"Buta Airways" Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

"Buta Airways" Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır"Buta Airways" Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır
Aşağıbüdcəli aviadaşıyıcı "Buta Airways" iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır. 
Bu barədə "Buta Airways" məlumat yayıb.
Uçuşlar həftədə bir dəfə - həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə  təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat xidmətləri daxildir.
Qeyd edilən reyslərə  biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında ("Super" və "Standart" tarifləri üzrə) və akkreditə olunmuş  agentliklərində (yalnız "Super" tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.
Bakı-Həştərxan istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:
- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib:
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib:  
Həştərxan-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:
- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır.  Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsinin əks olunduğu sənəddə həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.
QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: . 
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq. /oxu.az


SONXEBERLER.AZ
Turizm     Baxılıb: 17   Tarix: 03 may 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

AZAL Londona reysləri bərpa edir - RƏSMİ

AZAL Londona reysləri bərpa edir - RƏSMİ. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir. Şirkətdə

Dünyanın ən uzun asma körpüsünün açılışı olub - VİDEO

Dünyanın ən uzun asma körpüsünün açılışı olub - VİDEO. Portuqaliyada dünyanın ən uzun asma körpüsünün açılışı olub. Bu barədə CNN xəbər yayıb. Bildirilir ki, Aroka geoparkında Payva çayı üzərində 176 metr hündürlükdə yerləşə

Donanmasını genişləndirən "Silk Way West Airlines" və "Boeing" arasında strateji razılaşma imzalanıb - FOTO

Donanmasını genişləndirən "Silk Way West Airlines" və "Boeing" arasında strateji razılaşma imzalanıb - FOTO. "Silk Way West Airlines" aviaşirkəti donanmasını genişləndirmək məqsədilə "Boeing"

AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır

AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır. xəbər verir ki, Bakı - Ankar

Avropa ölkələrinə səyahət üçün əsas şərt açıqlandı

Avropa ölkələrinə səyahət üçün əsas şərt açıqlandı. Avropa İttifaqı (Aİ) ölkələri Avropa Dərman Agentliyinin təsdiqlədiyi COVID-19 preparatları ilə vaksin olunan turistləri qəbul edəcək. "The New York Times"ın məlumatın

Qarabağa uçuş edən əməkdar pilotlar - VİDEO

Qarabağa uçuş edən əməkdar pilotlar - VİDEO. Dövlət başçısının tapşırığı ilə işğaldan azad olunan Qarabağda yeni hava limanları tikilir və layihələşdirilir. Bu il Füzuli Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur

"Silk Way West Airlines" "2020-ci ilin yükdaşıma aviaşirkəti" seçilib

"Silk Way West Airlines" "2020-ci ilin yükdaşıma aviaşirkəti" seçilib. Cənubi Koreyanın İnçxon hava limanı "Silk Way West Airlines" şirkətini nüfuzlu "2020-ci ilin yükdaşıma aviaşirkəti"

Şəkillərə baxmaqla pis şəraitli hoteli müəyyənləşdirməyin yolları - FOTO

Şəkillərə baxmaqla pis şəraitli hoteli müəyyənləşdirməyin yolları - FOTO. Səyahət mütəxəssisləri turistlərə tətil üçün hotel seçərkən otaq şəkillərinə diqqət yetirmələrini tövsiyə ediblər. -nun məlumatına görə, Rusiyanı

Azərbaycanlılar hansı ölkələrə səfər edir?

Azərbaycanlılar hansı ölkələrə səfər edir? . 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəx

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edildi - FOTO

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edildi - FOTO. Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxano

Ağ dənizin buzlu suları altında FOTOSƏRGİ

Ağ dənizin buzlu suları altında FOTOSƏRGİ. Rusiyada iki fotoqraf qlobal istiləşməyə diqqət çəkmək məqsədilə Ağ dənizin buz tutan suları altında fotosərgi keçirib. "Photar"ın məlumatına görə, maraqlı aksiyanın müəlliflər

Türkiyəyə səyahət qaydası dəyişdi

Türkiyəyə səyahət qaydası dəyişdi. Türkiyədə xarici turistlərin ölkəyə gəlmə qaydasında dəyişiklik edilib. Ölkənin Mülki Aviasiya Ümumi Müdirliyi mövzu ilə əlaqədar "Twitter"də paylaşım edib. Açıqlamaya görə, xaricdə


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim xəbərlər.com xəbər az son xeber.az