Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi

Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdiAzərbaycan Prezidenti vətəndaşlara çağırış etdi
"Mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda  "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib:
"Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
"Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib.
Fürsətdən istifadə edərək özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər, kimin imkanı nəyə çatır etməlidir. Bu, bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək", - İlham Əliyev qeyd edib. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 142   Tarix: 13 may 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Azərbaycanın ombudsmanı erməni həmkarına cavab verdi

Azərbaycanın ombudsmanı erməni həmkarına cavab verdi. "Bəşəriyyətin mütərəqqi dəyərlərini mənimsəmək iqtidarında olmayan, adı işğalçı siyasət və dövlət terrorizmi anlayışları ilə assosiasiya olunan Ermənistanın insa

Qarabağın azərbaycanlı icmasının rəhbəri Ermənistan ombudsmanına cavab verib

Qarabağın azərbaycanlı icmasının rəhbəri Ermənistan ombudsmanına cavab verib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın ombudsmanı Arman Tatoyanın parlamentdə çıxış

DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - RƏQƏMLƏR

DTX-nin həbs etdiyi nazir müavininin maaşı və real qazancı - RƏQƏMLƏR. Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də keçirdiyi əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb. . R.Bayramovun xidməti və yaşadığ

ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı

ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. AZƏRTAC xəbər verir ki, məktubda Ba

İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - YENİLƏNİB + FOTO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park" Məhdud Məsuliyyətl

İlham Əliyev: "Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı

İlham Əliyev: "Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı". "Azərbaycandan neft və neft məhsulları tədarükü olmadan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəs

Prezident Qusmana müsahibəsində bir çoxlarının bilmədiyi fakta diqqət çəkib - ŞƏRH

Prezident Qusmana müsahibəsində bir çoxlarının bilmədiyi fakta diqqət çəkib - ŞƏRH . Prezident İlham Əliyev mayın 7-də Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsind

Mixail Qusman: "Bu, Heydər Əliyevin tarixi addımı idi" – MÜSAHİBƏ

Mixail Qusman: "Bu, Heydər Əliyevin tarixi addımı idi" – MÜSAHİBƏ. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbət edib. Müsahibəd

İlham Əliyev Vladimir Putinə zəng edib

İlham Əliyev Vladimir Putinə zəng edib. Mayın 9-da Prezident İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliye

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - YENİLƏNİB + FOTO Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və Birinc

Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı vəziyyətdən danışdı

Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı vəziyyətdən danışdı. "Möhtərəm Prezidentimiz İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyay

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür - VİDEO

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür - VİDEO. Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 97 yaşı qeyd olunur. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler ən son xeberler sou biznes son xəbərlər