Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi

Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi Baş nazirin müavini həmsədrlərə müharibə xəbərdarlığı etdi
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversiantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın Baş Nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə daban-dabana zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Paşinyan hakimiyyətinin ilk aylarında xanım Paşinyanın "sülh çağırışlarının" son vaxtlar "Kalaşnikov" avtomatı ilə birlikdə çəkdirdiyi fotolarla əvəz olunması erməni təxribatının nə qədər eybəcər xarakter aldığından xəbər verir".
Bu sözlər Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun "Erməni təxribatları və Minsk Qrupunun susqunluğu" sərlövhəli məqaləsində qeyd edilib.
O bildirib ki, erməni təxribatları təkcə Ermənistanın militarist səciyyə daşıyan ritorikasının və davranış tərzinin genişlənməsində müşahidə olunmur.  
Baş nazirin müavini yazıb ki, son vaxtlar Livandan erməni əsilli əhalinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi faktları münaqişənin nizamasalınması prosesinə sarsıdıcı zərbə vuran misli görünməyən təxribatdan savayı bir şey deyil.
"Bütün dünyanın gözü qarşısında beynəlxalq hüququn kobud surətdə tapdalanması,yəni işğal olunmuş ərazilərin məskunlaşdırılması prosesi baş verməkdədir. Ermənilər vaxtilə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmiş köçürmə siyasətini XXI əsrdə təkrar etmək kimi təhlükəli perspektivlər vəd edən avantüra ilə məşğul olmaq niyyətinə düşüblər. Yaxın Şərqin son 50-60 illik tarixi bu oyunun acı nəticələrini təsəvvür etmək baxımından ibrətamiz nümunədir. Erməni siyasətçilərinin Cənubi Qafqazı fasiləsiz münaqişələr və müharibələr ocağına çevirmək cəhdləri diqqətdən yayınmamalı, bütün beynəlxalq təşkilatların və dünya birliyinin qəzəbinə tuş gəlməlidir", - deyə Ə.Əhmədov əlavə edib.
Onun fikrincə, gündən-günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi,  təəccüblü görünməyə bilməz.
"Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsulliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir. Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq".
Ə.Əhmədov vurğulayıb ki, əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şərəfli vəzifəsini yerinə yetirməli olacaq.
"2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərrə qədər şübhə doğurmur". /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 29   Tarix: 15 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Prezident Bakıda parkın açılışında iştirak etdi - YENİLƏNİB + FOTO/VİDEO

Prezident Bakıda parkın açılışında iştirak etdi - YENİLƏNİB + FOTO Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

İlham Əliyev yol tikintisinə 20,1 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə 20,1 milyon manat ayırdı - SƏRƏNCAM. Prezident İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. . Bununla bağlı AZƏRTA

İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi - YENİLƏNİB + FOTO "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasını

İlham Əliyev: "Azəri", "Çıraq", "Günəşli" yataqlarında təbii tənəzzül qaçılmazdır

İlham Əliyev: "Azəri", "Çıraq", "Günəşli" yataqlarında təbii tənəzzül qaçılmazdır". "Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtı

Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR

Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR. "Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikas

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüş keçirilib

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və "Qarabağ"

Spiker Sahibə Qafarova Türkiyə parlamentinin bombalanmış hissəsi ilə tanış oldu - FOTO

Spiker Sahibə Qafarova Türkiyə parlamentinin bombalanmış hissəsi ilə tanış oldu - FOTO. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində deputatlarımı

Ceyhun Bayramov Misir səfirini qəbul edib - FOTO

Ceyhun Bayramov Misir səfirini qəbul edib - FOTO. Xarici İşlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib. Bu barədə XİN-in mətbua

Səfir Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim edib - FOTO

Səfir Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim edib - FOTO. 5 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Rusiyanın "Rosneft"

Prezident Administrasiyasında iki yüksək vəzifə boşdur

Prezident Administrasiyasında iki yüksək vəzifə boşdur . Prezident Administrasiyasında iki şöbəyə müdir təyinatının olması gözlənilir. -ın məlumatına görə, bunlar Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiy

Prezidentin köməkçisi Ermənistanın təxribatını şərh etdi: "Köçürülmüş insanları muzdlular kimi istifadə edir"

Prezidentin köməkçisi Ermənistanın təxribatını şərh etdi: "Köçürülmüş insanları muzdlular kimi istifadə edir" . Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan so

Ermənistanın Azərbaycana qarşı növbəti planı - MÖVQE

Ermənistanın Azərbaycana qarşı növbəti planı - MÖVQE. Azərbaycanın işğal altındakı torpaqlarına Ermənistanın muzdlular yerləşdirməsi faktları var. Bunu -a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlamen


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu enson xeberler bu gunun xeberleri haqqinda melumat bu gunun xeberleri