"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO

"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərinin, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Yevlax rayonunun, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Zərdab rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Bu barədə "Azəriqaz"dan məlumat verilib.
Məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. Bundan başqa, sentyabrın 27-də başlayan işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən 2 əsgər və şəhid ailəsinin üzvləri də fərdi şəkildə qaz çəkilişinə köməklik göstərilməsini istəyib. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin dərhal həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
"Azəriqaz" rəhbəri Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyanla maraqlanıb. Ona məruzə olunub ki, hazırda Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzuli rayonlarında qaz təchizatına dair hər hansı problem qalmayıb.
Yalnız Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində qaz xətlərinə və sayğaclara ciddi ziyan dəyən 34 binada təmir prosesinə ehtiyac var. Bu binalarda yaşayan 1 100 abonentin qaz şəbəkəsi, demək olar ki, sıradan çıxıb. Baş direktor Ruslan Əliyev bu çətinliyin tezliklə aradan qaldırılması üçün Bakıdan tikinti heyətinin və lazımi təchizat avadanlıqlarının bölgəyə ezam ediləcəyini bildirib.
"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO"Azəriqaz"ın direktoru vətəndaşları qəbul edib - FOTO


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 44   Tarix: 20 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Ağdama bayrağımız sancıldı! - Xəbərlərin 20:00 buraxılışı

Ağdama bayrağımız sancıldı! - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. 1. "Ermənilər əgər baş qaldırarsa, biz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və hec kim biz

"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO/VİDEO

"Mübariz postu"na bayrağımızı sancan baş leytenantın xanımı: "Onun qisası alındı" - FOTO Erməni silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törədiblər. Həmin təxribatlar

Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR

Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edilib. Azərbaycan Respublikasını

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı. Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. . Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, hazırda fermerlərdə

Prezident xalqımızı təbrik etdi: "Ağdam azad olundu!" - Xəbərlərin 13:00 buraxılışı

Prezident xalqımızı təbrik etdi: "Ağdam azad olundu!" - Xəbərlərin 13:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Ağdam rayonu işğaldan azad edildi. Prezident İlham Əliyev xalqa müraciət etdi. Mill

Milli Məclis iki qanun layihəsini qəbul etdi

Milli Məclis iki qanun layihəsini qəbul etdi. Milli Məclisin bu gün keçirilən iclasında "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbayca

İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində

İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılmas

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi. "Bu payız ağacəkmə mövsümündə də daha çox ağac əkilməsinin təşviqi məqsədilə tinglik sahələrimizdə yetişdirdiyimiz ağac tinglərini, xüsusən Bakıda və Abşeron yarımadasınd

Ucarda yol qəzası nəticəsində ölən və xəsarət alan var - FOTO

Ucarda yol qəzası nəticəsində ölən və xəsarət alan var - FOTO. Ucarda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Report-un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşa

Qarabağ qazisi: "Qələbəni döyüşçü yoldaşlarımla qeyd etmək istəyərdim" - VİDEO

Qarabağ qazisi: "Qələbəni döyüşçü yoldaşlarımla qeyd etmək istəyərdim" - VİDEO. Quba rayonunun Çağacıq kənd sakini Vüsal Şərafəddin oğlu Mahmudov Vətən müharibəsinə gizir kimi qatılıb. "Report" xəbər veri

Qarakənd faciəsindən 29 il ötür

Qarakənd faciəsindən 29 il ötür. Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 29 il ötür. "Mİ-8" hərbi vertolyotu ermənilər tərəfindən 1991-c

Bakıda "Porsche" yandı

Bakıda "Porsche" yandı. Bakı şəhərinin Binəqədi rayonunda "Porsche" markalı minik avtomobilinin salonu yanıb. . Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Avtomobilin qalan hissəsi yanğında


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler bu gune olan xeberler son xeber az qurban bayrami 2021