"Cənnət bağı"nda minlərlə ağac kəsməyə görə cinayət işi başlanıldı

"Cənnət bağı"nda minlərlə ağac kəsməyə görə cinayət işi başlanıldıBaş Prokurorluq qanunsuz ağac kəsmə ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən Open.az-a daxil olan məlumatda deyilir:
"Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Belə ki, Altıağac Milli Parkında yerləşən "Cənnət bağı" istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırmalarla "Cənnət bağı" istirahət mərkəzinin ərazisində müxtəlif cinsli 2 036 ədəd ağacın və 103 ədəd kolun qanunsuz kəsilərək məhv edilməsi, eləcə də həmin istirahət mərkəzində saxlanılan marallar tərəfindən müxtəlif cinsli 3 589 ədəd ağacın gövdəsi və qabığının yeyilərək məhv olması nəticəsində təbiətə ümumilikdə 30 min 240 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir".


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 84   Tarix: 26 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısın

Bu marketlərdə qayda pozuntusu aşkarlandı

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir. Nazirlikdən -a daxil olan məlumata görə, qurumun bu gün keçirdiyi monitorinqlər zamanı Yasama

Hərbi hissəyə silahlı basqın edən dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtərdə hərbi hissəyə basqın edib əsgəri öldürməkdə təqsirləndirilən Saleh Adilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlk etdiyi kollegiyanı

Türkiyədə zəlzələ olub

Türkiyənin İstanbul şəhərinin yaxınlığında 4,2 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanın ocağı Mərmərə dənizində sahildə

Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib - FOTO

24 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Salome Zurabişvili ilə görüşüb. Gürcüstan prezident

Bakıda evdən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə -a FHN-dən məluma

Bakıda nənəsi və bibisini öldürən şəxs tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb. xəbər verir ki, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub. Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb

Eldar Həsənovun şəriki də həbs edildi

Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir. -ın xəbərinə görə, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbayca

Paytaxda fəhlə evin damından yıxılaraq öldü

Sentyabrın 22-i saat 08 radələrində Xətai rayonu, X.Rüstəmov küçəsində 1970-ci il təvəllüdlü Habil Mahmudovun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barəd

Bakıda evinə dövlət məmurları gələn kişi atəş açdı

Bakıda xuliqanlıq hadisəsi baş verib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşaya

Bərdədə 28 yaşlı qadın əməliyyatdan sonra öldü

Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə -a Bərdə rayon prokurorluğunda

Paytaxtda yol qəzasına düşən sürücü xəstəxanada öldü

Bakıda yol qəzası baş verib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, sentyabrın 22-i saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava proqnozu metbuat metbuat xeberleri son xabarlar