Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏR

Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏRXəbər verdiyimiz kimi, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Aydın məsələdir ki, uzun müddət evdə qalmaq və bu qaydalara əməl etmək məcburiyyətindəyik. Lakin evdə uzun müddət qalmaq fiziki aktivliyimizi əlimizdən alır, daha çox hərəkət etmək imkanlarımızı məhdudlaşdırır. Üstəlik sıxıntımızı yemək və qidalarla öldürməyə çalışmaqla köklüyə və artıq çəkiyə "xoş gəldin" deyirik. Qidaların orqanizmdə xoşbəxtlik hormonlarını artırıb əhvalı qaldırması doğru olsa da, belə bir şəraitdə sırf başımızı qatmaq üçün çox yemək asıllıq yarada və ciddi fəsadlara yol aça bilər. Bəs karantin dövründə immunitetin aşağı düşməməsi üçün nə və nə qədər yemək lazımdır?
Milli.Az xəbər verir ki, Türkiyənin tanınmış dietoloqu Abdullah Mollamemişoğlu vacib tövsiyələr verib. Ekspert bildirib ki, stabil çəkini qorumaq istəyiriksə, un məmulatları və xəmir xörəklərindən uzaq durmağa çalışmalıyıq:
"Ümumiyyətlə, qızartma, qovurma, yağlı məhsullar, xəmir məhsulları kimi yüksək yağlı və karbohidrat tərkibli məhsullardan uzaq olun, pəhriz və porsiyalara diqqət yetirin. Günə səhər yeməyi ilə başlayın, yemək saatlarını ötürməyin və yatmazdan 2 saat əvvəl heç nə yeməyin. "Şok effekt" vəd edən pəhrizlərdən uzaq olmaq faydalıdır. Qısa müddətdə sürətli arıqlamaq cəhdləri təəssüf ki, immunitet sisteminin zəifləməsinə səbəb ola bilər. Bunun əvəzinə adekvat və balanslı pəhriz proqramı edilməlidir. Heç bir karbohidrat məhsulları yemək olmaz? Əlbəttə ki, olar. Ancaq lif və mürəkkəb karbohidratlara üstünlük vermək lazımdır. Ağ çörək yerinə taxıl çörəyi, düyü yerinə qarabaşaq yarması, kinoa və ya bulqura üstünlük verilə bilər. Tərəvəz və meyvələrin istifadəsi çox vacibdir, gündəlik əsas vitamin və mineral mənbəyimiz olan tərəvəz və meyvələrdən ən azı 5 porsiya yeyilməlidir. İmmunitet sisteminin əsas quruluşunu zülal təşkil edir, odur ki, protein məhsullarına biganə yanaşmayın. Əlbəttə ki, bu anda çəkiyə nəzarət etmək üçün ət, toyuq və ya balıq alarlən yağsız olmasına diqqət etməlisiniz. Sinklə zəngin olan bu məhsullar bədən müqavimətimizi artıracaq. Bu müddətdə bol su için, bu, həm hüceyrələrin yenilənməsini, həm metabolik sürəti artıracaq, həm də immuniteti gücləndirəcək. Evdən çıxa bilmiriksə, bu, o deməkdir ki, yemək və qəlyanaltılarımızı hazırlamağa da vaxtımız var. Başqa sözlə, hazır paketli qidalarla yolları ayırmaq vaxtı gəldi. Bu zaman ərzində müxtəlif və yüngül düsertlər hazırlaya bilərsiniz".
Dietoloqdan faydalı reseptlər
Xurma trüfeli
- 200 qr. xurmanın tumlarını çıxarın. - 1 xörək qaşığı kakao və 1 xörək qaşığı kokos əlavə edib yaxşıca qarışdırın. (Xurma çox quru olarsa, az miqdarda süd və ya su ilə yumşalda bilərsiniz.)
- Qoz böyüklüyündə yuvarlayıb üzərini maki və darçın tozu ilə bəzəyin.
- Soyuducuda 1 saat saxlayın.
- 1 fincan qəhvə ilə 2 xurma topu yeyə bilərsiniz. Noxud cipsiləri
- 200 qr qaynadılmış noxudun üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edin.
- ½ çay qaşığı kimyon, ½ çay qaşığı qırmızı istiot səpin.
- 1/3 çay qaşığı duz, əlavə miqdarda qara istiot və ya çili istiotu əlavə edə bilərsiniz.
- Bütün inqrediyentləri qarışdırıb qaba qoyun və 200 dəqiqə sobada 20 dəqiqə bişirin. (publika.az)
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 8   Tarix: 25 mart 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Mineral suların koronavirusa qarşı faydası varmı?

Mineral sular bədənin xəstəliklərə qarşı immunitetinin güclənməsinə gətirib çıxardır. Minerallar olmasa, insan bədəni xəstəliklər qarşısında çarəsiz qala bilər. Hazırkı vəziyyətdə tez-tez mineral su içmək lazımdır. xəbə

Həddindən artıq su içmək bu xəstəlikləri yaradır - Tanınmış həkim SİRLƏRİ AÇDI

Rusiyalı mütəxəssis həddindən artıq su istehlakının təhlükəsi barədə danışıb. xəbər verir ki, tibb elmləri doktoru Alla Poqojeva bildirib ki, hədsiz maye qəbulu zülal parçalanmasını artırır:. "Bundan əlavə, bədəndək

Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrip əleyhinə peyvəndlərinin koronavirusa təsirini inkar edib. xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib. Yazareviç mövsümi qripə qarşı peyvənd edilmi

Çörəkdən imtina nəyə səbəb olur?

Son illər çörəkdən tamamilə imtina edib, bu yolla artıq çəkidən azad olanlar çoxluq təşkil edir. Çörək yeməyərək arıqlayanlar bunu həmişəlik vərdişə çevirməyə çalışırlar. Çörəkdən tam imtina tibbi baxımdan doğrudurmu? Bunu

"Vərəm də özünün yeni forması ilə yenidən baş qaldırıb" - Tanınmış həkimdən müraciət

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobe

İmmuniteti zəiflədən amillər

Dünya koronovirusun cənginə keçib. İndi insanlar sağlamlıqlarını qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiy

Uşaqlarda koronavirusun əlamətləri bunlardır - Həkim açıqladı

Tanınmış həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirusun əlamətlərinin və simptomlarının necə təsbit olunacağını açıqlayıb. -a istinadən bildirir ki, Komarovski "İnstaqram" hesabında paylaşdığı məlumatd

Koronavirus ağciyərə qalıcı zərbə vururmu? - Mütəxəssislərdən açıqlama

Çinli mütəxəssislər koronavirusdan sağalan şəxslərin ağciyərlərindən götürülən nümunələri analiz ediblər. -a istinadən bildirir ki, analiz nəticəsində koronavirusun ağciyərlərə qalıcı zərbə vurduğu aşkar edilib. Belə ki

İctimai yerlərdə rezin əlcəklərdən istifadə virusdan qoruyurmu?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai yerlərdə rezin əlcəklərdən istifadənin koronavirusun qarşını almaqda nə dərəcədə effektiv rol oynadığını açıqlayıb.  Trend-ə istinadən bildirir ki, ÜST bildirir ki, ictimai yerlərd

Koronavirusun yeni əlamətləri: bunlar sizdə varsa...

Qoxu və dad hissinin yoxa çıxması yeni növ koronavirusun simptomları sayılması daha bir mütəxəssis tərəfindən təsdiq olunub. -a istinadən xəbər verir ki, İngiltərənin aparıcı otolaringoloqlarından olan professor Nirmal Kuma

İmmun sisteminin gücləndirilməsi ilə bağlı AQTA-dan zəruri tövsiyələr

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar

Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə - ÜST xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb. ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri valyuta mezennesi xeberler bugun bu gunun xeberleri haqqinda melumat