Baş həkimdən 7 min manat rüşvət alan şəxs həbs edildi
Hakimiyyət nümayəndəsinin adından istifadə edən şəxsin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Open.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bununla əlaqədar olaraq, Baş İdarə tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilən şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunub.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanıb.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanıb, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
SONXEBERLER.AZ Hadisə Baxılıb: 21 Tarix: 07 aprel 2021 f PaylaşDİN Xırdalanda itkin düşən qadınla bağlı açıqlama verdi
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. -ın məlumatına görə, DİN-in Mətbuat xidmətində
Azərbaycanda 16 yaşlı oğlan intihar etdi
Gədəbəy rayonunda 16 yaşlı oğlan intihar edib. xəbər verir ki, hadisə rayonun Pərizamanlı kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Şöhrət Vüqar oğlu İbrahimov yaşadığı evin həyətində özünü asıb. Həmin gün rayonun Əmiraslanl
Azərbaycanda daha iki general həbs edildi - RƏSMİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsim
Sumqayıtda ev, Şəkidə avtomobil yanıb
Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib
Bakıda avtomobil yanıb
Bakıda avtomobildə yanğın hadisəsi olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Suraxanı rayonunda "Toyota" markalı minik avtomobilinin salonu yanıb
MTN generallarının həbs edilməsinin səbəbləri açıqlanıb
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət iş
Əsgərin intiharı ilə bağlı cinayət işi açılıb
Hərbi hissədə intihar edən İsmayılov Əli Arif oğlunun ölümü ilə bağlı cinayət işi açılıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən -a verilən məlumata görə, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərb
Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib
Şəmkir rayonunda qətl hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətlər