"AZAL"ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər - FOTO

"AZAL"ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər - FOTO"AZAL"ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər - FOTO
22 fevral tarixindən "Azərbaycan Hava Yolları" QSC-nin 50 yaş və daha yuxarı olan bütün işçilərinin koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu yaş kateqoriyasına aid aviasiya personalı ilk növbədə koronavirus infeksiyasına qarşı peyvənd olunmalı şəxslər siyahısına daxildir.
Aviaşirkətin işçi heyətinin peyvənd olunması 26 fevral tarixinədək davam edəcək. Peyvənd olunma könüllü xarakter daşıyır və ödənişsiz həyata keçirilir.
Azərbaycan Respublikasının milli aviadaşıyıcısı COVID-19 infeksiyasına qarşı peyvənd olunmalı bütün vətəndaşları peyvəndləmə prosesində daha fəal iştirak etməyə çağırır. Bu, ölkədəki epidemioloji vəziyyətin yaxşılaşdırılmasına və ən qısa müddətdə aviasiya və turizm sektorunun bərpasına kömək edəcək.
AZAL ölkədəki uğurlu peyvəndləmə proqramı sayəsində Azərbaycan Respublikası sərhədlərinin açılmasını və sərnişindaşıma sektorunun normal fəaliyyətə dönəcəyini gözləyir. Aviaşirkətin beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl "Azərbaycan Hava Yolları"nın uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək nəzərdə tutulub. 2025-ci ilədək isə aviaşirkət yaxın və uzaq xaricdəki marşrut xəritəsini daha da genişləndirməyi planlaşdırır.
Həmçinin, uçuşların bərpası çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsinin və yeni hava xətlərinin açılmasının təşviqi proqramını davam etdirəcək.
Qeyd etmək lazımdır ki, sərhədlərin bağlanmasına qədər Azərbaycanın bütün beynəlxalq hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunurdu. Azərbaycana uçuşlar həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər sonradan milli aviadaşıyıcı ilə eyni hüquqları əldə edəcəklər. Həmin azadlıq dərəcələri Azərbaycan hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuş icra etmək imkanı yaradır.
"AZAL"ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər - FOTO"AZAL"ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər - FOTO


SONXEBERLER.AZ
Turizm     Baxılıb: 34   Tarix: 23 fevral 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Yanvarda ölkəmizə səfər edənlərin əksəriyyəti Rusiya vətəndaşları olub

Yanvarda ölkəmizə səfər edənlərin əksəriyyəti Rusiya vətəndaşları olub. 2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığ

Azərbaycanın regionları üzrə broşürlar hazırlanıb - FOTO

Azərbaycanın regionları üzrə broşürlar hazırlanıb - FOTO. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb. Agentlikdən verilən məlumata əsasən, broşürd

Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğvi turistlərin artmasına necə təsir edəcək?

Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğvi turistlərin artmasına necə təsir edəcək?. "Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasın

Pandemiya şəraitində Avropada səyahəti asanlaşdıran tətbiqetmə işə salındı

Pandemiya şəraitində Avropada səyahəti asanlaşdıran tətbiqetmə işə salındı. Avrasiya İqtisadi İttifaqı ölkələri vətəndaşlarının inteqrasiya birliyi daxilində pandemiya şəraitində sərbəst və təhlükəsiz hərəkəti üçün "COVID-1

İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir

İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir. Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İstanbuldan Tbilisiyə birbaşa uçuşları bərpa edir. Bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd olunur. "İstanbu

"Açıq qapı" günü ilə əlaqədar Hirkan milli parkına giriş pulsuz olacaq - FOTO

"Açıq qapı" günü ilə əlaqədar Hirkan milli parkına giriş pulsuz olacaq - FOTO. Hirkan milli parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda "açıq qapı" günü keçiriləcək, ziyarətçilər mill

Mehmanxanaların gəlirləri əvvəlki ilə nəzərən dörd dəfə azalıb

Mehmanxanaların gəlirləri əvvəlki ilə nəzərən dörd dəfə azalıb. 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 99,8 min olub. -ın Dövlət Statistika Komitəsində

Maldiv adalarına bu il turistlər ən çox hansı ölkələrdən gedib?

Maldiv adalarına bu il turistlər ən çox hansı ölkələrdən gedib?. 2021-ci ilin yanvarında Rusiyadan Maldiv adalarına 20 973 turist gedib. bu barədə Rusiya Federasiyasının Tur Operatorlar Assosiasiyasının məlumatına istinadən xəbə

Turizm Agentliyindən "Şahdağ"la bağlı XƏBƏRDARLIQ

Turizm Agentliyindən "Şahdağ"la bağlı XƏBƏRDARLIQ. Dövlət Turizm Agentliyi "Şahdağ"la bağlı xəbərdarlıq edib. Agentlikdən -a verilən məlumatda bildirilir ki, ölkədaxili səfərlərin bərpa edilməsi regionlard

İsrail gələn ay beynəlxalq turizmi bərpa edir

İsrail gələn ay beynəlxalq turizmi bərpa edir. Mart ayından etibarən İsrail beynəlxalq turizmə yenidən başlayır. "Vestnik Kavkaza" xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Azərbaycana hansı vətəndaşlar gələ bilər? - AZAL aydınlıq gətirdi

Azərbaycana hansı vətəndaşlar gələ bilər? - AZAL aydınlıq gətirdi. "Azərbaycan Hava Yolları" QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:. "Xatırladırıq ki

"Aeroflot" aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır

"Aeroflot" aviaşirkəti Moskva-Bakı reyslərini yerinə yetirməyə başlayır. Rusiyanın "Aeroflot" aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Bu barədə Heydə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2021 azerbaycan axsam.az xeberler valyuta mezennesi bugünki xəbərlər