƏNCAM

Prezident Albert Mustafayevi təltif etdi - SƏRƏNCAM. Prezident İlham Əliyev Albert Zaman oğlu Mustafayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

İlham Əliyev ona "Şərəf" ordeni verdi - SƏRƏNCAM

İlham Əliyev ona "Şərəf" ordeni verdi - SƏRƏNCAM. Prezident İlham Əliyev Tofiq Əhməd Ağa oğlu Bakıxanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTAC məluma

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb. Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən verilən məlumat

AŞ NK sədri: "Qarabağdakı əməliyyatlarda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur

AŞ NK sədri: "Qarabağdakı əməliyyatlarda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur". "Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəlillərimi

Azərbaycanın Minsk qrupunun həmsədrlərindən gözləntiləri – RƏSMİ + VİDEO

Azərbaycanın Minsk qrupunun həmsədrlərindən gözləntiləri – RƏSMİ + VİDEO. Azərbaycanda ATƏT-in Minsk Qrupunun reputasiyası yüksək deyil. -ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xaric

Rəşad Nəbiyev: "Nazirlikdə qısa zamanda korporativləşmələr vacibdir

Rəşad Nəbiyev: "Nazirlikdə qısa zamanda korporativləşmələr vacibdir". Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NYRTN) tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ə

İlham Əliyev: "Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir

İlham Əliyev: "Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir". Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir. Bakı Beynəlxalq Dəni

İlham Əliyev Prezidentin İşlər İdarəsinə yeni müdir təyin etdi - SƏRƏNCAM

İlham Əliyev Prezidentin İşlər İdarəsinə yeni müdir təyin etdi - SƏRƏNCAM. Prezident İlham Əliyev Oqtay Qəşəm oğlu Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilməsi haqqında sərənca

Lavrov: "Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır

Lavrov: "Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır". Moskva və Tehran qarşılıqlı şəkildə bir sıra regional məsələlər, o cümlədən də Qarabağdakı vəziyyətlə bağlı dialoq


yeni xeberler son xeberler azerbaycan xeberleri gunun xeberleri xeber.az bu gun son xeberler az en son xeberler