Bosniya və Herseqovinanın XİN rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyib

Bosniya və Herseqovinanın XİN rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyibBosniya və Herseqovinanın XİN rəhbəri Azərbaycanın mövqeyini dəstəkləyib
Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviç arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələri barədə həmkarına məlumat verib. Dinc əhalinin qəsdən hədəf alınması nəticəsində 47 mülki şəxsin öldüyü və 222 nəfərin ağır yaralandığı qarşı tərəfin diqqətinə çatdırılıb.
C.Bayramov Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirib və Ermənistanın atəşkəsə riayət etdiyinin yalandan başqa bir şey olmadığını qeyd edib. Bölgədəki mövcud vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyü vurğulanıb.
Bosniya və Herseqovinanın Xarici İşlər naziri Bisera Turkoviç, azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını və dərin kədərini ifadə edib və bununla əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib. Xanım Turkoviç Bosniya və Herseqovinanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll edilməli olduğunu qeyd edib. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 48   Tarix: 16 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Alayarımçıq jurnalist və siyasətçinin sonu

Alayarımçıq jurnalist və siyasətçinin sonu. "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyov oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə

XİN: Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

XİN: Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib. "Təxminən 30 ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətl

İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib - FOTO

İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib

Səfir: "Qətər Azərbaycanın yanındadır, işğal olunmuş ərazilərdəki vəziyyəti yaxından izləyirik

Səfir: "Qətər Azərbaycanın yanındadır, işğal olunmuş ərazilərdəki vəziyyəti yaxından izləyirik". BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin bir hissəsini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb. Dünən Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Spiker qonağı salamlayara

Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib. Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Müraciətdə bildirilir:. "Əziz dostlar!. Bildiyini

Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcəyik

Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcəyik". "Qardaş ölkələr olaraq Azərbaycanla həmrəylik nümayiş etdirməyimiz böyük önəm daşıyır". "CNN Türk"ün məlumatın

Leyla Abdullayeva: "Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib

Leyla Abdullayeva: "Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib". Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı Ermənistan ordusunun BMT TŞ-nı

Prezident: "Daha səkkiz kənd işğaldan azad olundu

Prezident: "Daha səkkiz kənd işğaldan azad olundu". Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib. . "Twitter"də paylaşılmış postda deyilir:. "Rəşadətl

Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb - VİDEO

Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb - VİDEO. Oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsind

Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ

Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunları üzrə bəyanatla çıxış ediblər

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİB. Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasını


son xeberler azerbaycan xeberleri yeni xeberler en sonxeber xeberler bu qun meherremlik 2020 az xeber