Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərildi - VİDEO

Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərildi - VİDEOAzərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərildi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar.
Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və yeddi ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.
Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.
Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.
Ərizədə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.

/oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 55   Tarix: 16 yanvar 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Korotçenko: "Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır

Korotçenko: "Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır". Rusiyada "Milli Müdafiə" jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko -

İlham Əliyev Ərdoğanla telefonla danışıb - YENİLƏNİB+VİDEO

İlham Əliyev Ərdoğanla telefonla danışıb - YENİLƏNİB+VİDEO. Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. . Telefon söhbət

Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO

Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO. Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclas

Prezident Cıdır düzündə çay içib - VİDEO

Prezident Cıdır düzündə çay içib - VİDEO. Prezident İlham Əliyev işğaldan azad edilən Şuşaya səfəri çərçivəsində Cıdır düzündə ailə üzvləri ilə birlikdə çay içib. "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun"

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərdə - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərdə - YENİLƏNİB + FOTO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuş

İlham Əliyev: "Cıdır düzündə toy-bayram olacaq" - VİDEO

İlham Əliyev: "Cıdır düzündə toy-bayram olacaq" - VİDEO. "Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmə

İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO

İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərin

Rusiyalı politoloq: "Ermənistanda müharibə müzakirələri elə söz-söhbət səviyyəsində qalacaq

Rusiyalı politoloq: "Ermənistanda müharibə müzakirələri elə söz-söhbət səviyyəsində qalacaq". Ermənistanda Nikol Paşinyanın vəzifədən kənarlaşdırılması və üçtərəfli razılaşmalardan imtina edilməsi çağırışları səslənir

Makron öz əli ilə Ərdoğana məktub yazıb: "Dəyərli Tayyib...

Makron öz əli ilə Ərdoğana məktub yazıb: "Dəyərli Tayyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən qayıdarkən təyyarədə maraqlı açıqlamalar verib. "Sabah" qəzetinin verdiyi məlumat

İlham Əliyev: "Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb

İlham Əliyev: "Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb". Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman müstəqillik eşqi ilə yaşadığını bildirib. . Şuşada Vaqifin dağıdılmış məqbərəs

Prezident: "İndi biz ermənilərə elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar

Prezident: "İndi biz ermənilərə elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar". Prezident İlham Əliyev Şuşanın 1992-ci ilin mayında düşmənə təhvil verilməsində Azərbaycanın o vaxtki hakimiyyətin

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib - FOTO

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib - FOTO. Bu  gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilə


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat valyuta mezennesi xeberler bugun valyuta mezennesi 2021