Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEO

Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEOAzərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti 12 yanvar tarixində Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Səfər çərçivəsində Rusiyanın Baş prokuroru İqor Krasnovla keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.
Görüş zamanı Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılılıb.
Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.
Görüş zamanı Azərbaycan və Rusiya prokurorluqları arasında imzalanmış Əməkdaşlıq haqqında 24 iyun 2019-cu il tarixli Sazişin icrası ilə əlaqədar 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.
Tərəflər ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə, habelə Əməkdaşlıq proqramının əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə ediblər.
Bundan başqa, görüşdə mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya cinayətləri, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
Həmçinin, səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
Görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilib.

Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEOAzərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEOAzərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEOAzərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir - FOTO/VİDEOZaur Xudiyev


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 22   Tarix: 12 yanvar 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Rusiyadakı Azərbaycan vətəndaşlarının pasportlarının müddəti uzadılıb - VİDEO

Rusiyadakı Azərbaycan vətəndaşlarının pasportlarının müddəti uzadılıb - VİDEO. Azərbaycanın Rusiyadakı səfirliyi ölkə vətəndaşlarına müraciət edib. Səfirlikdən "Report"a verilən məlumata görə, koronavirus pandemiy

Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır. Fevralın birindən tələbələrin köçürülməsi prosesi başlanılır. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu fevralın yeddisinədək davam edəcək

Saatlı sakinində narkotik aşkarlandı

Saatlı sakinində narkotik aşkarlandı. Saatlı rayon sakinindən qurudulmuş marixuana götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlar

Daha 30 şəhid ailəsinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO

Daha 30 şəhid ailəsinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərd

Mədən torpağının idarəçiliyi ilə bağlı YENİLİK

Mədən torpağının idarəçiliyi ilə bağlı YENİLİK . "Mədən torpağının idarəçiliyində yaranan problemin həlli üçün qanunvericilik aktlarına dəyişiklik edilməsi gözlənilir". -ın müxbirinin verdiyi məlumata görə, bun

Şəhid övladının istəyi yerinə yetirildi

Şəhid övladının istəyi yerinə yetirildi . Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev şəhid hərbi qulluqçu Vüqar İbadovun ailəsini ziyarət edib. Daxili İşlər Nazirliyindən bildirilib ki, şəhidi

Rusiya Azərbaycan FHN-ə mobil konteynerlər göndərdi - FOTO/VİDEO

Rusiya Azərbaycan FHN-ə mobil konteynerlər göndərdi - FOTO Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Arada

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədə

Şəhid ailələri və hərbçilərimiz ən çox hansı psixoloji problemlərlə üzləşir? - MÜSAHİBƏ

Şəhid ailələri və hərbçilərimiz ən çox hansı psixoloji problemlərlə üzləşir? - MÜSAHİBƏ. Müharibədən sonra hərbçilərimizdə qalan səksəkə, qorxu hissi bir çox psixi pozuntunun əlaməti kimi özünü göstərə bilər. Buna görə d

Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb - FOTO

Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb - FOTO. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurlu

Qarabağda qurulacaq kitabxana üçün ilk addım - FOTO

Qarabağda qurulacaq kitabxana üçün ilk addım - FOTO. Türkiyəlinin Gazi Universitetinin professoru nümunəvi addım atıb. -ın məlumatına görə, professor Necati Demir təmənnasız olaraq Qarabağda açılacaq kitabxana üçün kitabla

"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO

"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsu


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar ən son xəbər meherremlik 2021 xabar az