Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edib

Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edibAzad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edib
Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi mövzusunda keçirilən Forumda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla yanaşı, Ukraynanın Gənclər və İdman Nazirinin müavini Maryna Popatenko, Gürcüstan Milli Gənclər Agentliyinin rəhbəri Revaz Çarkviani, Sloveniya Gənclər Bürosunun direktor vəzifəsini icra edən Dolores Kores, Belarusun Avropa Ekspertiza və Kommunikasiya Bürosunun eksperti Maryna Korzh, Litvadan sərbəst təlimçi Laimonas Ragauskas, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyinin dövlət katibi Rolf Şmaktenberq, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan, Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Benjamin Günther və digər rəsmilər çıxış ediblər. 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azad Rəhimov çıxışında pandemiya dönəmində Nazirliyin həyata keçirdiyi işlərin demək olar ki, yenidən bərpa olunduğunu, fəaliyyətin aktivləşdiyini ilk olaraq diqqətə çatdırıb.
Mövzuya dair çıxışının davamında Azad Rəhimov Azərbaycanın müharibə şəraitində olduğunu və torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıraraq, konfliktlərin gənclər siyasətinin inkişafına mənfi təsir göstərdiyini bildirib.
Gənclərin inkişafı üçün görülən işlərdən danışarkən Azad Rəhimov hər üç ildən bir keçirilən və bütün ölkə gənclərini əhatə edən Gənclər Forumu, 2005-2009, 2011-2015 və hal hazırda icrası davam etməkdə olan "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramı, 1995-ci ildən Nazirlik nəzdində fəaliyyət göstərən İctimai Şura, eyni zamanda, "Heydər Əliyev Liderlik Məktəbi", Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin aktivliyinin təmin edilməsi üçün yeni platformanın yaradılması" layihələri və digər mühüm işlərdən danışıb: 
"Dialoq insanlar arasında ünsiyyətin qurulmasında müstəsna rol oynayır. Lakin bu ünsiyyət qarşılıqlı anlayış və bilik səviyyəsində olmalıdır ki, burada da gənclərin daim hazırlıqlı olmaları əsas faktordur. Bu səbəbdən qeyri-formal təhsilin bu dönəmdə əsas resurs olduğunu hesab edə bilərik. Bu gün ölkəmizdə 30 Gənclər evi fəaliyyət göstərir ki, onlar da gənclərin inkişafında böyük rol oynayır. Düşünürəm ki, siyasi dialoqun daha effektiv qurulmasında əyalət gənclərinin iştirakçılığının artırılması, qeyri-formal təhsilin sistematik inkişafı, gənclər üçün sosial təcrübənin artırılması gənclər siyasəti dialoqunun gələcəyinin üç əsas istiqaməti kimi göstərilə bilər".
Qeyd edək ki, "Gənclər ehtiyaclarını və fikirlərini müzakirə etmək üçün gənclər təşkilatları, qərar qəbul edənlər və mütəxəssislərlə necə görüşürlər?", "Gənclər dialoqunu asanlaşdırmaq üçün hansı idarəetmə strukturları və çərçivələr ən təsirli və səmərəlidir?", "Milli maraqlı tərəflər tərəfindən istifadə olunan vasitə və yanaşmalar hansılardır?", "COVID-19 pandemiyasının gənclər siyasəti dialoqunun inkişafının bugünkü vəziyyətə və gələcəyə təsiri nədən ibarətdir?" sualları panelin əsas müzakirə mərkəzində olub. 
Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edib


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 42   Tarix: 03 iyul 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi

Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi. İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan "Türk Hava Yolları"nın İstanbul - Bakı - İstanbul uçuşları bərpa olunub

MN: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

MN: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır". Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə

Nazirlik rəsmisindən Kürdəki ekoloji vəziyyətlə bağlı proqnoz: "Təkrarlana bilər" - MÜSAHİBƏ

Nazirlik rəsmisindən Kürdəki ekoloji vəziyyətlə bağlı proqnoz: "Təkrarlana bilər" - MÜSAHİBƏ. Son bir neçə aydır, Kür çayının suyu azalıb. Çayda suyun səviyyəsinin aşağı düşməsini yağıntıların az olması, eləcə də

Bakıda maskalı şəxs mənzilə basqın etdi

Bakıda maskalı şəxs mənzilə basqın etdi. Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın edib. APA-nın məlumatına görə, iyulun 1-də Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhə

Samuxda yerin dərinliyindən çıxan ilıq möcüzə - VİDEO

Samuxda yerin dərinliyindən çıxan ilıq möcüzə - VİDEO. Bura el arasında Sərkar və ya Sarvan bulağı kimi tanınır. Artıq uzun illərdir ki, Samux rayonunun kiçik bir kəndindən çıxan bu su Qərb bölgəsində olduqca məşhurdur. Bun

Karantinə rəğmən işləyən kafe və çayxana aşkarlandı: Sahibkarlar və müştərilər cəzalandırıldı - FOTO/VİDEO

Karantinə rəğmən işləyən kafe və çayxana aşkarlandı: Sahibkarlar və müştərilər cəzalandırıldı - FOTO Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağl

Həyatını "BMW"yə dəyişən adam - VİDEOREPORTAJ

Həyatını "BMW"yə dəyişən adam - VİDEOREPORTAJ. Yaşar yol qırağından topladığı tullantıları, dəmir, metalları toplamaqla məşğuldur. Sevdiyi avtomobilin qalıqlarını taparaq düzəltdiyi arabada bir avtomobil üçün lazı

İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?

İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?. AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb. xəbər verir ki, İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır: ⠀. - Azərbayca

Koronavirus xofu: Müayinəyə gedənlərin sayı kəskin artır - VİDEO

Koronavirus xofu: Müayinəyə gedənlərin sayı kəskin artır - VİDEO. Pandemiya səbəbindən insanların əksəriyyətində qorxu hissi yaranıb. Özündə müəyyən narahatlıq hiss edən, soyuqdəyməsi olan da, olmayan da "Görəsən, virus

"İdeyanı Reallaşdır" müsabiqəsinin ilk qalibləri elan edilib

"İdeyanı Reallaşdır" müsabiqəsinin ilk qalibləri elan edilib. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə sosial təcrid müddətini gənclər üçün daha əyləncəli və faydalı etmək məqsədilə 10 aprel 2020-c

Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi

Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi. Rusiyanın Bryansk vilayət prokurorluğu miqrasiya sahəsində qanun pozuntusu aşkarlayıb. Gorod- xəbər verir ki, araşdırmaya səbəb Azərbaycan vətəndaşını

Oxu.Az yeddi yaşında! - FOTO

yeddi yaşında! - FOTO. Bu gün xəbər portalı yeddi yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb. 24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərind


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri sonxeberler son xəbərlər son.xeberler