Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRH

Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRH"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə Türkiyə millisinin oyunlarının Azərbaycanda böyük coşqu ilə izlənəcəyini bildirib.
Publika.az-a müsahibəsində G.Abbaszadə Bakıda keçiriləcək Avropa çempionatı həyəcan və gözləntilərini bölüşüb:
- Gündüz bəy, Avropa çempionatın dörd oyununun Bakıda keçirilməsi həm idman, həm də turizmin inkişafına necə təsir göstərəcək?
- Təəssüf ki, UEFA Avro-2020 çempionatı pandemiya dönəminə təsadüf etdi və təxirə salındı. Məlum səbəblərdən bu il istənilən sayda azarkeş Bakıya gələ bilməyəcək, bəzi məhdudiyyətlər var, stadion tam dolmayacaq. Bakının artıq əvvəlki illərdə mötəbər oyunlarına ev sahibliyi etmək təcrübəsi var və bu, böyük bir üstünlükdür. Hesab edirəm ki, həm təşkilati, həm də təhlükəsizlik baxımından Bakı nümunəvi şəhərlərdən olacaq. Şübhəsiz ki, Azərbaycanda ən böyük futbol hadisələrindən birini yaşayacağıq. Azərbaycanlı azarkeşlər bu oyunlardan böyük zövq almalıdır.
Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRHTurizm baxımdan daha yaxşı və effektiv nəticələr ola bilərdi, təəssüf ki, oyunları izləmək istəyən əcnəbi vətəndaşlar istədiyi vaxt gələ bilməyək, müəyyən problemlər qalmaqdadır. İnanırıq ki, gələcəkdə kifayət qədər yaxşı təsir edəcək. Lakin qarşıda bizi Türkiyənin milli komandasının "ev" oyunu gözləyir, görünən odur ki, qardaş Türkiyənin azarkeşləri çoxluq təşkil edəcək.
- Futbolsevərlər üçün xüsusilə bayramdır. Həyəcan varmı?
- Daha əvvəl Ukrayna və Polşada Avropa çempionatını canlı izləmək imkanım olmuşdu. Sizə səmimi deyim ki, oyunlara öz doğma evindən şahidlik etmək tam fərqli hisslərdir. Bəxtimiz həm də ona görə gətirdi ki, azərbaycanlı azarkeşlər ən çox sevdiyi qardaş Türkiyə yığma komandasının da oyununu izləmək imkanı qazanacaq. Türkiyəli azarkeşlər narahat olmasınlar, onlar öz evlərində oynayacaqlar!
- Bu oyunların Azərbaycanda keçirilməsi üçün UEFA hansı şərtləri qoymuşdu? Sizcə, irəli sürülən bu tələblərə cavab verə biləcəyikmi?
- Oyunları yaxından izləyən bir peşəkar kimi deyirəm, əgər UEFA-nın təhlükəsizlik və təşkilat baxımdan Azərbaycana zərrə qədər şübhəsi olsaydı, digər iki şəhər kimi ev sahibliyini Bakının əlindən alardı. Azərbaycanı bu oyunlardan məhrum edərdi. Əminəm ki, UEFA Azərbaycanın bu məsələyə nə qədər həssas yanaşdığından xəbərdardır. Böyük Vətən müharibəsi artıq geridə qalıb. Bütün dünyanın tanıdığı ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycan təşkilatçılığı və qonaqpərvərliyi ilə bütün Avropaya nümunə olacaq.
- Futbol azarkeşlərini hansı sürprizlər gözləyir?
- Çempitonatın yayımını Azərbaycanda İctimai televiziya və İdman Azərbaycan Dövlət Televiziyası həyata keçirəcək. Hər iki kanalın əməkdaşlarına bu gərgin bir ay ərzində uğurlar arzulayıram. Hazırlıqlar yüksək səviyyədədir.
Aytən Məftun


SONXEBERLER.AZ
İdman     Baxılıb: 31   Tarix: 11 iyun 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Mariya Stadnik qızıl medal qazandı

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində final görüşünə çıxıb. xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb

Bu gün futbol üzrə Avropa çempionatı start götürür

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı start götürür. xəbər verir ki, turnirin açılış mərasimi və ilk matçı İtaliyanın paytaxtı Romada baş tutacaq. İlk oyun günündə A qrupunda mübarizə aparan İtaliya və Türkiyə üz-üz

AVRO-2020-nin təqvimi

11 iyunda AVRO-2020-yə start veriləcək. xəbər verir ki, sayca 16-cı qitə çempionatı Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək. 31 gün davam edəcək turnirdə qitənin 24 ən güclü komandası çıxış edəcək. Final matç

Türkiyə millisi qrupdan çıxa biləcəkmi? - PROQNOZLAR

AVRO-2020-nin 4 oyunu Azərbaycanda baş tutacaq. Qardaş Türkiyə Bakıda 2 qrup oyunu keçirəcək. Azərbaycan azarkeşlərinin Türkiyə millisinə dəstəyilə baş tutacaq oyunlarla bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq

AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə etdi - FOTO

Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiy

quot;Qarabağ Azərbaycandır" futbol turnirinin püşkü atıldı - FOTO

Azərbaycan İdman Jurnalistləri Federasiyasının "Qarabağ Azərbaycandır" turnirinin püşkü atılıb. xəbər verir ki, 8 komanda iki qrupa bölünüb. A qrupunda "Cəbrayıl", "Laçın" "Füzuli"

İdman zallarının fəaliyyəti bərpa edilir

Bu gündən etibarən idman zalları açılır. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib. Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərini

Məmmədyarovla Rəcəbov ÜZ-ÜZƏ

İyunun 8-də "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib. xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymu

Elxan Məmmədov: "Erməni şərhçi ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edib"

FFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Rusiyanın "Matç TV" telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına akkreditasiya ala bilməməsinə münasibət bildirib. xəbər veri

Hacı Əliyev Polşada bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində bürünc medal uğrunda görüşə çıxıb. xəbər verir ki, 70 kq-da mübarizə aparan 3 qat dünya və 3 qat Avropa çempion

Ukrayna mətbuatı Azərbaycan Qran-Prisindən yazdı - FOTO

İyunun 4-6-da Bakıda keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisi Ukrayna mətbuatında geniş işıqlandırılıb. xəbər verir ki, Ukrinform, UNAN informasiya agentlikləri, " ", " ", " ", "asmedia

Çempionlar Liqasının yeni mövsümünün ilk püşkü atıldı

İsveçrənin Neon şəhərində 2021/2022-ci illər mövsümü UEFA Çempionlar Liqasının ilkin raundunun püşkatma mərasimi keçirilib. Mini-turnir formatında keçirilən raundun qalibi birinci təsnifat mərhələsinə çıxış imkanı qazanacaq


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri ensonxeberler bugunun xeberleri son xabar