Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Mətbuat Şurasından Oxu.Az-a verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. 
İclasda öncə MŞ-nin 2020-ci ilin 8 ayı ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov bildirib ki, Şuranın fəaliyyətində iki ənənəvi xətt olub. Ümumi fəaliyyətin 57,2 faizini təşkil edən şikayətlərin araşdırılması və 42,8 faizlə müxtəlif istiqamətləri əhatə edən işlər. 
Ə. Amaşov bildirib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində Şuraya ümumilikdə 376 müraciət daxil olub. Onlardan 251-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. 125 müraciət digər məsələlərlə bağlıdır. 
Şikayətlərin KİV-lər üzrə təsnifatına gəlincə, Ə.Amaşov bildirib ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 65,8, informasiya agentliklərindən şikayətlər 18,1, qəzetlərdən şikayətlər 15,1, jurrnallardan şikayətlər isə bir faizini təşkil edib. 
Ə.Amaşov bildirib ki, iyunun 26-da Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib: "Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurasının sədri və müavinlərinə həmin cərimələrin tətbiqi üçün protolol tərtib edərək məhkəməyə göndərmək səlahiyyəti verilib.
Ə.Amaşov MŞ-nin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyətə də həssas yanaşdığını diqqətə çatdırıb. Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib.
MŞ sədri həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. "Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük".
O əlavə edib ki, hər iki mükafatın ilk laureatlarının dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə aktivliyi ilə seçilmiş tibb işçilərinin, tibb ictimaiyyətinin nümayəndələrinin olması vacibdir. 
Ə.Amaşov MŞ-nin Vahid KİV Bankının yaradılması ilə əlaqədar təklifinin olduğunu vurğulayıb. "Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır. Jurnalistika strateji sahədir. Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaqdır. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir".   
İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edildi. Qərara alındı ki, namizəd təşkilatlar barədə məlumatlar İdarə Heyətinin üzvlərinin hər birinə ayrılıqda təqdim edilsin və tezliklə İdarə Heyətinin bununla əlaqədar ayrıca iclası keçirilsin. 
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 59   Tarix: 25 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bakı-Qazax yolunda yük maşını anidən alovlandı

Bakı-Qazax yolunda yük maşını anidən alovlandı. Ucarda yük maşını yanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaracallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmi

160 və 480 manat "uşaqpulu" kimlərə veriləcək? - Xəbərlərin 20:00 buraxılışı

160 və 480 manat "uşaqpulu" kimlərə veriləcək? - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. - Təlim məqsədli səfərbərlik çağırışlarında vətəndaşlara qaranlıq qalan məqamlar…. - Mədəniyyə

Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişib - QƏRAR

Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişib - QƏRAR. Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında"

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə əlavələr ödənildi

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə əlavələr ödənildi. Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə iyul ayı üzrə 35

Azərbaycanda ən nəhəng gəmilərdən biri istismara qaytarıldı - FOTO

Azərbaycanda ən nəhəng gəmilərdən biri istismara qaytarıldı - FOTO. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri başa çatıb. Bununla bağlı quru

Ən gənc tələbə: "Arzum müəllim olmaq idi

Ən gənc tələbə: "Arzum müəllim olmaq idi". Arzum Azərbaycan dili - Ədəbiyyat müəllimi olmaq idi, buna da nail oldum. Bu sözləri -a açıqlamasında bu il ali məktəbə qəbul olan ən gənc, 15 yaşlı tələbə Bəxtiyarov

"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO/VİDEO

"Azərişıq" son günlər 19 qanunsuz qoşulma aşkar edib - FOTO "Azərişıq" ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman bəzi abunəçilərin "Elektrik enerjisindən istifadə Qaydaları"nı ciddi şəkild

Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi

Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi. Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub. Bu barədə Trend-ə kollegiyadan məlumat verilib. Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Apara

Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK. "Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər"

Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA

Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA. "Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtahanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik". -ın müxbirinin məlumatın

Oxu.Az-ın fotoqrafı beynəlxalq mükafat qazanıb - FOTO

ın fotoqrafı beynəlxalq mükafat qazanıb - FOTO. Bu gün Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin futbol meydançasında karantin qaydaların

Rusiyada azərbaycanlı onunla tanış olmaq istəməyən qızı qaçırdı

Rusiyada azərbaycanlı onunla tanış olmaq istəməyən qızı qaçırdı. Rusiyanın Pskov şəhərində adam oğurluğunda ittiham edilən azərbaycanlı beş ilə qədər həbs edilə bilər. Pln- xəbər verir ki, 26 yaşlı Azərbaycan vətəndaşı yo


yeni xeberler azerbaycan xeberleri son xeberler maliyye xeberler bugun xəbər.az son xəbərlər hava durumu