Avtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMA

Avtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMAAvtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
2020-ci ildə pandemiyadan ən çox təsirlənən, eyni zamanda, ani dəyişikliklərin baş verdiyi sektorlardan biri də avtomobil bazarıdır. 2020-ci ilin əvvəli ilə müqayisədə son həftələrdə mövcud bazarda qiymətlərin artımı müşahidə olunur.
2020-ci ilin ilk üç rübündə Avropada avtomobil bazarında aktivlik dərəcəsi 29 faiz azalsa da, oktyabr ayında bu bazarda 1,2 faizlik artım qeydə alınıb. Maraqlı olan fakt isə satılan hər beş avtomobildən birinin elektrik mühərrikli avtomobillərin payına düşməsidir. Mövcud bazarda elektrik mühərrikli avtomobillərin ümumi qeydiyyat sayı dizel avtomobillərinin qeydiyyat sayından daha çoxdur. Bu isə Avropada inqilab hesab edilə bilər. Çünki beş il əvvəl Avropada dizel avtomobillər üstünlük təşkil edirdi. Hazırda isə dizel mühərrikli avtomobillərin bazar payı rekord səviyyədə aşağı düşüb və 24,8 faiz təşkil edib. 
Bütün bu proseslər fonunda nəhəng avtomobil şirkətləri istehsal həcmini azaldıb. Bunun nəticəsində bazarda çeşid müxtəlifliyi də azalıb. Eləcə də pandemiya ilə əlaqədar gəlirlərin aşağı düşməsi fonunda yeni modellərin qiyməti bazar üçün həddən artıq baha hesab edilir.  
İkinci əl avtomobil bazarında vəziyyət qənaətbəxşdir... Nisbətən.
Yeni model avtomobil bazarında çeşidliliyin olmaması, eləcə də yeni avtomobil modellərinin pandemiyadan yaranan səbəblərdən dolayı büdcəni üstələməsi və digər məsələlər ikinci əl avtomobil bazarını daha aktiv edir.
Lakin istənilən halda həm yeni, həm də işlənmiş avtomobillərin satış həcmi azalıb. Bu xüsusilə də tədarükçü bazarda problemlərlə əlaqələndirilir. Bununla bərabər, yeni problemlər üzə çıxır. Hazırda dünya bazarında ikinci əl avtomobillərin qiymətləri artmaqda davam edir. Səbəb isə təlabatın çox olması, yeni avtomobil tədarükçüsü şirkətlərin isə istehsalı azaltmasıdır.
Eləcə də, pandemiyadan irəli gələn səbəblərdən dolayı insanlar arasında yolsuzluq avtomobilləri daha çox rəğbət qazanıb. Buna görə də qiymətlərdə bir neçə min dollar artım baş verib. Hazırda pandemiyaya görə ictimai nəqliyyatdan az istifadə olunur və şəhər mərkəzlərindən uzaqlaşmaq istəyən ailələr sedandan çox yolsuzluq avtomobillərinə üstünlük verir. Buna görə də mövcud artım qeydə alınır.
Uzun sözün qısası, yeni avtomobil bazarı əlçatmaz olduğundan alıcılar istifadə olunmuş avtomobillərə üz tutur. Lakin avtomobil tədqiqat mərkəzi olan "Edmund"un icraçı direktoru Cessika Caldvel 2021-ci ildə istifadə olunmuş avtomobil qiymətlərinin bir qədər enəcəyini proqnozlaşdırır.
Azərbaycanda avtomobil bazarına təkcə pandemiya təsir etmir...
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd etdiyimiz bazarda proseslər azalan dinamika ilə davam edir. Səbəb isə təkcə pandemiya deyil:
"Pandemiyanın birinci dalğasından sonra bazarda müəyyən aktivlik müşahidə olunurdu. Sadəcə döyüş əməliyyatlarının başlaması bazarda vəziyyəti bir qədər dəyişdi. Hazırda alqı-satqı əməliyyatlarının sayı azalıb. Bazara müraciət edənlərin sayı azalıb".
Ölkədə avtomobil bazarında qiymətlər hansı yerdədir?
R.Osmanlının sözlərinə görə, bazar üzrə əməliyyatların kəskin şəkildə azalması prosesi getsə də, qiymətlər hələ ki, sabitdir. Prosesin isə hazırda nə qədər davam edəcəyi məlum deyil. 
Azərbaycanda pandemiya ikinci əl avtobobil bazarında qiymətlərə təsir edib? 
"Əslində pandemiyadan sonra tədricən bu proses ölkəmizdə də müşahidə olunurdu. Az da olsa qiymətlərdə artım hiss etmək mümkün idi. Lakin daha sonra döyüş əməliyyatlarının başlaması Azərbaycanda avtomobilə olan marağın xeyli dərəcədə azalmasına gətirib çıxardı.  
Digər tərəfdən, bir çox xarici ölkələrdə avtomobilləşmə səviyyəsi Azərbaycanla müqayisədə yüksəkdir. Azərbaycanda adambaşına düşən avtomobil sayı ilə Avropa ölkələrindəki rəqəmlər arasında kəskin fərqlər var. Azərbaycanda ümumi avtomobil sayı 1 milyon yarımdır. Bunun da müəyyən bir hissəsini, təqribən, 15 faizini ictimai nəqliyyatda olan avtomobillər, xüsusi təyinatlı avtonəqliyyat vasitələri və yük avtomobilləri tutur. Azərbaycanda avtomobilləşmə prosesinin daha sürətlə inkişaf edəcəyi gözlənilən idi. Prosesin bu şəkildə davam etməsi avtomobilləşmənin dayanmasına gətirib çıxardı. Lakin gələcək dövrdə Azərbaycanda da  avtomobilləşmə səviyyəsinin artımı ehtimal olunur", - R.Osmanlı deyir.
İkinci əl avtomobil bazarında ötən ilə nisbətən cüzi də olsa artım müşahidə olunub. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricidən 38 min 632 ədəd avtomobil idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Avtomobil idxalının ümumi dəyəri isə 462,7 milyon ABŞ dolları həcmində olub.
Eləcə də, müvafiq dövrdə idxal edilən daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 3 min 678 ədəd, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 142 ədəd olub. 
Nigar Məmmədova


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 136   Tarix: 08 noyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Sahil Babayev BMT İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüşüb

Sahil Babayev BMT İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti il

"Azərpoçt" növbəli rejimdə fəaliyyət göstərəcək

"Azərpoçt" növbəli rejimdə fəaliyyət göstərəcək. "Azərpoçt" MMC-nin poçt şöbələrində 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyala

Oqtay Gülalıyev sabah Bakıya gətirilir

Oqtay Gülalıyev sabah Bakıya gətirilir. Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən sabah Bakıy

Ünvanlı sosial yardımla bağlı qaydalarda dəyişiklik - QƏRAR

Ünvanlı sosial yardımla bağlı qaydalarda dəyişiklik - QƏRAR. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na dəyişikli

Abşeronda rüşvət alan məmurlar məhkəmə qarşısında

Abşeronda rüşvət alan məmurlar məhkəmə qarşısında. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin əməkdaşları Səbuhi Rzayev, Afiq İbadovun cinayə

Xarici işlər Nazirliyindən Xarkovdakı Fəxri Konsulluğumuzun atəşə tutulması ilə bağlı AÇIQLAMA

Xarici işlər Nazirliyindən Xarkovdakı Fəxri Konsulluğumuzun atəşə tutulması ilə bağlı AÇIQLAMA. Gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahda

Mənfur düşmən işğalçılığının əsl siması: Ərazilərimizdə Livan ermənilərini yerləşdiriblər - FOTO

Mənfur düşmən işğalçılığının əsl siması: Ərazilərimizdə Livan ermənilərini yerləşdiriblər - FOTO. Bədnam qonşularımız olan ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən sonra qanunsuz olaraq Livan ermənilərini bu ərazilər

Sabahın havası: Dağlıq ərazilərdə sulu qar yağacaq

Sabahın havası: Dağlıq ərazilərdə sulu qar yağacaq. Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasınd

Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO

Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO. Azərbaycan məhsulları Üçüncü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Şanxay şəhərində keçirilən sərgidə 20-də

Ermənilərin mədəniyyətimizi hədəfə aldığı yeni faktlar - Xəbərlərin 20:00 buraxılışı

Ermənilərin mədəniyyətimizi hədəfə aldığı yeni faktlar - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. - Azərbaycanın bəzi yerlərində karantin rejimi yenidən sərtləşdirilir. - Ermənilərin Azərbaycanı

Qazaxda əkin sahələrinin su təminatına 2,4 milyon sərf olunacaq

Qazaxda əkin sahələrinin su təminatına 2,4 milyon sərf olunacaq. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (TOM və İOBM) Qazaxdakı əki

Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTO

Öləndən sonra gizli məktubu çıxan sənətkarımız Eldəniz Zeynalov - FOTO. Aktyor, Xalq artisti Eldəniz Zeynalovun ölümündən 19 il keçib. . 1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağl


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler son.xeber xeber az son xeberler 2021