Bakıda narkotacir tutuldu - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Hikmət Qurbanov saxlanılıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Hikmət Qurbanov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.
Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. H.Qurbanov tutularaq istintaqa cəlb olunub.
Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
SONXEBERLER.AZ Hadisə Baxılıb: 40 Tarix: 03 mart 2021 f PaylaşXəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən -a bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:25-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 34 km olub
Samuxda 30 yaşlı kişi küçədə qətlə yetirildi
Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barəd
"YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb
"Son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı çoxsaylı paylaşımlar edilir. Bildiririk ki, hər üç qazimiz "YAŞAT" Fondunun diqqət mərkəzindədir. Hə
Azərbaycanda zəlzələ olub
Qobustanda zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən -a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 17:45-də Qobustan stansiyasından 20 km cənub-şərqdə Qobustan rayonunda qeydə alınıb. Zəlzələ his
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, fevral ayının 27-dən martı
Abşeronda qadın evdən 35 min manatlıq oğurluq etdi
Abşeron rayonunda evdən oğurluq olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsind