"AzerGold" QSC-nin orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb

"AzerGold" QSC-nin orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıbƏlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlanıb. Ötən ildən etibarən nüfüzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə başlanan proses çərçivəsində sənayedə əsas tendensiyaların müəyyən edilməsi, dövlətin maraq və hədəfləri nəzərə alınmaqla Cəmiyyətin icra edəcəyi fəaliyyətə dair əsas maliyyə və əməliyyat göstəricilərinin proqnozlaşdırılması, strateji variantların prioritetləşdirilməsi və strategiya sənədinin icrası üzrə yol xəritəsinin tərtib edilməsi kimi işlər aparılıb. Nəticədə strategiya sənədi 14 sentyabr 2020-ci il tarixində Cəmiyyətin Ümumi Yığıncağı qismində İqtisadiyyat nazirliyi tərəfindən təsdiq edilib.
Milli.Az bildirir ki, bu strategiyanı həyata keçirməklə Cəmiyyətin 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib. Cəmiyyətin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığını aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir.
Qeyd olunan məqsədlərə nail olmaq üçün hazırlanan orta və uzun müddətli yol xəritəsi çərçivəsində strateji proqramlar müəyyən edilib. Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir. Strategiya sənədinin icrası qeyri-neft sənayesinin dinamik inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılması və nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. Cəmiyyətin korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır.
Eyni zamanda, layihələrin icrası ilə Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14 faiz həcminə hədəflənir. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin MİAD-ı (Məcmu illik artım dərəcəsi) 9 faiz olmuşdur.
Xatırladaq ki, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və strateji idarəetmənin tətbiqi "AzerGold" QSC-nin prioritetlərindəndir. Belə ki, yarandığı gündən etibarən Cəmiyyətdə beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə prinsipləri tətbiq edilir, ən optimal üsullarla yüksək nəticələr əldə edilməsi üçün sistemli tədbirlər aparılır.
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 15   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Gələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunub

2021-ci il üzrə dövlət büdcəsinin layihəsi Hesablama Palatasına təqdim olunub. Hesablama Palatasından -a verilən məlumata görə, 2021-ci il üzrə dövlət büdcəsi layihəsinin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Azərbayca

"Tikinti sektoru postpandemiya dövründə aktivliyin qısa zamanda əldə edilməsinə töhfə verəcək"

İstər pandemiya, istərsə də postpandemiya dövründə tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalacaq. Son illər ölkə Prezidenti İlha

Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı ( ) və İnternet Vergi İdarəsi (ww.e- ) vasitəsi ilə əvvəlcədə

Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir - FOTO

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobi

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir

3 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-dən başlayan, Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətind

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetindən -a bildirilib ki, iclasda AİH-ni

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır. Bu barədə Trend Türkiyənin Torpaq Kadastr

Bu il Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi açıqlandı

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 milyard 682,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəlib. Trend-ə istinadən bildirir ki, neft-qa

Sabah dollar neçəyə olacaq?

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, 15.09.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəs

Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,08% azalaraq 1 barelə görə 39,58 dollar təşkil edib. APA-ya istinadə

Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. bildirir ki, 2020-ci ilin sentyabrın 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, 1 avronun məzənnəsi 2.0221 manata yüksəlib


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər xeber en son xeber sou xeberler bugun