"Böyük Qayıdış"ın ilk addımları

"Böyük Qayıdış"ın ilk addımları "Böyük Qayıdış"ın ilk addımları
Fevralın ikinci ongünlüyünün Azərbaycan üçün ən əhəmiyyətli hadisəsi kimi ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini qeyd etmək olar. 
Təbii ki, bu, sıradan bir səfər deyildi və dövlət başçısı işğaldan azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi, təməlqoyma mərasimlərinə qatıldı, mühüm obyektlərin açılışında iştirak etdi. Əslində bunu "Böyük Qayıdış"ın ilk addımları kimi dəyərləndirmək olar. 
Səfərin digər əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarına, ilk növbədə dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı.
Məlum olduğu kimi, ölkə başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatıldı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti çox böyükdür. Çünki bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişin təminatında mühüm rol oynayacaq. Digər tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqələrinin yaranmasına səbəb olacaq. Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı Zəngilanda olarkən, bildirdi ki, məhz burada - Ağalı kəndində birinci "ağıllı kənd" layihəsi icra ediləcək. Bununla yanaşı, Üçüncü Ağalı kəndində də "ağıllı kənd" layihəsi reallaşacaq. Kənddə layihənin icrası əsasən beş komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri.
Yada salaq ki, ölkə başçısı əvvəlki çıxışlarında da azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini demişdi. Bunu dövlət başçısının "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına da aid etmək olar. Diqqət çəkən məqamlardan biri isə budur ki, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrindən istifadə ilə əlaqədardır. Azərbaycan Prezidentinin bu səfəri Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı ilə də yadda qalacaq. 
Dövlət başçısının təbirincə desək, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş artıq burada su elektrik stansiyası istismara verilir. 
Onu da vurğulamaq lazımdır ki, sözügedən SES-in istifadəyə verilməsi tarixi əlamətdar hadisədir. Bu, işğaldan azad olan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihədir. Sözügedən stansiya 8 meqavat gücündədir və təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir. 
Bəlli olduğu kimi, erməni vandalları 30 il ərzində Qarabağın ekoloji cəhətdən zəhərlənməsi üçün hər cür iyrənc hərəkətlər törədiblər, o cümlədən Bəsitçay Dövlət Qoruğunda. Mənfur düşmən qoruğun meşəlik ərazisinin yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına ciddi zərbə vurulub. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən qoruqda çinar ağacları əkmələrini, həmçinin Bəsitçaya balıq buraxmalarını bölgədə ekoloji məsələlərin öz həllini tapacağı kimi dəyərləndirmək olar.
Bölgədə kifayət qədər çaylar var: Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və sair. İndi qürurla demək olar ki, bu çaylardan xalqımız istifadə edəcək. Prezident səfəri zamanı kənd təsərrüfatı ilə bağlı görüləcək işlərdən də danışdı: "Tapşırıq verilib ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır". 
Qeyd edək ki, azad edilmiş torpaqlarda bitkiçiliyin, bağçılığın, heyvandarlığın sürətli inkişafı nəzərdə tutulur. Bir sözlə, qarşıdakı dövrdə bizi nəhəng layihələr, nəhəng işlər gözləyir. Təbii ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir. "Böyük Qayıdış"a artıq start verilib. İşlər sürətlə aparılır. Çox keçməz ki Qarabağ torpaqları yenidən dirçələr və cənnət məkanına çevrilər. 
Əliabbas Salahzadə, millət vəkili /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 67   Tarix: 21 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Estoniya parlamentindən Xocalı soyqırımının ildönümünə dair BƏYANAT

Estoniya parlamentindən Xocalı soyqırımının ildönümünə dair BƏYANAT. Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib. -ın məlumatına görə, bununla bağl

Türk Dünyasında Metrologiya Birliyi yaradılır - FOTO

Türk Dünyasında Metrologiya Birliyi yaradılır - FOTO. Fevralın 19-da Ankarada Türk Dünyası Metrologiya Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə prezidentinin köməkçis

"Qış-2021" təliminə qatılan azərbaycanlılar Vətənə qayıdır - FOTO

"Qış-2021" təliminə qatılan azərbaycanlılar Vətənə qayıdır - FOTO. Türkiyədə "Qış-2021" təliminə qatılan azərbaycanlıların Vətənə yola salınması ilə bağlı mərasim təşkil edilib. Bu barədə Türkiyə Mill

İsveçdəki soydaşlarımızdan Riksdaqa MÜRACİƏT - FOTO

İsveçdəki soydaşlarımızdan Riksdaqa MÜRACİƏT - FOTO. İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) Xocalı soyqırımını tanımağa çağırıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsini

Fuad Axundov: "Ermənistan açıq səma altında vandalizm "muzeyi"dir

Fuad Axundov: "Ermənistan açıq səma altında vandalizm "muzeyi"dir". Bu gün Ermənistan açıq səma altında vandalizm "muzeyi"dir. Bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdir

XİN: "Rəsmi Yerevanın xalqlararası nifaqı qızışdıran açıqlamaları dağıdıcı təfəkkürün göstəricisidir

XİN: "Rəsmi Yerevanın xalqlararası nifaqı qızışdıran açıqlamaları dağıdıcı təfəkkürün göstəricisidir". Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərini

Şuşada inşa ediləcək məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaq - FOTO/VİDEO

Şuşada inşa ediləcək məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaq - FOTO Milliyyətçi Hərəkat Partiyasının (MHP) Şuşada inşa edəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliye

Binəli Yıldırım: "Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var"

Binəli Yıldırım: "Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var" . Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin gözlə görünməyən arxa planları var. -ın məlumatına əsasən, bunu Türkiyənin keçmi

Binəli Yıldırım: "Qarabağ dastanı yazılanda bəzi ölkələr harada idilər?

Binəli Yıldırım: "Qarabağ dastanı yazılanda bəzi ölkələr harada idilər. "Ermənistan rəhbərliyi illərdir bölgədə sabitliyi pozacaq yanlış siyasət yürüdür: Türkiyə ilə sərhədini tanımır, Qarabağı işğal edir və sairə

Rusiyalı ekspert: "Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib

Rusiyalı ekspert: "Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib". "Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib

David Çiçinadze: "Ümid edirəm ki, Azərbaycan qeyri-sabitliyə görə bizi tərk etməyəcək"

David Çiçinadze: "Ümid edirəm ki, Azərbaycan qeyri-sabitliyə görə bizi tərk etməyəcək" . Ötən payızda keçirilən parlament seçkilərindən sonra Gürcüstanda başlayan siyasi böhran davam edir. Nəticədə fevralın 18-d

Georgi Vanyan: "Ermənistanda olan hər şey Rusiyaya məxsusdur" - MÜSAHİBƏ

Georgi Vanyan: "Ermənistanda olan hər şey Rusiyaya məxsusdur" - MÜSAHİBƏ. Ermənistanda etiraz aksiyaları davam edir. Bu ölkənin keçmiş prezidenti, "Qarabağ klanı"nın nümayəndəsi Robert Koçaryan prakti


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler en son xeberler bu gun en son xeber ensonxeberler