Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunması gözlənilir

Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunması gözlənilirBu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.
Azxeber.com-un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışı, V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsin azadlıqdan 20 il məhrum edilməsini istəyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib, Ermənistan Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2 500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 35   Tarix: 11 iyun 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Otlaqda çətənə yetişdirən şəxs saxlanılıb

Kəndin otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaşxaş-2021"

Azərbaycanda keçmiş deputat vəfat edib

Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib. "Report"a istinadən xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anada

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub. xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Astanyan Yeqiş Oqanesoviç, Aramya

İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək

İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA

Azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər dava

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxa

DİN: Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı fakt araşdırılır

"Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir". Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətini

Taleh Ziyadov: 'Gübrə terminalı 2022-ci ildə istismara veriləcək

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib. Bu barədə "Report"a Bakı Limanından bildirilib. Qeyd edilir ki

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Gəncə şəhərində yanğın hadisəsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzili

Qubada atasını baltalayıb öldürən şəxs tutuldu

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə -a Quba Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla müəyyə

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Gəncə şəhərinin Kəpəz rayonunda binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzili

Azərbaycanda bələdiyyə sədri maskaya görə cərimələndi

Ağsu rayon Gəgəli kənd bələdiyyəsinin sədri Fariz Xəlilli cərimə olunub. -un "Report"a istinadən verdiyi xəbərinə görə, bu barədə sosial şəbəkələrdə F.Xəlillinin özü məlumat yayıb. O bildirib ki, mayın 24-də Ağs


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2021 xeberler az cebheden xeber meherremlik 2021