Azərbaycanda 200 məhkum vaxtından əvvəl azad olundu - RƏSMİ

Azərbaycanda 200 məhkum vaxtından əvvəl azad olundu - RƏSMİAzərbaycanda 200 məhkum vaxtından əvvəl azad olundu - RƏSMİ
Ədliyyə Nazirliyi koronavirus təhlükəsi səbəbindən şərti azadlığa buraxılan məhbuslarla bağlı açıqlama yayıb. 
Oxu.Az  xəbər verir ki, açıqlamada deyilir:
"Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.
Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.
Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.
Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.
Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir".


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 30   Tarix: 26 mart 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bakıya giriş-çıxış qadağasına kimlər əməl etmir? - VİDEO

Bakıya giriş-çıxış qadağasına kimlər əməl etmir? - VİDEO. Məlum olduğu kimi, martın 19-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və sərnişinlərin Bakı və Sumqayıt şəhərlərin

Azərbaycan əsgəri xalqa səsləndi: "Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!" - VİDEO

Azərbaycan əsgəri xalqa səsləndi: "Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!" - VİDEO. Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq

DİN xüsusi avtomobillərlə küçə və prospektlərdə, məlhəllədaxilli yollarda əhaliyə xəbərdarlıq edir - FOTO

DİN xüsusi avtomobillərlə küçə və prospektlərdə, məlhəllədaxilli yollarda əhaliyə xəbərdarlıq edir - FOTO. Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operati

Azərbaycanda bu restoran evdən çıxması qadağan olunan şəxslərə pulsuz yemək göndərir - VİDEO

Azərbaycanda bu restoran evdən çıxması qadağan olunan şəxslərə pulsuz yemək göndərir - VİDEO. Mingəçevirdə fəaliyyət göstərən iaşə obyektlərindən biri evdən çıxması yasaqlanan 65 yaşdan yuxarı tənha şəxslərə sosial dəstəyi

Bakıda binanın həyətində yeni tikili ucaldılıb - VİDEO

Bakıda binanın həyətində yeni tikili ucaldılıb - VİDEO. Bakıda yaşayış binasının yaxınlığında ucaldılan yeni tikili bır sıra narazılıqlara səbəb olub. Söhbət Köhnə Günəşli, İnqilab İsmayılov küçəsi, bina 50 ünvanında yerləşə

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədil

Bakıda gənc qız beşinci mərtəbədən yıxılaraq öldü

Bakıda gənc qız beşinci mərtəbədən yıxılaraq öldü. Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub. Report xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Bəkir Çobanzadə küçəsində, 200-ci il təvəllüdlü Həsənzadə Xədic

Azərbaycanda 34 yaşlı kişini qatar vurdu

Azərbaycanda 34 yaşlı kişini qatar vurdu. Hacıqabulda 34 yaşlı kişini qatar vurub. APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Navahı kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlun

"MediClub" klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildi

"MediClub" klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildi. Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar məsuliyyətsiz vətəndaşlar tərəfindən müxtəlif şayiələr və təşviş əhval-ruhiyyəs

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı. Martın 26-na gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludl

Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı. "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb. Bu barədə -a Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbər

Bakıda restoranlar karantin rejminə əməl edir? - VİDEO

Bakıda restoranlar karantin rejminə əməl edir? - VİDEO. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə Azərbaycanda martın 24-ü, saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan olunub. . Bu rejimə daxil olan qaydalarda


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2020 xəbərlər qurban bayrami 2020 sonxabar az