Bakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTO

Bakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTOBakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTO
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb.
Belə ki, daxil olan əməliyyat məlumatı ilə əlaqədar görülən növbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər.
Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən bir kilometr aralıda özünə məxsus "Mercedes" markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib.
E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydaları pozaraq, Bakı şəhərinə gəldikləri üçün saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, K.Kərimov idarə etdiyi "Daewoo" markalı, E.İbrahimov isə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunsuz keçməklə karantin rejimi qaydalarını pozublar.
Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elxan İbrahimov və Kərim Kərimov isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada həbs ediliblər.
Bakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTOBakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTOBakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTOBakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTOBakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTOBakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTO


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 31   Tarix: 28 mart 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA + VİDEO

Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA + VİDEO. Hazırda Azərbaycanda üç minə yaxın insan koronavirusla bağlı karantində saxlanılır. Bunların arasında peşəkar idmançılar da var. mövzu ilə əlaqədar araşdırma aparıb

Sumqayıt sakini: "Üfunət iyindən pəncərəni açıb hava ala bilmirik" - VİDEO

Sumqayıt sakini: "Üfunət iyindən pəncərəni açıb hava ala bilmirik" - VİDEO. Sumqayıtda kanalizasiya suları küçəyə axıdılıb. xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb. Paylaşımda vətənda

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanıldı

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanıldı. Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb. APA-nın məlumatına görə, martın 27-də saat 02:45 radələrində paytaxtın Yasamal rayonu, Landau küçəsind

Qubada vətəndaşa məxsus torpaq sahəsində 18 600 manat dəyərində ağac kəsilib

Qubada vətəndaşa məxsus torpaq sahəsində 18 600 manat dəyərində ağac kəsilib. Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşlar

Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi . Dünyada sürətlə yayılmaqda olan yeni növ COVID-19 virusunun ölkəmiz üçün yarada biləcəyi təhlükənin qarşısının alınmas

BNA: "Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq" - VİDEO

BNA: "Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq" - VİDEO. "İddialar sübuta yetirilərsə, həmin sərnişindaşıma şirkəti xətdən uzaqlaşdırılacaq". xəbər verir ki, bunu Bakı Nəqliyya

"IBIS Baku City Hotel" koronavirusla mübarizəyə 150 min manat vəsait ayırdı

"IBIS Baku City Hotel" koronavirusla mübarizəyə 150 min manat vəsait ayırdı. "IBIS Baku City Hotel" koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması tədbirlərinə dəstək olaraq Koronavirusl

Ev - pandemiya ilə döyüşmək üçün ən təhlükəsiz səngər!

Ev - pandemiya ilə döyüşmək üçün ən təhlükəsiz səngər!. Aqşin Yenisey yazır. X əsrdə hələ coğrafi baxımdan tam formalaşmamış müsəlman Şərqində əl-Mukanna adında yalançı bir peyğəmbər vardı. Cüzama yoluxduğuna və sifəti sızanaqlarl

Süd verən analara koronavirusla bağlı müraciət

Süd verən analara koronavirusla bağlı müraciət. Koronavirusa yoluxan ana uşağını öz südü ilə bəsləməyə qərar verərsə, əl gigiyenasından sonra N95 markalı maskanı taxaraq, bunu həyata keçirə bilər. "HaberGlobal"ı

Azərbaycanda 200 məhkum vaxtından əvvəl azad olundu - RƏSMİ

Azərbaycanda 200 məhkum vaxtından əvvəl azad olundu - RƏSMİ. Ədliyyə Nazirliyi koronavirus təhlükəsi səbəbindən şərti azadlığa buraxılan məhbuslarla bağlı açıqlama yayıb. .   xəbər verir ki, açıqlamada deyilir:. "Ölkəmizd

Bakıya giriş-çıxış qadağasına kimlər əməl etmir? - VİDEO

Bakıya giriş-çıxış qadağasına kimlər əməl etmir? - VİDEO. Məlum olduğu kimi, martın 19-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və sərnişinlərin Bakı və Sumqayıt şəhərlərin

Azərbaycan əsgəri xalqa səsləndi: "Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!" - VİDEO

Azərbaycan əsgəri xalqa səsləndi: "Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!" - VİDEO. Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər az son xeber xeber.az xeber.az 2020