Azərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANAT

Azərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANATAzərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANAT
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
XİN-dən Oxu.Az-a daxil olan bəyanatda deyilir:
"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək "Udar" adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil oldu.
1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa" qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu.
Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi.
Tariximizin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub.
20-ci əsrin əvvəllərindən etibarən Azərbaycan xalqı erməni millətçilərinin zorakı və irqi ayrı-seçkilik siyasəti ilə üz-üzə qalıb və misilsiz qətliamların qurbanı olub. 1980-ci illərin sonlarından etibarən, SSRİ-nin parçalanması ilə Ermənistan Azərbaycana qarşı açıq təcavüzkar siyasət həyata keçirməyə başladı və nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu hərbi işğal olundu. Ermənistan ərazisində daimi yaşayan və zor gücü ilə qovulan azərbaycanlılardan əlavə, işğal olunmuş ərazilərimizdə tarixən yaşayan yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycana olan ərazi iddialarına hər hansısa "əsas" tapmağa çalışan radikal təfəkkürlü erməni qüvvələri tərəfindən hələ 1988-ci ildə Sumqayıt şəhərində planlı şəkildə təxribat həyata keçirildi. SSRİ Baş Prokurorluğunun istintaq sənədlərinə əsasən başlıca təşkilatçılardan olan etnik erməni Eduard Qriqoryan 12 il həbs cəzasına layiq görüldü. Sonradan öz cəzasını çəkmək üçün Ermənistana göndərilən bu cinayətkarın qısa müddət sonra Ermənistanda azadlığa buraxılması hadisənin günahkarlarını ifşa edən bariz faktdır.
30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir. Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır". /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 112   Tarix: 19 yanvar 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

İlham Əliyevdən 20 Yanvarla bağlı paylaşım - VİDEO

İlham Əliyevdən 20 Yanvarla bağlı paylaşım - VİDEO. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi "Facebook" hesabında 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilmiş videomaterial paylaşılıb. Azərbayca

Bu ay Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gözlənilir

Bu ay Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gözlənilir. Bu ayın sonunda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elma

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov: İslahatlar təkan verir

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov: İslahatlar təkan verir. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi, siyasi və kadr islahatları ilə yadda qaldı. 2020-ci il is

Emin Hacıyev kimdir? - Sumqayıtdan ən iddialı namizədi yaxından tanıyaq

Emin Hacıyev kimdir? - Sumqayıtdan ən iddialı namizədi yaxından tanıyaq. 9 fevral 2020-ci ildə Azərbaycanda ölkənin Milli Məclisinə növbədənkənar seçki keçiriləcək. Ali qanunverici orqanda respublikanın ən vacib sənaye mərkəzlərində

Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib

Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib. Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanı

Seçicilərlə görüşdə deputatlığa namizəd Çingiz Qənizadəni biabır etdilər - VİDEO

Seçicilərlə görüşdə deputatlığa namizəd Çingiz Qənizadəni biabır etdilər - VİDEO . 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı il

Amerikalı analitik: Müharibə başlasa, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxaracaq - ÖZƏL

Amerikalı analitik: Müharibə başlasa, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxaracaq - ÖZƏL . Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın statusu ilə bağlı mübahisə, demək olar ki, 1991-ci ildə olduğu kim

Tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edilib - FOTO

Tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edilib - FOTO. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarını

Evo Morales ən böyük siyasi səhvindən danışdı

Evo Morales ən böyük siyasi səhvindən danışdı. Boliviyanın sabiq Prezidenti Evo Morales dördüncü müddətə prezidentliyə namizədliyini irəli sürməsini özünün başlıca siyasi səhvi hesab edir. Bu barədə o, "Die Zeit"

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı. Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub. -ın məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarını

Yeni çağırışlar dövrünün parlamentinə doğru

Yeni çağırışlar dövrünün parlamentinə doğru. Azərbaycan yeni bir dövrə qədəm qoyur. Müxtəlif sahələri əhatə edən islahatlar dövrü, təbii ki, idarəetmədə də çeviklik, yeni yanaşmalar tələb edir. Bu mənada, hakimiyyətin qanunvericili

YAP ödənişsiz efir vaxtından imtina etdi

YAP ödənişsiz efir vaxtından imtina etdi. Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir. -ın məlumatına görə, YAP bu addımı bütün namizədlərə bərabə


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bu gunun xeberleri valyuta məzənnələri en son xeberler bu gun