Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO

Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTOAzərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTO
Yüz il öncə 18-19 fevral 1921-ci ildə Borçalı və Tbilisidən olan müsəlman azərbaycanlılar bu şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılaraq Qızıl Ordunun dəfələrlə üstün qüvvələrinə qarşı Gürcüstanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıblar. Dəstə komandiri Yedigarov müsəlman azərbaycanlıların Gürcüstanın müdafiəsi işinə qeyd-şərtsiz sədaqətlərini bəyan edib.
Bunun tarixi sübutu da var. "Report.ge" xəbər verir ki, Gürcüstanın "Respublika" qəzetindəki dərc olunmuş bir xəbərdə məhz bu barədə məlumat verilib.
Azərbaycanlılar 100 il əvvəl Tbilisini necə qoruyub – TARİXƏ SƏYAHƏT + FOTOXatırladaq ki, 1918-1919-cu illərin bolşevik işğalı zamanı azərbaycanlıların köməyi Gürcüstan üçün həlledici əhəmiyyətə malik idi. Bu yardım sayəsində Gürcüstan ordusu düşmənin hücumunu dəf edərək, əks hücuma keçə bildi və Tbilisinin süqutunu bir həftəlik də olsa, təxirə saldı.
Gəlin, bir anlıq həmin dövrün hadisələrini göz önündə canlandırmağa çalışaq.
Fevralın 18-də axşam saatlarında Qırmızı Ordunun qabaqcıl birləşmələri Soğanlığa çatdı. Borçalı və Tiflis azərbaycanlıları da daxil olmaqla, Gürcüstan qoşunları gecə boyu bolşeviklərin hücumlarına qarşı mübarizə apardı və sübh çağı zirehli texnikanın dəstəyi ilə əks hücuma başlayaraq ciddi uğur qazandı: 1600 nəfər əsir götürüldü və bolşeviklər geri çəkildilər. Topçular 11-ci Qızıl Ordunun geri çəkilən birliklərinə zərbələr endirirdilər. Bu, əslində Gürcüstan ordusunun ondan dəfələrlə üstün olan Qızıl Ordu üzərində ilk qələbəsi idi. Bu qələbə ən azı 1921-ci il fevralın 24-dək Gürcüstan paytaxtını uğurla müdafiə etməyə imkan verdi.
Məhz fevralın 24-də Qızıl Ordu mövcud ehtiyatlarını toplayaraq güclü artilleriya hazırlığından sonra cəbhənin bütün istiqamətlərində hücuma keçdi. Elə həmin gün Kutaisidəki Gürcü hökumətinin təxliyyəsi başladı.
Fevralın 25-də Tbilisidəki vəziyyət artıq kritik həddə çatdı. Qızıl Ordu say etibarilə şəhərin müdafiəçilərini bir neçə dəfə üstələyirdi. Bu şərtlər altında Gürcüstan komandanlığı ordunu qorumaq, mülki əhali arasında itkilərin qarşısını almaq məqsədilə Tbilisidən çıxmaq barədə qərar verdi. Beləliklə də, şəhər uğrunda azərbaycanlı və gürcülərin çiyin-çiyinə qəhrəmancasına vuruşduqları bir həftəlik müdafiə döyüşləri başa çatdı.
Tbilisinin süqutundan sonra Qızıl Ordu martın 4-də Suxuminin bir hissəsini və martın 9-da isə Zuqdidini işğal etdi. Martın 10-da bolşeviklər Kutaisiyə daxil oldular və Gürcüstan ordusu şəhəri tərk etməli oldu. Bir neçə gün sonra Poti də işğalçıların əlinə keçdi. Beləliklə də, martın 17-də atəşkəs, 18-də isə təslim olma haqqında müqavilə imzalandı və son olaraq Batumi də Qırmızı Orduya təslim edildi.
Bununla da, Gürcüstan ordusunun Sovet Rusiyasının dəfələrlə üstün qüvvələrinə bir aydan çox müddət ərzində göstərdiyi müqavimət məğlubiyyətlə başa çatdı. Gürcüstan da Azərbaycan kimi Sovetlər tərəfindən işğal olundu.


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 46   Tarix: 22 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Artan intiharlar: Qadın azadlığı, yoxsa mentalitet? – CANLI

Artan intiharlar: Qadın azadlığı, yoxsa mentalitet? – CANLI. Baku TV-nin efirində yayımlanan "Təkbətək" verilişində son dövrlərdə ölkədə artan intiharlar müzakirə olunur. Aparıcı Teymur Əliyevin budəfəki qonaqlar

Sumqayıtın piyada keçidi olmayan mərkəzi küçəsi – VİDEO

Sumqayıtın piyada keçidi olmayan mərkəzi küçəsi – VİDEO . Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə Lermontov küçəsinin kəsişməsi olan yol yeni təmir olunub. Əraziyə asfalt örtük çəkilib, amma deyəsən, müxtəlif yol nişanlar

"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO

"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTO. Fevralın 19-da Vətən müharibəsində şanlı Zəfərimizin 100 günü münasibəti ilə Bakı şəhərində "Davam" Gənclər Hərəkatının mərkəz

Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi

Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi. Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazo

Sayğacını dəyişən abonentlərə nə kimi imkanlar yaradılacaq?

Sayğacını dəyişən abonentlərə nə kimi imkanlar yaradılacaq?. Növbəti aydan etibarən quraşdırılacaq əvvəlcədən ödənişli qaz sayğaclarında kredit qaz həcmi iki dəfə artırılır. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyində

Umayra Tağıyeva: "Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir

Umayra Tağıyeva: "Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir". "Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə Arktik hava kütlələri birbaşa şimalda

Xəzər rayonunda dördotaqlı ev yanaraq külə döndü

Xəzər rayonunda dördotaqlı ev yanaraq külə döndü. Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. . Bununla bağl

Gəncədə yaşayış binasında yanğın: Səkkiz nəfər təxliyyə edildi

Gəncədə yaşayış binasında yanğın: Səkkiz nəfər təxliyyə edildi. Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin eyvanında geyim əşyaları bir kvadratmet

Cəriməni yerində ödəməyən şəxsi polis bölməsinə aparmaq nə dərəcədə qanunidir? - VİDEO

Cəriməni yerində ödəməyən şəxsi polis bölməsinə aparmaq nə dərəcədə qanunidir? - VİDEO. Son günlər polis əməkdaşlarının vətəndaşlara qarşı maska taxmaq üçün göstərdiyi "yüksək xidmət" sosial şəbəkələrdə qınağa səbə

Ötən ay ölkəyə nə qədər avtomobil gətirilib?

Ötən ay ölkəyə nə qədər avtomobil gətirilib?. 2021-ci ilin yanvar ayı ərzində Azərbaycan xaricdən 4 642 ədəd avtomobil idxal edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, alınan avtomobillərin ümumi dəyər

Tibbdə möcüzə: Əməliyyatsız babasildən azad ol! - VİDEO

Tibbdə möcüzə: Əməliyyatsız babasildən azad ol! - VİDEO. Babasil və anal çat xəstəlikləri hal-hazırda əhali arasında ən çox yayılan və insanları narahat edən, həyat keyfiyyətlərini aşağı salan xəstəliklərdəndir. Babasil dü

Göyçayda maşın kanala aşdı, altı nəfər xəstəxanalıq oldu - FOTO

Göyçayda maşın kanala aşdı, altı nəfər xəstəxanalıq oldu - FOTO . Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 200-cü kilometrində, Göyçay rayonunun Qarayaz


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər son xeberler bugun iqtisadiyyat xeberleri bugun xeber az