Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib.
Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində bahalaşma, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Milli.Az  /news.milli.az


SONXEBERLER.AZ
İqtisadiyyat     Baxılıb: 16   Tarix: 14 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Azərbaycanda yerli kartof sortları niyə azalır?

Azərbaycanda bəzi fermerlər yerli kartof toxumlarını almağa maraq göstərmir. Ölkəyə gətirilən GMO kartof sortlarının yayılması yerli sortların inkişafına mane olur. Nəticədə Azərbaycanda yerli sort kartofların istehsalı azalır

Manatın sabaha MƏZƏNNƏSİ

Fevralın 14-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, 14.02.2020-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,700 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2020-c

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 13 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan -a verilən məlumata görə, fevralın 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.70

Mikayıl Cabbarova yeni müavin təyin edildi - FOTO

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub. xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyin olunub. Qey

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Trend-ə istinadən xəbər verir ki, fevralın 13-də qızılın qiyməti fevralın 12-i ilə müqayisədə 11,033 manat artaraq 1 unsiya üçün 2675, 5535 manat təşkil edib. Gümüş 0,22 manat bahalaşara

Çindən diri heyvanların idxalına qoyulan müvəqqəti məhdudiyyətin təsirləri açıqlandı

Koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına qoyulan müvəqqəti məhdudiyyətin ölkəmizin qida məhsulları bazarına hansı formada təsir etdiyi açıqlanıb. Trend-ə istinadə

"Muğanbank" ASC-in Idarə Heyətinin sədri AHK-ə üzv seçildi

"Muğanbank" ASC Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) İdarə Heyətinin Sədri Elmir Həsənov 11 fevral 2020-ci il tarixli qərarına əsasən üzv seçilmişdir. AHK Azərbaycana üzvlük sayəsində "Muğanbank"

Ödənişləri indi üzüklə də aparmaq olar

Fevralın 12-də Bakıda keçirilən "Visa Cashless Forum"da Azərbaycan Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib. Bu, Ring Pay ödəniş üzükləridir. Belə ki, artı

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adı açıqlanıb

2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac edilib, 185 ölkədən isə idxal olunub. xəbər verir ki

Azərbaycanda sənaye məhsulunun istehsalı artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq və ya 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsa

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-ə istinadən xəbər verir ki, fevralın 12-də qızılın qiyməti fevralın 11-i ilə müqayisədə 2,482 manat azalaraq 1 unsiya üçün 2664,5205 manat təşkil edib. Gümüş 0,2411 manat ucuzlaşara

KOBİA Almaniyanın "BVMW" assosiasiyası ilə birgə fəaliyyətə dair sənəd imzalayacaq - FOTO

Yaxın müddətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyası (BVMW) arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənəd imzalanacaq. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xabar xeberler az xeber.az 2020 bu gunun xeberleri haqqinda melumat