Bakıda "Vinçester"lə adam güllələdi - Silahı Kür çayına atdı

Bakıda "Vinçester"lə adam güllələdi - Silahı Kür çayına atdıBakıda odlu silahdan istifadə etməklə xuliqanlıq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini əvvəllər məhkum olunmuş Azər Orucov tutulub.
Belə ki, cari il avqust ayının 5-də gecə saatlarında Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan "Vinçester" markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. Saxlanılan zaman Azər Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonunda Kür çayına atdığını bildirib.
Polis Bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azər Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsi etmələri xahiş olunur.
Bakıda "Vinçester"lə adam güllələdi - Silahı Kür çayına atdı


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 84   Tarix: 07 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Evdən içərisində 10 min manat olan seyf oğurlanıb

Bakıda evdən içərisində 10 min manat olan seyf oğurlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiklər

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar keçirmək istədilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Lexus RX 330" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və sürücüsü şifah

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 11:45-d

Gürcüstandan qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Passat" markal

Bakıda "Mercedes" qaz boru xəttinə çırpılaraq yanıb

Bakıda "Mercedes" qaz boru xəttinə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb. Nəticəd

Keçmiş məhkum qadının boyunbağısını oğurladı

Bakıda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevay

Dünən yol qəzalarında 2 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, noyabr ayının 6-da törədilə

Şamaxı sakini Göygöldə itkin düşüb

Göygöldə 58 yaşlı Şamaxı sakini itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, Şamaxı rayonunun Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarınd

Türkiyə vətəndaşından narkotik çıxdı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomobili ilə gələn Türkiy

Şəki sakinindən sənədləri olmayan ov tüfəngi götürülüb

Şəki sakinində sənədləri olmayan ov tüfəngi aşkar edilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasınd

Usta avtoservisdən qaçırdığı avtomobillə qəza törədib

Bakıda usta avtoservisdən qaçırdığı avtomobillə qəza törədib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindək

Bakıda baş verən avtobus qəzasının səbəbi məlum oldu

Bakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 4-də iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. BNA-dan -a bildirilib ki, Nizami rayonunun Qara Qarayev prospektində "Azlənd Plaza"MMC-ni


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal en sonxeber ən son xeberler xəbər