Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?

Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?Dəniz darağı ikiayaqlı dəniz molyusklarındandır. Dəniz darağı suyun çox dərinliklərinə qədər enə bilir. Dəniz darağı arxa tərəfdən enli olan və qulağa bənzəyən çanağın içərisində yerləşir. Dəniz darağı molyuskunun ölçüləri yaşadığı yerə uyğun olaraq müxtəlif olur. Məsələn, yapon dəniz daraqları çox iri, halisiy və şotland dəniz daraqları orta ölçüdə olur. Ən dadlı və qiymətli dəniz darağı kiçik ölçüdə olan dəniz daraqlarıdır. Bu molyusklar Qərb yarımkürəsinə yaxın olan sularda yaşayırlar. Onların yaşı çox olanının dadı cavanının dadından yaxşı olur. Dəniz daraqlarının ən maraqlı xüsusiyyətlərindən biri onların çoxlu sayda gözlərinin olmasındadır. Belə ki, dəniz daraqları 100-ə yaxın xırda gözlərə malikdirlər. Onların dərilərinin rəngi isə çəhrayı-krem və ya çəhrayının boza çaları rəngdə olur. Dəniz daraqlarının bişirən zaman tavanın qapağını örtmək lazımdır. Dəniz darağı az kalorili qidalardandır və müxtəlif qida rasionlarına daxil edilir. 100 qram dəniz darağının qida dəyəri:
- Zülallar - 17,5 qr
- Yağlar - 2 qr
- Su - 70 qr
- Kalori - 88 qr.
Dəniz darağının tərkibi çox zəngin və müxtəlifdir. Onun tərkibində çoxlu miqdarda müxtəlif zülallar, minerallar, maqnium, yod, dəmir, fosfor, sink, marqanes, kolbat, omeqa yağ turşuları və vitamin kompleksləri var. Dəniz darağı azkalorili dietik qidalardandır və onun tərkibində cüzi miqdarda karbohidratlar var. Dəniz darağının tərkibi B12 vitamini, riboflavinlə zəngindir. O kalsium qaynağıdır və onda olan biokalsiumun çoxluğu orqanizm üçün zərərli deyil. Bu səbəblərinə görə dəniz darağını azyaşlı uşaqlara da vermək mümkündür. Kalsium çatışmazlığından əziyyət çəkən uşaqlara dəniz darağı yemək çox faydalıdır.
Müalicəvi və faydalı xüsusiyyətləri
Dəniz darağı əti ilə qidalanmaq qanda xolestrinin miqdarının aşağı düşməsinə, maddələr mübadiləsinin, sinir sisteminin, endokrin sistemin, ürək-damar sisteminin yaxşılaşmasına, səbəb olur. Dəniz darağı ilə qidalanmaq orqanizmin tonusunu artırır. Tərkibində olan yod və bioloji aktiv maddələrin miqdarı dəniz darağının atereskleroz xəstəliyinin əlamətlərinin azalmasına və sağalmasına səbəb olur. Dəniz darağı ilə qidalanmaq kişilərdə cinsi zəifliyin aradan qalxmasına, cinsi həvəsin artmasına və bu hissin uzun müddət qalmasına səbəb olur.
Dəniz darağı tərkibində çoxlu miqdarda minerallar olan dəniz məhsullarındandır. Tərkibində olan PP vitamini və fermentlərin qarışımı mədə və mədəaltı vəzin işini normallaşdırır.
Kulinariyada dəniz darağı
Dəniz darağı ətindən müxtəlif qidaların hazırlanması zamanı istifadə edilir. Ondan müxtəlif şorbalar, salatlar, kotletlər, qızartmalar və s. hazırlanır. Onun çox gözəl və dadlı əti var. Fransız mətbəxində dəniz darağından çoxlu müxlətif yeməklər bişirilir.
Dəniz darağını marinadlaşdırıb zeytun yağı, limonla bişirdikdə çox dadlı bir yemək hazırlamaq olur.
Kosmetologiyada dəniz darağı
Artıq çəkidən, piylənmədən və ateresklerozdan əziyyət çəkənlərə dəniz darağı ilıə qidalanmaq məsləhət görülür. Son illər dəniz darağından müxtəlif kremlərin hazırlanmasında istifadə edilir.
Dəniz darağının zərərli xüsusiyyətləri
Nadir hallarda dəniz darağı allergik reaksiyaların baş verməsinə səbəb olur. Hipertrioz xəstəliyindən əziyyət çəkənlərə çoxlu miqdarda dəniz darağı yemək məsləhət görülmür. Bu xəstəlik əlamətlərinin artmasına səbəb olur. Bunun səbəbi isə onun tərkibində yodun çox olmasıdır.
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 125   Tarix: 15 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Tısbağa yumurtası faydaları və zərərləri

Tısbağa yumurtası nadir hallarda tapılan qidalardandır. Tısbağa yumurtasının qidalandırıcılıq xüsusiyyəti çox yüksəkdir. O ən xüsusi delikateslərdəndir. Tısbağa yumurtası dairəvi və yumşaq qabığa malik olur. Tısbağa yumurtasını

Raps yağının faydaları

Pars kələmçiçəyikimilər fəsiləsinə aid olan birkilərdəndəndir. Paps bitkisi yağ alına bilən bitkilərdəndir. Ondan sənayedə istifadə edilən raps yağı əldə edilir. Raps çiçəklərinin tərkibində boya maddələri olduğu üçün onda

Diabetin faizi niyə qalxır? - Professor AÇIQLADI

Türkiyənin Obezite və Metabolik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Alper Çelik şəkərli diabetin artmasının səbələrini açıqlayıb. həkimin fikirlərini təqdim edir:. "İnsan bədəni yediyi karbohidratları şəkərə (qlükozaya

DİQQƏT - Bu qidalar damarlarımızı məhv edir - VİDEO

Yüksək miqdar xolesterinli qidaların müntəzəm istifadəsi qan damarlarına dağıdıcı təsir göstərir. -a istinadən bildirir ki, Rusiyalı həkimlər damarları məhv edən qidaların siyahısını hazırlayıb. Xolesterinlə zəngin olan mayonez

Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar? - Metodun sirri

Körpələri və uşaqları yayda duzlu gölə, duzlu dəniz suyuna salmaq, çimdirmək, dəniz havası, qumunun uşaq orqanizminə nə qədər faydalı olması barədə yəqin ki, bilirsiz. Məhz dəniz duzu, suyu, havası uşaq immunitetini möhkəmləndirir

Əməkdar artistin vəziyyəti pisləşdi - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. Ailə üzvlərindən qafqazinfo-ya verilən məlumata görə, bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb. "Vəziyyətin

"Gülbaharın əməliyyatı çox bahalıdır, buna imkanımız çatmır"

Başında onkoloji şiş var. Vəziyyəti getdikcə ağırlaşır. Getdikcə daha da geriyə gedir. Nitqi tutulub. bildirir ki, bu sözləri "ölkə.az"a açıqlamasında əməkdar artist Gülbahar Şükürlünün ailə üzvü bildirib. O, ifaçını

Həkimlər yaxınlaşan infarktın gözlənilməz simptomunu aşkar etdi

İnfarktdan əvvəl təngənəfəslik və sinə ağrısı ilə bağlı ənənəvi simptomlara amerikalı mütəxəssislər daha birini əlavə edib. xəbər verir ki, Florida Dermatoloji və Dəri Xərçəngi Mərkəzinin alimləri tez-tez insan dərisind

Uşaqların maska taxması ən yaxşı qoruyucu vasitədir

Yeni növ koronavirusa (COVID-19) yoluxmamaq üçün ən yaxşı vasitələrdən biri maskadır. Valideynlər övladlarının maska taxması ilə əlaqədar bəzən problemlə üzləşirlər.  AZƏRTAC-a istinadən bildirir ki, həkimlər qapalı məkanlard

"Facebook" beyni kiçildir - XƏBƏRDARLIQ

"Facebook"dan intensiv istifadə edən insanlarda psixoaktiv maddələrdən asılı olan xəstələrdə olduğu kimi beynin badamcıq sahəsində boz beyin materialının həcminin azalması müşahidə edilib. xəbər verir ki, türkiyəl

Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏT

Karantin günlərində keçən hərəkətsiz həyat tərzi nəticəsində çoxumuz istəməsə də, kökəldik. Qaydaların yumşaldılması və yayın yaxınlaşması bizə artıq çəkidən xilas olmaq yolları barədə düşünməyə imkan verir. Təəssüf ki, sosia

Ekspertlər təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib

Ekspertlər sərnişinlərin təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib.  AZƏRTAC-a istinadən bildirir ki, ekspertlərin fikrincə, sərnişinlərin təyyarənin göyərtəsində bir neçə saat bir-birinə çox yaxın oturmaların


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler cəbhədən görüntülər şou biznes xəbərləri valyuta mezennesi banklar