Azərbaycana 10 kq-dan çox narkotik gətirən şəxs tutuldu

Azərbaycana 10 kq-dan çox narkotik gətirən şəxs tutulduBaş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Ordan isə idman çantasının içərisindən əlavə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra Elvin Zeynalov narkotik vasitələri paytaxta gətirərək yaşadığı evdə gizlədib. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Elvin Zeynalov tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 15   Tarix: 20 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi

Xaçmazda quyuya düşən heyvan xilas edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Qımılqışlaq kəndində təkdırnaqlı heyvanın dərinliyi 4 m olan quyuya düşərək orada köməksi

Marketdə öskürən müştərini döydülər

Moskvada marketlərin birində müştəri satıcı tərəfindən döyülüb. REN TV-yə istinadla xəbər verir ki, buna səbəb müştərinin dəfələrlə öskürməsi olub. O, elə hesab edib ki, müştəri bilərəkdən ona fokuslanaraq öskürür. Buna gör

Maşın beton maneəyə çırpılıb alovlandı

Tərtər rayonunun Bəyimsarov kəndində "Mercedes" markalı minik avtomobili beton maneəyə çırpılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəticədə, avtomobil yanıb. Alov yanğından mühafiz

Qardaşına narkotik satan şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətinin Bərdə regiona

Bakıda qətlə yetirilən şəxs istirahət mərkəzində basdırılıb

Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. -ınn xəbərinə görə, Xəzər rayonunda yerləşən "Dostluq" istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib. Faktl

Polis Balakəndə əməliyyat keçiridi - 5 nəfər saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirlər

"Al Market"dən içərisində pul olan seyf oğurlandı

Bakıda marketdə oğurluq hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxın Nizami rayonu ərazisində yerləşən "Al Market"də qeydə alınıb. Belə ki, naməlum şəxslər marketdən içərisində 1 100 manat olan seyfi oğurlayıb

Azərbaycanda saxlanılan şəxs polis bölməsindən qaçdı

Abşeron rayonunda oğurluq hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhku

Təqaüd kartından pul oğurladı

Tovuz rayon sakini H.Hümbətovun təqaüd kartından pul oğurlaıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən -a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları bununla bağlı əməliyyat keçiriblər. Əməliyyat-axtarı

Bakıda mənzillərdən 11 min manatlıq oğurluq

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı

Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabad şəhərində "VAZ-2107" markalı avtomobillə yolu keçən piyada vurulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, mayın 17-də saat 14 radələrində Sabirabad şəhərində şəhər sakin

Bakıda mənzildə 71 yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildə 71 yaşlı kişi meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler ən son xəbər metbuat xeber.az 2020