Azərbaycanda bəlanın ikinci dalğası ola bilər

Azərbaycanda bəlanın ikinci dalğası ola bilərAzərbaycanda karantin rejiminin şərtlərinin və tələblərinin yüngülləşdirilməsi prosesi başlanıb. Amma bu proses hər an dayana bilər. Hətta geriyə qayıdış da istisna olunmur: daha sərt şəkildə, daha ağırlaşdırılmış qaydalarla.
Səbəb bəsitdir. Yetər ki, küçəyə çıxın və Bakı sakinlərinə baxın.
Tam əksəriyyəti maskasız, sosial izolyasiya məsafəsinə riayət etmədən yeriyən, sanki heç nə olmamış kimi davranan insanlar.
Halbuki COVİD-19 koronavirusu bəşər övladının indiyədək üzləşdiyi ən təhlükəli bəlalardan biridir.
Əfsuslar olsun ki, bunu vətəndaşlarımız arasında anlayan azdır.
Karantin rejiminin yumşalmasını koronavirus bəlasının tam sovuşması sananlar, "əşşi, mənə heç nə olmaz" deyənlər artıq anlamalı ki, sadəcə, öz sağlamlıqları ilə yox, ailə üzvlərinin, tanışlarının və iş yoldaşlarının, habelə əsla tanımadıqları onlarla insanın həyatını riskə atırlar.
Karantin rejimindən usandıqlarını deyirlər.
Rejimin aradan qalxmamasının səbəbkarı isə belə vətəndaşlardır.
Azərbaycanda bəlanın ikinci dalğası ola bilərDünya ölkələrində isə durum fərqlidir.
Yaponiyanın iqtisadiyyatın bərpası ilə bağlı işlər üzrə naziri Yasutosi Nisimuranın dediyinə görə, ölkədə karantin rejiminin müddəti mayın 31-dək uzadılır. Səbəb trivialdır: "Gündoğar ölkə"də karantin rejiminin tələblərinə tam əməl olunmur.
Polşada bu gündən etibarən otellər və ticarət mərkəzləri açılıb. Sadəcə, otellərdə uşaq otaqlarından, hovuzlardan istifadə etmək, diskotekalar keçimək yasaqdır. Bundan başqa, Polşada ən yaxın günlərdə muzeylər, art-qalereyalar, kitabxanalar, arxivlər və kitab dükanları fəaliyyətlərini bərpa edəcəklər.
Serbiyada martın 15-dən bəri tətbiq olunmuş fövqəladə vəziyyət bu həftənin sonunda ləğv olunacaq. Bu gündən etibarən avtobuslar və dəmiryol nəqliyyatı işə düşür, ticarət mərkəzləri, kafelər və restoranlar açılır.
Fransa isə Avropa Birliyindən və Britaniyadan gələnləri artıq 2 həftəlik karantinə yollamayacaq. Buna rəğmən, ölkədə fövqəladə sanitar rejim iyulun 24-dək uzadılıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.
Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür. Bəs Azərbaycanda virus nə vaxt bitəcək? Kanatin rejimində yumşalma baş verərsə, vətəndaşlar artıq xəstəliyin bitdiyini hesab edə bilər?
Koronavirusdan sağalanların sayının çox, yeni yoluxanların sayının isə az olması ümidverici rəqəmlər olsa da, mütəxəssislər karantin qaydalarına əməl etməyi məsləhət görür.
Azərbaycanda bəlanın ikinci dalğası ola bilərTibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə deyir ki, prezidentin əksepidemik tədbirləri nəticəsində ölkədə yoluxanların sayı digər ölkələrə nisbətdə azdır. Amma bu rəqəmlərə arxayın olub qaydalara əməl etməsək, yenidən yoluxma sayı arta bilər.
Mütəxəssis deyir ki, infeksiya ölkəmizdə axırıncı yoluxma halı kəsildiyi vaxta qədər davam edəcək.
Koronavirusa qarşı əsaslı mübarizə aparan ölkələrdən biri Almaniyada da bu məsələyə həssaslıqla yanaşılır.
Heç inanmaq olmur ki, almanlar bax belə günəşli havanın cazibəsi qarşısında davam gətirə bilib evdə qaldırlar. Adətən almanlar günəşli havalarda parklara çıxırlar, günəş qəbul edirlər. İndi isə evdə qalıblar.
Qeyd edək ki, bu günə qədər Almaniyada 148 mindən çox insan koronavirusa yoluxub 5100 nəfər isə dünyasını dəyişib.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitunun direktoru Fauki koronavirusla bağlı yeni açıqlama verib.
"Bu virus bir anda yer üzündən silinməyəcək. Bu da o deməkdir ki, koronavirusun ikinci dalğasının baş verməsi qaçılmazdır. Virus gələcəkdə yenidən ortaya çıxacaq, bəlkə də heç vaxt məhv olmayacaq" sözlərini deyib.
Fauki, həmçinin ştatların karantin qaydalarını vaxtından tez yumşaldılmamalı olduqlarını da bildirib.
"İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir", - bunu isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı mətbuat konfransında Azərbaycanda gözlənilən koronavirusun ikinci dalğasının təhlükə dərəcəsindən danışarkən deyib.
Hande Harmancı koronavirusun növbəti dalğalarını daha böyük təhlükənin qarşısını almaq baxımından uyğun sayıb:
"İkinci dalğa dediyimiz, əslində, birinci dalğada xəstələnməyən insanların virusa yoluxmaları nəticəsində ortaya çıxan bir şeydir. Biz bu epidemiyanı ölkədə "basdırmağa" çalışdığımıza baxmayaraq bilirik ki, virusa qarşı müxtəlif tədbirlər görülsə də ikinci dalğa başlayacaq. Əgər gördüyümüz qabaqlayıcı tədbirlər uğurlu alınarsa, ikidən çox dalğa da ola bilər. Çünki bu virusu "basdırmaq" lazımdır, əlimizi çəkdiyimiz zaman bir az yenə yuxarı çıxacaq, çıxdığını görüncə yenidən basdıracayıq. O zaman əlimizi bir az çəkincə üçüncü dalğa da baş verəcək. Üçüncüyə qalib gəldikdə əlimizi çəkincə dördüncü dalğa da başlaya bilər.
Azərbaycanda bəlanın ikinci dalğası ola bilərİstədiyimiz şeydir bu əslində. Çünki tək dalğa olarsa, o dalğanın fəsadları çox böyük olacaq, çox insan çox sürətlə virusa yoluxacaq, onu istəmirik. Nə istəyirik, yavaş-yavaş, kiçik dalğalar yaratmaq istəyirik ki, səhiyyə sistemimiz qarşısını ala bilsin".
... Maksimum dərəcədə sayıq, diqqətli və ehtiyatlı olmalıyıq. Koronavirusun ikinci dalğasının Azərbaycanı vurmasını istəmiriksə...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 138   Tarix: 05 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

"Peyvəndləri saxlamaq olmaz" - Pediatrdan ÇAĞIRIŞ

Yay ayları istisna olmaqla, adətən bir fəsildən digərinə keçiddə uşaqlar arasında mövsüm xəstəliklərinə rast gəlinir. Yazda uşaqlar arasında mövsümlə bağlı allergik öskürəklər, allergik rinitlərin kəskinləşməsi daha çox ba

Çox tərləməkdən bu üsulla qurtarmaq olar

Həddindən artıq tərləmə problemi insanların 3 faizində özünü göstərir. Həddindən artıq tərləmək çox zaman bir xəstəlik səbəbindən deyil, genetik xüsusiyyətlərlə bağlı olur. Bunu türkiyəli həkim - dermotoloq Fatma Ulduz sosia

Təzyiqdən əziyyət çəkənlər – Hər gün sarımsaq yeyin

Sarımsağın təzyiq xəstələri üçün faydalı olduğunu yəqin çox insan bilmir. Həkimlər təzyiq xəstələrinə bir çox cəhətdən faydalı olan sarımsaq qəbul etməyi tövsiyyə edir. Yüksək qan təzyiqi olanlar, pəhrizinə sarımsaq əlav

İnsanlarda immunitet zəifliyinin əsas səbəbi açıqlandı

Müasir insanların immunitetində zəiflik antibiotiklərin nəzarətsiz istifadəsi ilə əlaqədar ola bilər. -a istinadən xəbər verir ki, allerqoloq-immunoloq Marina Apletayeva belə hesab edir. Həkim qeyd edir ki, son dövrlər insanlard

Ürək xəstələri Covid-19-un təsirindən necə qorunmalıdırlar?

Trend-in yazısını təqdim edir:. Bəşəriyyət Covid-19 adlı dəhşətli fəlakətlə üz-üzə qalıb. Geniş yayılmış koronavirus pandemiyanın təsiri bütün ölkələrin sosial-iqtisadi həyatında da dərin izlər buraxır. Çox təəssüf ki, b

Bu hərəkətləri etsəniz yatanda xoruldamayacaqsınız - FOTO

Xoruldamaq bir çoxlarının ən yaralı yeridir. Bəzən bu, yorğun olanda baş verir. Bəzən isə nəfəs yollarındakı problemlərin nəticəsində yaranır. axşam.az-a istinadən yorğunluq nəticəsində yaranan xoruldamağı aradan qaldıraca

Yuxusuzluqdan əziyyət çəkənlər MÜTLƏQ OXUSUN! - Gün ərzində...

Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. xəbər verir ki, bu bitkidən həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur, müxtəlif sakitləşdirici, spazmolitik , köp əleyhinə dərman preparatları hazırlanır. Nan

Qadınların damarları kişilərə nisbədən tez qocalır - SƏBƏB

Qadınlarda qan damar sistemi daha tez zədələnib sıradan çıxır, nəinki kişilərdə. Ona görə də qadınlarda ürək-damar problemləri daha erkən yaşda başlayır və gedişatı kişilərdən fərqlənir. Bunu Harvard Universitetinin alimlər

Qara qarağatın inanılmaz FAYDASI

Qara qarağat zəngin kimyəvi tərkibə malik giləmeyvədir. xəbər verir ki, bu giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir və xarici mühitdən düşən zəhərlər, toksinlərlə mübarizə aparır

Qorxulu yuxuların inanılmaz faydaları ÜZƏ ÇIXDI - VİDEO

Cenevrə universitetinin tədqiqatçıları qorxulu yuxuların faydalı tərəfini aşkar edib. xəbər verir ki, pis yuxuların sinir sistemini məşq etdirməyə kömək etdiyi məlum olub. Nəticədə real həyatda stressli vəziyyətə reaksiy

Miqren haqqında nəyi bilirik?

Miqren - başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla, ürəkbulanma, qusma, ışığa və səsə həssaslıqla müşayiət olunan nevroloji xəstəlikdir. Miqren tutmaları n

Uşaqlarda dəri ləkələri nədən yaranır?

Uşaqlarda yaranan dəri problemlərindən biri də qəhvəyi ləkələrdir. Bu ləkələr nədən yaranır?. e- -a istinadən dermatoloq, uzman həkim Mehdi İskəndərlinin bununla bağlı məqaləsini təqdim edir:. Uşaqlarda qəhvəyi ləkələr anadangəlm


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda bu gunun xeberleri haqqinda melumat son xeber.az xeber saytlari